İran ilk dəfə ABŞ hərbi gəmilərinə qarşı elektro-optik başlıqlı raketlərdən istifadə edib. Tehran bəyan edib ki, ABŞ-ın İranın beş neft tankerini məhv etməsindən sonra, çərşənbə günü ABŞ-ın 10 gəmisinə hücum edib və İordaniyadakı bir bazaya ballistik raketlər atıb. ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bildirib ki, həyata keçirilən zərbələr İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmilərinə qarşı hücumlarına cavab xarakteri daşıyır. Qurum heç bir amerikalının xəsarət almadığını açıqlayıb.
SAMİRƏ