Almaniya kansleri Fridrix Merts və ABŞ prezidenti Donald Tramp arasında 9 sentyabr çərşənbə gününə planlaşdırılan telefon danışığı gözlənilmədən ertələnib. Almaniya hökumətinin sözçüsü Steffen Kornelius bu barədə məlumat versə də, səbəbi dəqiqləşdirməyib. Merz və Tramp arasında planlaşdırılan söhbətin əsasən 11 sentyabr 2001-ci il terror hücumlarının 25-ci ildönümünə yönəldiləcəyi bildirilir. Korneliusun sözlərinə görə, kansler ABŞ-ın Almaniya və Avropanın tam həmrəyliyinə arxalana biləcəyini vurğulamaq istəyib. Lakin maraqlıdır ki, bu, Trampın Saksoniya-Anhalt federal əyalətindəki seçkilərdə ifrat sağçı "Almaniya üçün Alternativ" (AfD) partiyasının güclü çıxışını alqışlaması fonunda baş verib. Analitiklərin fikrincə, əslində danışıqlardan Merts imtina edib. Belə ki, Trampın faşist yönümlü partiyanın seçkidə qalib gəlməsini alqışlamasının Mertsi qəzəbləndirdiyi ehtimal olunur. SAMİRƏ