şənbə günü, 10 oktyabr 2026
     

Bişkekdən sonra Putinin İlham Əliyevə telefon açmasının şifrəsi var...

Image


Bəhruz Quliyev: “Bişkek görüşünün fonunda bu telefon danışığının keçirilməsi onu göstərir ki, liderlər arasında...”

Məlum olduğu kimi, Rusiya Prezidenti Vladimir Putin Prezident İlham Əliyevə zəng edib. Telefon danışığı zamanı dövlət başçıları iqtisadi-ticari və humanitar əməkdaşlığın bir sıra aktual məsələlərini müzakirə ediblər. İkitərəfli əlaqələrin müxtəlif səviyyələrdə intensivləşdirilməsi barədə razılıq əldə olunub.

O da məlumdur ki, Bişkekdə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının toplantısı çərçivəsində Putinlə Əliyev arasında təmaslar olub. Bütün bunların fonunda qısa müddət sonra Putinin Əliyevə zəngi nədən irəli gəlir?

Sözügedən məsələ ilə bağlı fikirlərini baki-xeber.com-la bölüşən “SƏS” qəzetinin baş redaktoru, politoloq Bəhruz Quliyev bununla bağlı bir sıra məqamlara toxundu: “Rusiya Prezidenti Vladimir Putinin Prezident İlham Əliyevə telefon zəngi, ilk baxışdan, iki ölkə arasında iqtisadi-ticari və humanitar əməkdaşlığın gündəlik məsələləri ilə bağlı adi diplomatik təmas təsiri bağışlaya bilər. Lakin hadisələrin ardıcıllığına diqqət yetirdikdə burada daha geniş siyasi mənzərəni görmək mümkündür. Əvvəla, nəzərə almaq lazımdır ki, Azərbaycan və Rusiya prezidentləri sentyabrın əvvəlində Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının tədbirləri çərçivəsində birbaşa təmasda olublar. Bu təmasın ardınca Putinin qısa müddət ərzində Prezident Əliyevə telefon açması artıq ikitərəfli münasibətlərə verilən siyasi əhəmiyyətin göstəricisi kimi qiymətləndirilə bilər. Məncə, burada əsas məsələ telefon danışığının özündən daha çox onun zamanlamasıdır. Azərbaycanın son dövrdə həm Cənubi Qafqazda, həm Türk dünyasında, həm də daha geniş Avrasiya məkanında geosiyasi çəkisi əhəmiyyətli dərəcədə artıb. Bakı artıq yalnız regional prosesləri izləyən deyil, həmin proseslərin istiqamətinə təsir göstərən əsas aktorlardan biridir”.

Politoloq onu da qeyd etdi ki, xüsusilə, nəqliyyat-kommunikasiya xətlərinin inkişafı, Şərq-Qərb və Şimal-Cənub marşrutlarının kəsişməsində Azərbaycanın mövqeyi, Mərkəzi Asiya ilə intensivləşən əlaqələr və Azərbaycanın müxtəlif güc mərkəzləri ilə paralel əməkdaşlıq siyasəti Bakının əhəmiyyətini daha da artırır: “Bu baxımdan Moskvanın Azərbaycanla münasibətləri yalnız ikitərəfli əlaqələr çərçivəsində qiymətləndirməsi artıq kifayət etmir. Rusiya Azərbaycanı həm Cənubi Qafqazda, həm Xəzər hövzəsində, həm də Avrasiyanın nəqliyyat və iqtisadi xəritəsində mühüm tərəfdaş kimi nəzərə almağa məcburdur. Putinin telefon danışığında məhz iqtisadi-ticari və humanitar əməkdaşlığın ön plana çıxarılması da diqqətçəkəndir. Kremlin açıqlamasına görə, liderlər müxtəlif səviyyələrdə ikitərəfli əlaqələrin intensivləşdirilməsi barədə razılığa gəliblər. Burada bir məqamı xüsusi qeyd etmək lazımdır ki, Azərbaycan öz xarici siyasətində heç bir dövlətə qarşı alternativ münasibət formalaşdırmır. Bakı Rusiya ilə də əməkdaşlıq edir, Türkiyə ilə strateji müttəfiqliyi inkişaf etdirir, Mərkəzi Asiya dövlətləri ilə əlaqələri genişləndirir, Avropa və ABŞ-la münasibətlərini yeni müstəviyə çıxarır.

Məhz bu çoxvektorlu siyasət Azərbaycanın diplomatik imkanlarını genişləndirir. Ona görə də Putinin zəngini yalnız “Moskva-Bakı münasibətlərində iqtisadi məsələlər müzakirə edildi” şəklində təqdim etmək məsələnin mahiyyətini tam ifadə etmir. Burada həm də Rusiyanın Azərbaycanla siyasi dialoqu yüksək səviyyədə saxlamaq və münasibətlərə yeni dinamika vermək istəyi görünür. Digər tərəfdən, Bişkek görüşünün fonunda bu telefon danışığının keçirilməsi onu göstərir ki, liderlər arasında birbaşa siyasi kommunikasiya kanalı fəaliyyət göstərir. Bu isə istənilən mürəkkəb regional şəraitdə mühüm amildir. Hesab edirəm ki, Prezident İlham Əliyevin diplomatiyasının əsas üstünlüklərindən biri də məhz budur ki, Azərbaycan heç bir güc mərkəzinin qarşısında öz müstəqil siyasi xəttindən geri çəkilmir, eyni zamanda bütün tərəflərlə dialoq imkanlarını qoruyur. Putinin son zəngi də bu reallığın növbəti təsdiqi kimi qiymətləndirilə bilər. Bu gün Azərbaycanın mövqeyi dəyişib. Əgər əvvəllər regiondakı böyük dövlətlər Azərbaycanla münasibətlərə daha çox Cənubi Qafqaz kontekstində baxırdılarsa, indi Bakının rolu daha genişdir. Cənubi Qafqaz, Xəzər, Türk dünyası, Mərkəzi Asiya və Avrasiya nəqliyyat-kommunikasiya sistemi kontekstində qiymətləndirilir. Ona görə də Putinin Əliyevə zəngi təkcə bir telefon danışığı deyil. Bu zəng Azərbaycanın regionda artan siyasi və iqtisadi çəkisinin, Bakı-Moskva dialoqunun əhəmiyyətinin və yeni mərhələdə ikitərəfli münasibətlərin daha praqmatik əsasda inkişaf etdirilməsi istəyinin göstəricisidir. Ən başlıcası isə budur ki, Azərbaycan artıq geosiyasi proseslərin kənarında dayanan ölkə deyil. Bakı ilə danışmaq regionda və Avrasiyada gedən proseslər barədə danışmaq deməkdir”.

Vidadi ORDAHALLI



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib - həm də seçki öncəsi…

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNdİ

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ