ABŞ və İran arasında mövcud hərbi əməliyyatların intensivliyinin davam edəcəyi və Hörmüz boğazının açılmasında heç bir irəliləyiş əldə olunmayacağı təqdirdə, ilin ikinci yarısında qlobal neft qiymətlərinin bir barel üçün 95-120 dollar səviyyəsində qalacağını gözləyirlər. Bu barədə “Bank of America” analitiklərinin hazırladığı hesabatda bildirilir.
Qeyd edilir ki, Hörmüz boğazında gəmiçiliyin blokadası davam edərsə, neft qiymətləri bu səviyyədə qala bilər. Əgər eskalasiya Yaxın Şərqdəki əsas enerji infrastrukturuna ziyan vurarsa, neft qiymətləri 150 dollara qədər yüksələ bilər.
“Bank of America”nın baza ssenarisi ilin ikinci yarısında neftin orta qiymətinin bir barel üçün 83 dollar olacağını nəzərdə tutur. Bu ssenari Hörmüz boğazından neft tranzitinin tədricən artacağını nəzərdə tutur.
Qeyd edək ki, ABŞ-İran gərginliyi səbəbindən qlobal neft ticarətinin təxminən 25%-nin və mayeləşdirilmiş təbii qazın təxminən 20%-nin keçdiyi Hörmüz boğaz aylardır bağlı qalıb.
Tahir TAĞIYEV