Cümə günü, 06 noyabr 2026
     

Avropa yol ayrıcında: Almaniyada sağ dalğa, Ukraynada bitməyən müharibə

Image


Avropa bu gün eyni vaxtda iki böyük siyasi sınaq yaşayır. Bir tərəfdə Almaniyada ultrasağ siyasi qüvvələrin yüksəlişi, digər tərəfdə isə beşinci ilinə daxil olan Rusiya - Ukrayna müharibəsi. Bu iki proses ayrı-ayrı hadisələr kimi görünsə də, əslində Avropanın gələcəyini müəyyən edən eyni təhlükəsizlik zəncirinin həlqələridir.

Məsələ təkcə Almaniyanın daxili siyasəti və ya Ukraynadakı döyüşlər deyil. Söhbət Avropanın siyasi kursundan, beynəlxalq hüququn taleyindən və dünya nizamının hansı istiqamətə gedəcəyindən gedir. Almaniyada ultrasağçıların vilayətlərin birində keçirilən seçkilərdə qalib gəlməsi təsadüfi xəbər kimi qiymətləndirilə bilməz. Doğrudur, bu nəticə hələ bütövlükdə Almaniyada hakimiyyətin dəyişməsi demək deyil və Almaniya üçün Alternativ (AfD) partiyasının ölkə üzrə üstün siyasi qüvvəyə çevrildiyini göstərmir. Amma bu, ciddi siqnaldır.

Partiyanın öz açıqlamalarında gələcək parlament seçkilərində 40 faizə qədər səs toplamaq iddiası səsləndirilir. Əgər belə nəticə əldə olunarsa, AfD Almaniyanın lider siyasi qüvvəsinə çevrilə və hökuməti formalaşdırmaq imkanını qazana bilər. Bu isə artıq təkcə Almaniyanın deyil, bütün Avropa İttifaqının siyasi balansına təsir göstərə biləcək ssenaridir. Bu vəziyyət son illərin siyasətinin nəticəsi kimi qiymətləndirilir. Ən azı son on ildə sosial-demokratların, eləcə də hazırda FridrixMersin apardığı siyasətin cəmiyyətdə yaratdığı narazılıq sağçıqüvvələrin mövqeyini gücləndirib. Siyasi boşluq heç vaxt boş qalmır. Hakimiyyət insanların narahatlıqlarına cavab verməyəndə, populist və radikal qüvvələr meydan qazanır. Amma Avropanın əsas gündəmi yenə də Ukraynadır.

ABŞ Prezidenti Donald Tramp hakimiyyətə gəldiyi gündən Rusiya ilə Ukrayna arasında müharibənin dayandırılmasıistiqamətində çoxsaylı təşəbbüslər irəli sürüb. Müxtəlif görüşlər keçirilib, Ankara da daxil olmaqla diplomatik təmaslar təşkil olunub, müharibəni dayandırmaq və sülhə nail olmaq üçün. Lakin bütün bu cəhdlər hələlik nəticə verməyib. Burada əsas maneə kimi Vladimir Putinin mövqeyi göstərilir. Onun məqsədinin bütövlükdə Ukraynanı, bu mümkün olmadıqda isə ən azı Donbası nəzarətə götürmək olduğu vurğulanır. Bu planların heç biri tam həyata keçmədiyi üçün müharibə davam edir və diplomatik səylər nəticəsiz qalır. Əslində nə ABŞ, nə də Rusiya bu müharibənin illərlə davam edəcəyini hesablamırdı. Moskva qısa müddətli hərbi əməliyyat planlaşdırmışdı. Vaşinqton isə münaqişənin bu qədər uzanacağını gözləmirdi. Reallıq isə tamam fərqli oldu. Ukrayna ordusu özündən qat-qat böyük hərbi potensiala malik Rusiyanın hücumlarına müqavimət göstərə bildi. Beş ildir davam edən müharibə göstərdi ki, Ukrayna təkbaşına deyil, Qərbin hərbi və maliyyə dəstəyi hesabına müdafiəsini davam etdirə bilir.

Müharibələr emosiyalarla deyil, resurslarla qazanılır. Hansı tərəfin resursu daha tez tükənərsə, məğlubiyyət də həmin tərəfə yaxınlaşar. Bu baxımdan Rusiyanın iqtisadi və hərbi imkanları Ukrayna ilə müqayisədə qat-qat böyükdür. Rusiya təxminən iki trilyon dollarlıq iqtisadiyyata malik dövlətdir. Ukraynanın isə arxasında Qərb dünyasının siyasi, maliyyə və hərbi dəstəyi dayanır. Burada məsələ təkcə Ukraynanın taleyi deyil. Beynəlxalq hüquq baxımından Rusiya işğalçı müharibə aparır. Əgər bir dövlət güc yolu ilə başqa dövlətin ərazisini işğal edib buna görə cəzasız qalarsa, bu, bütün dünya üçün təhlükəli presedent yaradar. O zaman beynəlxalq münasibətlər hüquqla deyil, güclə idarə olunmağa başlayar. Məhz buna görə NATO ölkələrinin Ukraynaya dəstəyi təkcə Kiyevə yardım deyil, Avropanın təhlükəsizlik strategiyası hesab olunur. Ukrayna bu gün Avropanın ön cəbhəsi kimi qiymətləndirilir. Əgər Ukrayna məğlub olarsa, növbəti hədəfin hansı ölkə olacağını heç kim deyə bilməz.

Bəs müharibə dayansa nə dəyişər? Atəşkəs və ya yekun sülh razılaşması ilk növbədə iqtisadi nəfəs deməkdir. Hazırda Avropa ölkələrinin böyük hissəsi öz resurslarını Ukraynaya yardım üçün yönəldir. Bu isə daxili iqtisadi layihələrin, sosial proqramların və inkişaf planlarının arxa plana keçməsi ilə nəticələnir.

Müharibənin bitməsi dövlətlərə yenidən öz iqtisadiyyatlarına, sosial rifah proqramlarına və infrastruktur layihələrinə diqqət ayırmaq imkanı verər. Ukrayna üçün isə bu, həyati məsələdir. Dağıdılmış şəhərlər, kəndlər, yollar, enerji infrastrukturu və yaşayış məntəqələrinin bərpası onillərlə vaxt və milyardlarla vəsait tələb edəcək. Müharibənin uzanması isə təkcə iki ölkəni yox, bütün dünyanı zəiflədir. Enerji qiymətlərinin artması, qaz bazarındakı gərginlik, qlobal iqtisadi resessiya riski bunun nəticələridir. Üstəlik, uzun sürən münaqişələr başqa bölgələrdə də yeni qarşıdurmalar üçün stimul yaradır.

Məsələn, Uzaq Şərqdə Çin-Tayvan və Çin-Yaponiya münasibətlərində artan gərginlik bunun ən açıq nümunələrindən biridir. Əgər Rusiya Ukraynada məqsədinə hərbi yolla nail olsa, bu, başqa güclərə də oxşar addımlar üçün siyasi stimul verə bilər.

Almaniyada sağın yüksəlişi də, Ukraynadakı müharibə də Avropanın gələcəyinə dair xəbərdarlıqdır. Bu gün verilən qərarlar yalnız bugünkü siyasi mənzərəni deyil, dünyanın sabah hansı qaydalarla idarə olunacağını müəyyənləşdirir. Beynəlxalq hüquq zəifləyəndə isə uduzan ayrı-ayrı dövlətlər deyil, bütövlükdə dünya nizamı olur.

Cavanşir FEYZİYEV

Milli Məclisin deputatı.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ