şənbə günü, 24 oktyabr 2026
     

Sosial şəbəkələrdə şəhidlər mövzusu xüsusi xarici mərkəzlər tərəfindən qızışdırılır...

Image


Elşad Həsənov: "Onlar öz adamları vasitəsilə belə məsələlərdə məharətlə istifadə edirlər ki, Azərbaycanda vəziyyət gərginləsin, sabitlik pozulsun, qarşıdurma yaransın"

Son günlər sosial şəbəkələrdə yenidən şəhid ailələri ilə bağlı müxtəlif problemli məsələlər gündəmə gətirilir. Hətta bəzi şəhid ailələrinə qarşı ittihamlar da səsləndirilir. Bu barədə ictimaiyyət geniş şəkildə məlumatlı olduğu üçün məsələnin incəliklərinə varmaq istəmirik. Amma sosial şəbəkələrdə bəzi istifadəçilərin narahatlıq dolu fikirləri diqqətimizi çəkdi. Bəzi istifadəçilər iddia edirlər ki, şəhid ailələri ilə qarşıdurmalar qəsdən yaradılır. İstifadəçilər burada xarici ölkə amilini xüsusi vurğulayırlar və iddia edirlər ki, süni şəkildə yaradılan bu qarşıdurmanı İran və digər dövlətlərin xüsusi xidmət orqanları körükləyir.

Yəni həm sosial şəbəkələrdə, həm də ictimiayyətdə belə iddialar var.

Bu qarşıdurmanı xarici qüvvələrin yaratdığı barədə deyilənlər nə qədər real ola bilər? Nəzərə alsaq ki, şəhid ailələri bizim cəmiyyətin çox həssas qruplarıdır. Bu baxımdan bu iddianın həqiqət payı varmı?

Qeyd edək ki, ekspertlərin fikrincə də, burada xarici amillər var.

Ekspertlər deyirlər ki, sosial şəbəkələrdə şəhid ailələri ilə bağlı mövzuların gündəmə gətirilməsi və bu ətrafda yaranan qarşıdurmalarda xarici xüsusi xidmət orqanlarının (məsələn, İran və digər dövlətlərin) rolunun olması ehtimalı tamamilə realdır və bu, müasir hibrid müharibə taktikalarına tam uyğundur.

Şəhid ailələri və qazilər Azərbaycan cəmiyyətinin ən həssas, toxunulmaz və mənəvi baxımdan birləşdirici təbəqəsidir. Dövlətə və cəmiyyətə qarşı yönəlmiş informasiya psixoloji əməliyyatlarında (İPƏ) məhz bu cür həssas nöqtələr hədəf seçilir.

Xarici qüvvələrin bu proseslərdə iştirakı və istifadə etdiyi taktikalar aşağıdakı kimidir:

Mənəvi-sosial parçalanma yaratmaq:

Şəhid ailələri cəmiyyəti birləşdirən ortaq dəyərdir. Bu dəyərə qarşı yönəlmiş hər hansı ittiham və ya süni narazılıq cəmiyyətdə daxili qütbləşmə və gərginlik yaratmaq məqsədi güdür.

Xarici xüsusi xidmət orqanları saxta profillər vasitəsilə həm şəhid ailələrinin adından kəskin/provokativ çıxışlar təşkil edə, həm də digər tərəfdən onlara qarşı əsassız ittihamlar irəli sürə bilər. Məqsəd hər iki tərəfi qarşı-qarşıya qoymaq və müzakirələri aqressiv müstəviyə daşımaqdır.

Şəhid ailələrinin qarşılaşdığı bəzi məişət və ya bürokratik çətinlikləri şişirdərək, bunu sistemli bir problem kimi qələmə vermək və dövlət qurumlarına qarşı inamsızlıq formalaşdırmaq xarici təxribatçı qüvvələrin əsas tezislərindən biridir.

Azərbaycanın regionda artan nüfuzu, müstəqil siyasəti və qazandığı tarixi qələbə müəyyən regional gücləri (o cümlədən İrandakı bəzi dairələri) narahat edir. Cəmiyyəti daxildən zəiflətmək üçün bu cür ideoloji təxribatlara əl atılması kəşfiyyat orqanlarının klassik metodudur.

Nə etməli?Azərbaycanın hüquq-mühafizə və təhlükəsizlik orqanları bu cür kiber-təhdidləri və şəbəkə fəaliyyətlərini mütəmadi olaraq nəzarətdə saxlayır. Lakin ən böyük müdafiə mexanizmi cəmiyyətin informasiya savadlılığı və həssaslığıdır. Sosial şəbəkə istifadəçiləri rəsmi təsdiqi olmayan, emosiyalara hesablanmış və cəmiyyətdə nifaq salmağa yönəlmiş paylaşımlara qarşı diqqətli olmalı, bu növ provokasiyalara alət olmamalıdırlar.

Politoloq Elşad Həsənov baki-xeber.com-a bildirdi ki, şəhidlər bizim baş tacımızdır, şəhidlərin xatirəsi Azərbaycanda çox hörmətlə anılır və onların ailələrinə dövlət qayıqsı yüksək səviyyədədir. "Hər biri haqqında ayrı-ayrı işlər görülüb, onlar dövlətin orden və medalları ilə təltif olunublar, bəzilərinin adlarına küçələr verilib, büstlər qoyulub. Əsasən də bu son günlər sosial şəbəkədə Xudayar Yusifzadənin anası Radə Qurbanova haqqında çoxlu videoroliklər yayılıb. Onun Şuşa qalasında qayalar üstündən oğlunun adının silinməsinə etirazını bildirməsi və bu haqda da sosial şəbəkdə yayımlar etməsi və bundan əlavə də Bərdədə guya onun çox mənfi işlər görməsi, o cümlədən Birinci Qarabağ müharibəsinin şəhidinin oğlu, İkinci Qarabağ müharibəsi iştirakçısı Mirzahid Kərimovu oğlu və digərlər tərəfindən döydürməsi haqqında videolar yayılması halı baş verib. Bunlar da doğrudan da heç də müsibət qarşılamır.

Əvvəla, Şuşa Qoruğunda boyalarla adlar yazılması halının qarşısı müvafiq qurumlar tərəfindən alınıb və o yazılar silinib. Buna etiraz etməyin yeri yoxdur. Yəni hesab edirəm ki, Radə xanımın burada iradı düzgün deyil. Sonrakı videosunda da bu yazıların düzgün olaraq silindiyini qeyd edib və bildirib ki, bəzilərinin adı qalıb. Ancaq onu da bildirmək lazımdır ki, qoruq tərəfindən digər yazılar da silinir. Orada ziyarətçilər tərəfindən boyalarla yazılan yazılar silinməlidir də.

Bundan əlavə bir şəhidin xatirəsinə Azərbaycan dövləti həddindən artıq həssas yanaşır, hər bir şəhid haqqında da tədbirlər həyata keçirilir. O cümlədən Xudayar Yusifzadənin Bərdə şəhərindəki Bülbül adına 1 nömrəli uşaq insənət məktəbində büstü qoyulub, göstərdiyi igidliyə görə orden və medallarla təltif olunub. Abşeron rayonunda adına küçə verilib, Yəni, bundan əlavə də Milli Azərbaycan Tarixi Muzeyinin Vətən Muharibəsi Fondunda Xudayarın büstü, hərbi gödəkçəsi və foto şəkilləri saxlanılır və ziyarətçilərə göstərilir.

Onun oxuduğu "Vətən yaxşıdır" təsnifi hazırda "Xudayar təsnifi" kimi də səsləndirilir".

E.Həsənov qeyd etdi ki, şəhid anaları da qanun çərçivəsində hərəkət etməlidir. Müsahibimiz vurğuladı ki, şəhid anaları hər bir rayonda, kənddə, eldə-obada hörmətlə qarşılanır, onlara xüsusi diqqət göstərilir, onlar dövlət tərəfindən verilən bütün imtiyazlardan istifadə edirlər. "Ancaq bundan sui-istifadə etmək, kimisə döydürmək, kiməsə qarşı nəlayiq hərəkət etmək qətiyyən yol verilməzdir. Hamı qanun qarşısında eynidir. Yadımıza salıq, Milli Qəhrəman Rövşən Əkbərov törətdiyi cinayətə görə həbs olundu, buna görə də türmədədir.

Yəni şəhid ailəsi, şəhid anası, şəhid atası qanundan kənar hərəkətlər edə bilməz. Təəssüf ki, belə hallar baş verir və bundan da xarici xüsusi xidmət orqanları çox məharətlə istifadə edirlər. Həmin videoroliklərə müxtəlif adlar altında öz fikirlərini bildirirlər və qızışdırıcı yazılar yazırlar və qarşı duruma yaratmaq istəyirlər. Yəni buna da qətiyyən yol vermək olmaz. Bəlkə elə tutaq ki, İran xidmət orqanları bizdə aktiv iş aparır, qarışıqlıq yaratmaq istəyir. Eləcə də digər qonşu ölkələr ola bilsin ki, daxildə qarşıqlıq yaratmaq niyyəti güdürlər. Onlar öz adamları vasitəsilə belə məsələlərdə məharətlə istifadə edirlər ki, Azərbaycanda vəziyyət gərginləsin, sabitlik pozulsun, qarşıdurma yaransın. Ona görə də hesab edirəm ki, hər bir rayonda, kənddə bu cür məsələlərə diqqətlə yanaşmaq lazımdır".

Müsahibimiz bir daha vurğuladı ki, şəhid ailələri dövlətin daim diqqət mərkəzindədir, onlara lazım olan bütün imtiyazlar verilib, təqüdlər verilir. Buna görə də onlar da həddindən artıq ehtiyatlı olmalıdırlar ki, etdikləri hərəkət birinci özlərinə, sonra dövlətə ziyan vurmasın.

Bu mənada hesab edirəm ki, bizim şəhidlərimizin valideynləri, bacı-qardaşları daim diqqətli olmalıdırlar. Çünki, bir daha deyirəm ki, onların addımları düzgün olmazsa, təbii, bu cəmiyyət tərəfindən də yaxşı qarşılanmaz. Bu nöqteyi-nəzərdən hesab edirəm ki, biz bu gün də bir olmalıyıq. Necə ki, 44 günlük Vətən müharibəsi dövründə bütün xalq, eləcə də müxalifət Azərbaycan Prezidenti ətrafında vahid şəkildə birləşdi və biz qələbə çaldıq. Bu gün də müharibə gedir. Bu gün ideoloji müharibə gedir, bu gün gözə görünməz müharibə gedir. Ona görə də hamı sərvaxt, ehtiyatlı olmalıdır. Hamı danışdığı sözə də diqqət yetirməlidir ki, həmin sözdən kimlərsə istifadə edib narazılıq yaratmasınlar"-deyə E.Həsənov qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

24.10.2026 / 19:22
Prezident İlham Əliyev, Mehriban Əliyeva FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyirlər

24.10.2026 / 16:15
Səfir ABŞ-ın İrana hücum edəcəyini açıqladı - Tramp “xəbərim yoxdur” dedi, Tehrandan da xəbərdarlıq gəldi...

24.10.2026 / 14:01
Ukrayna-ABŞ-Rusiya danışıqları Əbu-Dabi və ya İsveçrədə keçirilə bilər...

24.10.2026 / 13:45
Tramp Ukrayna və Rusiyaya 200 faiz tarif tətbiq etməyi düşünür...

24.10.2026 / 13:28
Tramp İrana qarşı yeni hərbi əməliyyata “yaşıl işıq yandırdı”...

24.10.2026 / 12:20
SEPAH PKK-nın İrandakı ən böyük təlim mərkəzlərindən birini vurdu...

24.10.2026 / 11:57
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb

24.10.2026 / 11:40
Bakıda kafedə ölümlə nəticələnən kütləvi dava - saxlananlar var...

24.10.2026 / 10:30
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı

24.10.2026 / 10:18
Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib

24.10.2026 / 09:44
Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanıldı

24.10.2026 / 08:49
Rusiya dizelinin ilk partiyası ABŞ-a doğru yola çıxdı…

24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə - gənclər Vuçiçi devirməyə qərarlıdır

24.10.2026 / 06:48
Bakıda “Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi açılacaq

23.10.2026 / 21:36
Tramp düz deyir?- Putin və Si İranı “neçəyə satdılar"?...

23.10.2026 / 21:12
İran ABŞ tərəfindən ali rəhbərə sui-qəsdlə hədələndi, təslim olmağa çağırıldı

23.10.2026 / 20:54
Paşinyan sülhün imzalanma vaxtını tez-tez dəyişir - səbəb...

23.10.2026 / 20:37
Putinlə Tramp Avropanı “Ukraynadan sıxışdırıb kənara çıxardılar”...

23.10.2026 / 20:21
İlk zərbəni vurmuş tərəf kimi AKP iqtidarı Azərbaycanla bağlı nə etməlidir...

23.10.2026 / 20:07
Müxalif serblərin seçkiqabağı etirazları Vuçiçin yuxusunu ərşə çəkdi

23.10.2026 / 20:02
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 7 nəfər saxlandı

23.10.2026 / 19:50
AKP iqtidarının Liviya uğursuzluğu: narazılıq pik həddə çatır

23.10.2026 / 19:33
AKP-nin yanlış Azərbaycan siyasəti Paşinyanı da ümidləndirib...

23.10.2026 / 19:10
Trampla Netanyahunun İrana birgə zərbə vurmaq planı – konkret vaxt deyilib...

23.10.2026 / 18:57
Dronla vurulan gəmidəki azərbaycanlılar xilas edildi...

23.10.2026 / 18:08
Lyayendən azərbaycanlıların olduğu gəminin vurulmasına REAKSİYA...

23.10.2026 / 17:50
Qara dənizdə içərisində azərbaycanlıların da olduğu gəmi vurularaq batırıldı... - VİDEO

23.10.2026 / 17:37
Konstitusiya dəyişikliyi məsələsi Ermənistanı bir-birinə vurdu

23.10.2026 / 17:02
ABŞ və Azərbaycan TRIPP ilə bağlı danışıqlar aparır, Ermənistan sadəcə kənardan izləyir

23.10.2026 / 16:50
XİN Caişankarın Bakıya səfəri barədə məlumat yaydı

23.10.2026 / 16:37
Bahalıq, iqtisadi problemlər bu dəfə İtaliyada kütləvi iğtişaşları şiddətləndirir

23.10.2026 / 16:36
Ərdoğanın zəngindən sonra da dayanmadılar - “Hicab həbsləri davam edir” iddiaları...

23.10.2026 / 16:25
ABŞ ordusu Tayvan döyüşünə hazırlaşır - Çinə böyük zərbə planı işə düşür

23.10.2026 / 16:05
Azərbaycanda islam maliyyəçiliyi nə deməkdir?..

23.10.2026 / 15:56
AK Parti iqtidarı Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi 31 şəxs barədə heç bir hüquqi prosedur başlatmadı... səbəb...

23.10.2026 / 15:35
Ərdoğanın Bakıya zəngi ilə bağlı mübahisələr davam edir...

23.10.2026 / 15:22
Prezidentin sosial media hesablarında Hindistanın XİN rəhbərini rəsmi qəbul etməsi ilə bağlı videoçarx paylaşılıb - VİDEO

23.10.2026 / 14:56
Zelenski təklif etdi, Rusiyanın rəyi hələ bilinmir - Ukrayna nəyi hədəfləyir?..

23.10.2026 / 13:50
Amerikalı milyarder Trampın İran müharibəsinə qarşı çıxdı - səhv etdik...

23.10.2026 / 13:37
Azərbaycanla Hindistan arasında fikir ayrılıqları müzakirə olundu...

23.10.2026 / 13:34
ABŞ qonşulardan İranla quru sərhədi bağlamağı tələb edə bilər...

23.10.2026 / 13:08
İrandan Körfəz ölkələrinə SƏRT XƏBƏRDARLIQ - ABŞ-a dəstəyi dayandırın, yoxsa...

23.10.2026 / 12:55
Ali təhsil alan zabitlərlə bağlı MÜHÜM QƏRAR - hərbi rütbədə olma müddəti bir il azaldılır...

23.10.2026 / 12:41
Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib - FOTO/YENİLƏNDİ

23.10.2026 / 12:35
Prezident Xalq rəssamı Fərhad Xəlilovu təbrik etdi

23.10.2026 / 12:33
Olimpiya Kompleksinin direktoru barəsində həbs qətimkan tədbiri seçildi

23.10.2026 / 12:30
Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edildi

23.10.2026 / 12:12
Hafiz İsmayılbəylinin səlahiyyət müddəti uzadıldı

23.10.2026 / 11:58
İmperiya mərkəzləri kimi Azərbaycana göstərişlər verirlər – Deputat 3 hədəf göstərdi...

23.10.2026 / 11:35
KTMT liderləri Ermənistanın üzvlük məsələsini müzakirəyə çıxarır...

23.10.2026 / 11:12
Prezident İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi - FOTO

23.10.2026 / 11:07
Putin işğal edilmiş Ukrayna torpaqlarını Rusiya ərazisi elan etdi - "Zelenskinin açıqlaması yersizdir"...

23.10.2026 / 10:50
BDYPİ piyadalara növbəti dəfə çağırış etdi - azyaşlılarla hərəkət zamanı...

23.10.2026 / 10:37
Sosial ödənişlərin artırılması üçün altıncı sosial islahat paketi hazırlanır...

23.10.2026 / 10:15
Azərbaycanda vəzifəli şəxs HƏBS EDİLDİ - YARIM MİLYONLUQ YEYİNTİ...

23.10.2026 / 09:57
Gələn il şəhər və rayonlara dotasiya ayrılmayacaq - xərclərini öz gəlirləri hesabına ödəyəcəklər...

23.10.2026 / 09:26
Gələn ilin büdcəsi layihəsi Milli Məclisdə - gəlirlər və xərclər açıqlandı...

23.10.2026 / 09:10
Rusiya Qara dənizdə Ukrayna üçün hərbi yük daşıyan gəmini vurdu

23.10.2026 / 06:20
Məhkəmə Trampı fakt qarşısında qoydu - 11 dekabra kimi ifadə verməyə məcburdur…

23.10.2026 / 06:01
ABŞ Ukrayna üçün Starlink məhdudiyyətlərini ləğv etdi - Zelenski “xoruzun quyruğunu” gördü…

23.10.2026 / 05:53
Putin Rusiyanın NATO ölkələrinə qarşı müharibə iddialarını “siyasi şizofreniya” adlandırdı

22.10.2026 / 22:50
XXI əsrin çoxşaxəli hərbi qarşıdurması - Rusiya-Ukrayna müharibəsi (2014-2026)

22.10.2026 / 22:06
Media və Yayım Şurası Türkiyənin bəzi media resurslarında yayılan əsassız iddialara cavab verdi

22.10.2026 / 21:28
İsrail İran rejimini devirmək üçün yenidən hərəkətə keçdi...

22.10.2026 / 21:03
Rusiya Ermənistan üçün yeni iqtisadi fəlakət ssenarisi vəd edir...

22.10.2026 / 20:35
ABŞ Avropadan çıxacaq - Tramp hədələdi...

22.10.2026 / 20:17
Ermənistan parlamentində Zəngəzur dəhlizi barədə maraqlı fakt açıqlandı...

22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

22.10.2026 / 19:30
Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

22.10.2026 / 19:06
AK Parti iqtidarı Vensin İran barədə ikibaşlı bəyanatına susdu...

22.10.2026 / 18:43
AK Parti dönəmində yaradılmış 208 universitetin heç biri dünya top suyahılara düşə bilməyib...

22.10.2026 / 18:26
Azərbaycan BMT-də mina təhlükəsi ilə mübarizəyə beynəlxalq dəstəyin artırılmasına çağırdı

22.10.2026 / 18:19
Atamın nəfəsini duyduğum Naxçıvan...Atamla ikinci söhbətim...

22.10.2026 / 18:13
Azərbaycanın üstündə AKP-MHP iqtidarı pozula bilər...

22.10.2026 / 17:51
Bir ailədən iki azyaşlı şəhid - Cahid və Fazilə...

22.10.2026 / 17:42
Paşinyan sülh sazişinə qədər bütün yolların açılacağına ümidlidir...

22.10.2026 / 16:56
15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

22.10.2026 / 16:43
Leyla Əliyeva Səmərqənddə “Uşağın gözü ilə dünya” sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış olub - FOTO

22.10.2026 / 16:05
Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

22.10.2026 / 15:53
"Əraziləri ver, pulumuzu qaytar" - Tramp Zelenskinin qarşısında şərt qoydu...

22.10.2026 / 15:35
Ərdoğanın keçmiş müşaviri saxlanıldı - şübhəli maliyyə əməliyyatları...

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ