Rusiya prezidentinin sözçüsü Dmitri Peskov bildirib ki, sülh prosesi uzandıqca Kiyevin mövqeyi və tələbləri getdikcə daha çox qəbuledilməz hala gələcək. Peskov bunu, sülh prosesinin gecikməsinin Kiyev üçün getdikcə daha xoşagəlməz tələblərə səbəb olub-olmayacağı sualına cavab verərkən deyib
"Əlbəttə ki, bu gözlənilə bilər və gözlənilməlidir. Unutmayın ki, biz çoxdan deməyə başlamışdıq ki, hər keçən gün Kiyev rejimi üçün vəziyyəti daha da pisləşdirir" - deyə Peskov jurnalistlərə bildirib.
Ondan ABŞ Prezidentinin elçiləri Stiv Uitkoff və Cared Kuşnerin Rusiya və Ukraynaya səfərləri zamanı təklif etdikləri daha sərt sülh şərtləri ilə bağlı Ukrayna Ali Radasının bəyanatına münasibət bildirməsi istənilib. Peskov amerikalı danışıqçıların səyləri ilə bağlı heç bir açıqlama vermək istəmədiyini deyib: "Bütün bunlar səssizcə baş verməlidir".
Tahir TAĞIYEV