İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) Hərbi Dəniz Qüvvələri Hörmüz boğazının girişində ABŞ-a məxsus pilotsuz sualtı nəqliyyat vasitəsini ələ keçirdiyini açıqlayıb. İran hakimiyyəti ələ keçirilən nəqliyyat vasitəsinin görüntülərini də yayımlayıb.
Açıqlamada əməliyyatın dünən həyata keçirildiyini bildirilib. Bildirilir ki , "mürəkkəb əməliyyat" nəticəsində Hörmüz boğazının girişində ABŞ-a məxsus qabaqcıl pilotsuz sualtı qayıq aşkar edilərək ələ keçirilib.
Yayımlanan görüntülərdə sualtı qayığın bütöv və heç bir zərər görmədən ələ keçirildiyi görünür.
İnqilab Keşikçiləri Dəniz Qüvvələri, ələ keçirilən qayığın 2025-ci ildə ABŞ donanmasına daxil edildiyi və qabaqcıl sualtı texnologiyaları ilə təchiz olunduğunu iddia edir.
İran tərəfi gəmini ABŞ donanmasının "ən müasir ağıllı və pilotsuz sualtı qayıqlarından biri" adlandırıb .
Tahir TAĞIYEV