Cümə günü, 06 noyabr 2026
     

Ermənistan ABŞ-İran savaşının yeni döyüş meydanına çevrilir

Image


Ermənistanın bütün cəhdlərinə baxmayaraq, İran "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" (TRIPP) layihəsini özünə təhdid mənbəyi kimi görməkdə davam edir. İndi iş o yerə çatıb ki, TRIPP layihəsi səbəbindən ABŞ-İran savaşının növbəti meydançası Ermənistan ərazisi ola bilər. İrandan gələn müxtəlif xəbərdarlıqlar da bunu təsdiq edir. Tehran TRIPP-in ABŞ-ın Cənubi Qafqazda mövqeyinjin güclənməsinə xidmət etdiyini düşünür. Cənub qonşumuz belə hesab edir ki, ilk baxışdan iqtisadi xarakter daşıyan layihə gələcəkdə ABŞ-ın İranın şimal sərhədlərinə yaxın strateji təsirinin artmasına səbəb ola bilər. İranın bəzi siyasi dairələri TRIPP-i sadəcə nəqliyyat layihəsi deyil, regionda qüvvələr nisbətini dəyişdirə biləcək geosiyasi mexanizm kimi qiymətləndirir. Bu fonda İran TRIPP-in inşasının dayanması üçün Ermənistana təzyiqlərini artırır.

Tehranın yanaşmasına əsasən, məsələnin İran üçün həm iqtisadi, həm də hərbi təsirləri var. İqtisadi müstəvidə başlıca məqam İranın Ermənistan vasitəsilə Avropaya və Qara dənizə çıxışının təhlükəsizliyidir. Ermənistanın Zəngəzur bölgəsi İran üçün strateji əhəmiyyət daşıyır. Bu ərazi İranın Ermənistanla birbaşa quru sərhədini təmin edir və ölkənin Qafqaz və Avropa istiqamətində alternativ ticarət marşrutlarına çıxışında mühüm rol oynayır. Tehran narahatdır ki, bölgədə ABŞ-nin və digər xarici aktorların təsirinin artması gələcəkdə İranın bu nəqliyyat imkanlarına mənfi təsir göstərə bilər. ABŞ-İran müharibəsinin davam etməsi isə Tehranın TRIPP layihəsindən hərbi müstəvidə də narahat olmasına yol açıb. Ermənistanın “news.am” portalı öz mənbələrinə istinadən məlumat yayıb ki, Tehran gözlənilmədən Baş nazir Nikol Paşinyana TRIPP-lə bağlı yeni sərt şərtlər təqdim edib. Nəşr qeyd edir ki, əslində İrəvana ultimatum verilib. İrəvana çatdırılıb ki, TRIPP-i qorumaq adı altında heç bir Amerika, Avropa və ya digər ölkənin hərbçiləri Ermənistana yeridilməməlidir. Ermənistan parlamentinin hakim partiyadan olan deputatı Sarkis Xandanyan İranın Ermənistan-Amerika TRIPP layihəsi ilə bağlı vaxtaşırı səsləndirdiyi narahatlıqları şərh edərkən bildirib ki, Ermənistan və İran ikitərəfli münasibətlərlə bağlı bütün məsələləri çox yaxşı və mehriban bir atmosferdə müzakirə edirlər: “8 avqust 2025-ci ildən sonra İranın müxtəlif dairələrindəki rəsmilərdən TRIPP ilə bağlı müəyyən narahatlıqlar eşitdik. Danışıqlar ardınca Ermənistan xarici işlər nazirinin müavini İrana səfər etdi, müzakirələr aparıldı və daha sonra Ermənistan və İran liderləri görüşdülər. Bundan sonra rəsmi Tehran TRIPP-ə heç bir etiraz bildirmədi”. O, həmçinin əlavə edib ki, Ermənistan hökumətinin təqdim etdiyi və TRIPP layihəsinin tərkib hissələrindən biri hesab etdiyi "Sülh Yollarının Kəsişməsi" proqramı da İranın maraqlarına əsaslanır. Amma “Hayastan” blokundan parlament üzvü Levon Köçəryan bununla bağlı qeyd edir: “Ermənistan İranın TRIPP layihəsi ilə bağlı mövqeyini görməzdən gələ bilməz. İran layihənin infrastrukturunun qorunması ilə bağlı artıq ciddi şərtlər irəli sürüb. Tehran tələb edir ki, bu, ya Ermənistan qüvvələri, ya da artıq regionda mövcud olan üçüncü ölkə, yəni Rusiya qüvvələri olsun. “Hayastan” bloku da məsələnin həssaslığı barədə dəfələrlə xəbərdarlıq edib. İran, xüsusən də ABŞ ilə gərgin münasibətlərini nəzərə alsaq, TRIPP layihəsi ilə bağlı narahat olmaya bilməz. İranın mövqeyini və narahatlıqlarını görməzdən gələ bilmərik”.

İran Ermənistana növbəti xəbərdarlıq ünvanlamaqla sərhədlərində Amerika qoşunlarının mövcudluğunun qarşısını almağa çalışır. “News.am” portalına danışan mənbələr bildirib ki, bu xəbərdarlıqdan sonra Ermənistan ərazisinə ABŞ hərbçilərini yerləşdirirsə, onlar Tehran üçün qanuni hədəfə çevriləcək. Təbii ki, TRIPP-in təhlükəsizliyi üçün ABŞ, lazım bilərsə, Ermənistan ərazisinə silahlı qüvvələr yerləşdirə bilər və İranın xəbərdarlığı Amerika üçün hansısa önəm kəsb etmir. Amma məsələnin daha bir tərəfi ondan ibarətdir ki, İran da ABŞ hərbçilərinin olduğu istənilən əraziyə zərbə endirmək cəsarətini Fars körfəzi ölkələrinin timsalında nümayiş etdirib. Bu da o deməkdir ki, ABŞ-İran savaşının növbəti meydanı Ermənistan ərazisi ola bilər. Düzdür, bu halda Rusiya mövcud müqavilələrə əsasən Ermənistanı müdafiə etməlidir. Amma ABŞ hərbçilərinin Ermənistana gəlişi reallaşarsa və Moskva və İrəvan arasında mövcud münasibətlər də nəzərə alınarsa, Kreml çətin bunu etsin. Rusiyalı politoloq Dmitri Suslov bu fonda qeyd edir: “Ermənistanın hazırkı rəhbərliyi Rusiyaya qarşı mübarizədə təkcə özünü alət kimi istifadə etməyə imkan vermir, həm də ölkəni Avropada müharibə tərəfdarlarının alovlandırdığı sobaya atır. Bu fonda TRIPP layihəsi həm Rusiyanı, həm də İranı ciddi narahat edir. Əsas Avrasiya ölkələri - Rusiya, Çin və İran əməkdaşlığı gücləndirir. ABŞ və Avropanın birgə nəzarəti altında Zaqafqaziyanın logistika dəhlizi kimi istifadəsi onları bir-birindən ayırır. Məhz bu məqsəd hazırda Qərbin uzunmüddətli qlobal marağı hesab edilə bilər, Ermənistandan Rusiya və İran üçün mümkün qədər çox əlavə fəsadlar yaratmaq üçün istifadə olunur”.

Cəmi bir neçə gün əvvəl Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Aleksey Şevtsov da Şərq İqtisadi Forumunda çıxışı zamanı TRIPP layihəsinin ABŞ-yə İran sərhədi yaxınlığında hərbi infrastruktur yerləşdirməyə imkan verəcəyi barədə xəbərdarlıq etmişdi. Onun iddiasına əsasən, Amerikanın hərbi mövcudluğu özəl hərbi şirkətlər və kəşfiyyat agentlikləri adı altında birbaşa Ermənistan və İran sərhədlərində təşkil edilə bilər. Elə bunun ardınca da İran Ermənistan rəhbərliyinə sərt xəbərdarlıq ünvanlayıb. Ermənistanın İranı sakitləşdirmək cəhdləri, verdiyi bütün təminatlar isə Tehranı qane etmir. Rusiyalı hərbi ekspert Vladımır Yeranosyan isə iddia edir ki, TRIPP layihəsi və Ermənistan hakimiyyətinin Qərblə yaxınlaşması respublikanı İran raketlərinin hədəfinə çevirə bilər: “Hazırda Ermənistan geosiyasi burulğan nöqtəsindədir və Qərb bu ölkədən İrana qarşı mübarizəsində tramplin kimi istifadə etməyə çalışır. Fransa, Böyük Britaniya və ABŞ kimi ölkələr ortaq sərhədlərin olmaması, logistika çətinlikləri və öz maraqları səbəbindən Ermənistanın təhlükəsizliyinə zəmanət verə bilmirlər. Bununla belə, Ermənistan Rusiya və İranla münasibətlərini pisləşdirməklə özünə ciddi ziyan vurur”.

Xatırladaq ki, TRIPP layihəsi avtomobil və dəmir yollarının, neft və qaz boru kəmərlərinin tikintisini və kommunikasiya infrastrukturunun inkişafını nəzərdə tutur ki, bu da regionun iqtisadi inkişafını stimullaşdıracaq. Ermənistan ABŞ-dan və beynəlxalq korporasiyalardan investisiyaların əhəmiyyətli iqtisadi fayda verəcəyini gözləyir. Ermənistanın ABŞ-dakı səfiri Narek Mkrtçyanın sözlərinə görə, TRIPP-in tikintisinə 2027-ci ildə başlana bilər və təməl daşının həmin vaxt qoyulması gözlənilir. Yeri gəlmişkən, ABŞ prezidenti Donald Tramp əvvəlcə bu yolun qorunmasının vacibliyindən danışmışdı, buna görə də Tehran narahat olmağa başladı. Bir il əvvəl, İrəvana səfəri zamanı İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian Ermənistan rəhbərliyinə bir sıra tələblər irəli sürmüşdü və bu tələblərin yerinə yetirilməməsi ciddi nəticələrə səbəb ola bilərdi. Əhmədian açıq şəkildə İrəvanın Avropa İttifaqının casusluq missiyasına son qoyacağını gözlədiyini bildirmişdi. İran rəsmisi hətta iki ölkə arasında müdafiə paktı bağlamağı təklif etmişdi ki, bu da İran silahlı qüvvələrinin Ermənistan ərazisinə yerləşdirilməsinə icazə verən bəndi özündə ehtiva edirdi. Öz növbəsində, Ermənistan hakimiyyəti dəfələrlə TRIPP layihəsinin həyata keçirilməsinin İran üçün heç bir çətinlik və ya təhdid yaratmayacağına zəmanət verib. Ermənistan səfiri Amerikanın "Semafor" xəbər saytına verdiyi müsahibədə bildirib ki, İrəvan həm Rusiya, həm də İranla əlaqələrini davam etdirmək niyyətində olmaqla yanaşı, TRIPP tranzit və enerji dəhlizinin yaradılmasına sadiqdir.

Samirə SƏFƏROVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ