Cümə günü, 06 noyabr 2026
     

Tramp bir təbriklə sağ populist partiyaları mövcud Avropa hakimiyyətlərinə qarşı qaldırdı...

Image


Donald Trampın 2025-ci ilin yanvarında ABŞ prezidenti vəzifəsinə qayıtmasından sonra Almaniyanın sağ-populist Almaniya üçün Alternativ (AfD) partiyası ilə Vaşinqton arasında əlaqələrin əvvəlkindən daha da yaxınlaşdığı müşahidə olunur.

AfD-nin həmsədri Alis Vaydel Trampın Ağ Evə qayıdışını müsbət qarşılayaraq onu nümunə kimi qiymətləndirib. Partiya nümayəndələri də Trampın andiçmə mərasimində iştirak etmək üçün Vaşinqtona səfər ediblər.

2025-ci ilin fevralında ABŞ-ın vitse-prezidenti Cey Di Vens Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Vaydel ilə görüşüb. Vens çıxışında populist partiyaların siyasi proseslərdən kənarlaşdırılmasını və onlara qarşı tətbiq olunan siyasi “divarları” tənqid edərək bunun milyonlarla seçicinin iradəsinin nəzərə alınmamasına gətirib çıxara biləcəyini bildirib. Bu açıqlamalar Almaniyada geniş müzakirələrə və bir sıra siyasətçilərin sərt reaksiyasına səbəb olub.

Digər tərəfdən, Tramp ikinci prezidentlik dövründə miqrasiya və qeyri-qanuni miqrantların deportasiyası məsələsində sərt siyasət yürüdür. O, Almaniyanın sığınacaq və miqrasiya siyasətini də dəfələrlə tənqid edib.

Ümumilikdə, Tramp administrasiyası ilə AfD arasındakı yaxınlaşma Almaniyanın daxili siyasi balansına və ölkədə sağ-populist qüvvələrin mövqeyinə təsir edə biləcək mühüm siyasi tendensiya kimi qiymətləndirilir.

Trampın AfD-yə və digər sağ-populist qüvvələrə verdiyi siyasi dəstək və təbriklər Avropanın digər ölkələrindəki ifrat sağ partiyaları seçkilərdə daha iddialı olmağa necə ruhlandıra bilər və bu tendensiya Avropanın siyasi xəritəsini nə dərəcədə dəyişə bilər?

Züriyə Qarayeva: "Trampın Avropadakı sağ-populist qüvvələrə dəstəyi onların siyasi legitimliyini gücləndirir"

Paşinyanın Qərbin dəstəyilə hakimiyyətə gəlməsi...– Züriyə Qarayeva – ÖZƏL

Politoloq Züriyə Qarayeva “Bakı-Xəbər” qəzetinə açıqlamasında bildirib ki, ABŞ Prezidenti Donald Tramp administrasiyasının Almaniya üçün Alternativ (AfD) və Avropadakı digər sağ-populist qüvvələrə açıq rəğbəti həmin siyasi təşkilatlar üçün ilk növbədə siyasi legitimlik və psixoloji üstünlük yaradır.

Onun sözlərinə görə, bu partiyalar artıq özlərini siyasi sistemdən kənarda qalan qüvvələr kimi deyil, ABŞ hakimiyyəti səviyyəsində tərəfdaş kimi qəbul edilən alternativ siyasi mərkəzlər kimi təqdim etmək imkanı əldə edirlər. Bu isə onların seçki kampaniyalarında daha inamlı və sərt mövqe nümayiş etdirməsinə şərait yarada bilər.

Politoloq qeyd edib ki, xüsusilə miqrasiya, milli suverenlik, sərhədlərin qorunması, təhlükəsizlik və ənənəvi dəyərlər kimi məsələlərdə sağ-populist qüvvələrin mövqeləri daha da sərtləşə bilər. Bununla belə, onun fikrincə, Avropada sağ qüvvələrin yüksəlişinin əsas səbəbini yalnız Trampın siyasi dəstəyində axtarmaq düzgün olmazdı.

"Əsas hərəkətverici qüvvə yenə də Avropanın daxilindəki iqtisadi narazılıq, miqrasiya böhranı və ənənəvi siyasi partiyalara etimadın azalmasıdır. Məsələn, AfD 2025-ci il federal seçkisində səslərin 20,8 faizini qazanaraq 2021-ci ildəki nəticəsini iki dəfə artırıb", – deyə Züriyə Qarayeva bildirib.

Politoloqun fikrincə, bu tendensiya Avropanın siyasi xəritəsində ciddi dəyişikliklərə səbəb ola bilər. Lakin söhbət yalnız sağ-populist partiyaların ayrı-ayrı ölkələrdə hakimiyyətə gəlməsindən getmir. Daha mühüm nəticə ənənəvi mərkəz-sağ partiyaların öz seçicilərini itirməmək üçün miqrasiya, təhlükəsizlik, milli suverenlik və Avropa İttifaqının səlahiyyətləri məsələsində daha sağ mövqelərə yaxınlaşması ola bilər.

Belə bir proses Avropa siyasətində ümumi siyasi diskursu dəyişə bilər. Sağ-populist partiyaların gündəmə gətirdiyi məsələlərin tədricən əsas siyasi qüvvələrin proqramlarına daxil olması nəticəsində miqrasiya və təhlükəsizlik siyasətinin sərtləşməsi, Aİ-nin inteqrasiya prosesində yeni fikir ayrılıqlarının yaranması mümkündür.

Qarayeva hesab edir ki, siyasi parçalanmanın dərinləşməsi parlamentlərdə sabit çoxluqların formalaşdırılmasını və koalisiya hökumətlərinin qurulmasını da çətinləşdirə bilər. Bu isə Aİ daxilində Ukraynaya yardım, Rusiya siyasəti, yaşıl keçid, miqrasiya və sığınacaq qaydaları kimi həssas məsələlər üzrə vahid qərarların qəbulunu zəiflədə bilər.

Politoloq Avropa Parlamentində sağ və mühafizəkar siyasi qrupların artan çəkisinin də bu tendensiyanın göstəricilərindən biri olduğunu vurğulayıb. Onun sözlərinə görə, "Avropa üçün Vətənpərvərlər" və Avropa Mühafizəkarları və İslahatçıları qruplarının birlikdə 162 yerə sahib olması sağ siyasi düşərgənin artıq Avropa səviyyəsində nəzərəçarpacaq gücə çevrildiyini göstərir.

Bununla yanaşı, Tramp administrasiyasının Avropadakı sağ qüvvələrə açıq siyasi dəstəyi onlar üçün yalnız üstünlük yaratmaya bilər. Əksinə, bəzi Avropa ölkələrində buna qarşı əks siyasi reaksiya da formalaşa bilər. Belə olan halda həmin partiyaların rəqibləri onları milli maraqları müdafiə edən müstəqil siyasi qüvvələr deyil, "Vaşinqtonun siyasi aləti" kimi təqdim etməyə çalışacaqlar.

Nəticə etibarilə, Trampın Avropadakı sağ-populist qüvvələrə münasibəti qitənin siyasi proseslərinə təsir edən amillərdən birinə çevrilsə də, bu qüvvələrin gələcək uğurunu əsasən Avropanın öz daxilindəki problemlər müəyyən edəcək. İqtisadi çətinliklər, miqrasiya, təhlükəsizliklə bağlı narahatlıqlar və ənənəvi siyasi elitalara etimadın azalması davam etdiyi müddətdə sağ-populist partiyaların Avropanın siyasi gündəmində çəkisinin artması ehtimalı yüksək olaraq qalır.

Akif NƏSİRLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ