Fars körfəzinin şimalındakı Xark adası və Hörmüz boğazı yaxınlığındakı Cask şəhəri ətrafında güclü partlayışlar baş verib.
İranın yarı-rəsmi Tasnim Xəbər Agentliyinin məlumatına görə, ABŞ Xark adasından 6,4 kilometr (4 mil) məsafədə kiçik bir neft tankerini raketlə hədəfə alıb və tankerin heyəti təxliyə edilib.
Digər tərəfdən, adı açıqlanmayan yüksək vəzifəli ABŞ rəsmisi American “Fox News” kanalına danışaraq bildirib ki, ABŞ ordusu Hark adasında və Cask şəhərində müəyyən yerləri hədəfə alıb.
"Hədəflər arasında İran neft tankerləri də var. Bu, İranı iqtisadi cəhətdən sıxışdırmaq üçün daha geniş səylərin bir hissəsidir. Bu strategiyaya İran xam neft tankerlərinin batırılması və sıradan çıxarılması daxildir" – deyə ABŞ rəsmisi bildirib.
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) sentyabrın 8-də İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus döyüş gəmisinə iki ballistik raket hücumundan sonra beş İran neft tankerini məhv etdiyini açıqlayıb.
ABŞ hərbi gəmisinin hücumlardan sağ-salamat xilas olduğu və ərazidə patrul xidmətini davam etdirdiyi bildirilir. Hücumlar zamanı heç bir Amerika əsgərinin xəsarət almadığı bildirilir.
Tahir TAĞIYEV