Cümə günü, 06 noyabr 2026
     

Beynəlxalq müstəvidə dövlət maraqlarının uğurlu müdafiəsinin Azərbaycan modeli formalaşır

Image


Azərbaycan beynəlxalq münasibətlər sistemində öz milli və dövlət maraqlarını ardıcıl, prinsipial və praqmatik şəkildə müdafiə edən dövlətlərdən biri kimi qəbul olunur. Xarici siyasətin əsas istiqamətlərindən biri ölkənin suverenliyinin, ərazi bütövlüyünün və təhlükəsizliyinin təmin olunması ilə yanaşı, Azərbaycanın regional və qlobal miqyasda etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmləndirilməsidir. Bu baxımdan Ermənistanla münasibətlərin normallaşdırılması prosesi də xüsusi əhəmiyyət daşıyır. Çünki davamlı sülh yalnız iki ölkə arasında münasibətlərin yaxşılaşdırılması deyil, Azərbaycanın uzunmüddətli dövlət maraqlarının daha geniş coğrafiyada təmin olunması baxımından da mühüm amildir.

Bakı Cənubi Qafqazda sülh üçün unikal imkanlar yaradır

Azərbaycanın xarici siyasətində beynəlxalq hüququn prinsiplərinə, xüsusilə dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsiplərinə xüsusi əhəmiyyət verilir. Uzun illər davam etmiş Ermənistan-Azərbaycan münaqişəsi də məhz bu prinsiplər ətrafında beynəlxalq gündəmdə olub. Azərbaycanın mövqeyi daim bundan ibarət olub ki, ərazi bütövlüyünün və suverenliyin bərpası sülh prosesinin əsasını təşkil etməlidir. 2020-ci ildən sonra yaranmış yeni reallıq, 2023-cü ildə Azərbaycanın bütün ərazisi üzərində suveren nəzarətini bərpa etməsi və bundan sonra sülh gündəliyinin önə çəkilməsi regionda yeni siyasi mərhələnin başlanmasına şərait yaradıb.

Bu mərhələdə Azərbaycanın əsas üstünlüklərindən biri hərbi və siyasi nəticələri diplomatik proseslərlə möhkəmləndirmək imkanının yaranmasıdır. 2025-ci ilin martında Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında saziş layihəsinin mətninə dair danışıqların başa çatdığı elan edildi. Həmin ilin avqustunda isə sazişin mətni ilkinləşdirildi. Vaşinqton görüşündə Azərbaycan və Ermənistan liderləri sülhün möhkəmləndirilməsinin və iki ölkə arasında normal qonşuluq münasibətlərinin qurulmasının vacibliyini təsdiqlədilər. Artıq görülən işlər öz nəticəsini verir. Xarici işlər naziri Ceyhun Bayramov bu xüsusda qeyd edir: “Tarixi Vaşinqton sammitində çox mühüm və tarixi sənədlər qəbul edildi, vacib bəyanatlar səsləndirildi. Prezident İlham Əliyev Vaşinqton sammitindəki çıxışı zamanı Azərbaycan üçün artıq sülh dövrünün başladığını bəyan etdi. Sonrakı proseslər və Azərbaycan tərəfinin atdığı addımlar da bunu əyani şəkildə sübut etdi”. Nazir ötən il qəbul edilmiş birgə bəyanatda əksini tapan məsələlərin və Ermənistan tərəfinin verdiyi bəyanatların göz qabağında olduğunu qeyd edərək deyib: "Sülh sazişi barədə danışıqların müəyyən bir mərhələsində, avqustda bu prosesin başa çatması gözlənilirdi. Lakin gerçək addımların atılması, konstitusiyanın dəyişdirilməsi və yeni konstitusiyanın qəbul edilməsi tələb olunurdu. Bütün bunların fonunda bu prosesdə həm Azərbaycan ictimaiyyətinin, həm də dünya ictimaiyyətinin gözlədiyi mövqeyi eşitdik". Nazir, xüsusilə ötən dövrdə Ermənistanda keçirilən parlament seçkiləri ərəfəsində belə bəyanatların verildiyini diqqətə çatdıraraq, seçkilərdən sonra Ermənistan baş nazirinin öz çıxışlarında yenidən ilin sonuna həmin konstitusiya prosesinə dair gözləntilərin olduğunu qeyd etdiyini söyləyib. C.Bayramov bu addımların atılması ilə yeni bir mərhələyə keçildiyini, Ermənistanın bu öhdəliklərə riayət etməsi prosesində müsbət gözləntilər olduğunu qeyd etdi. "Bizim yanaşmamız dəyişməz olaraq qalır. Prosesin davam etməsi və sülh sazişinin imzalanması üçün imkanlar mövcuddur". Bu proses Azərbaycanın beynəlxalq müstəvidə dövlət maraqlarının müdafiəsi baxımından bir neçə mühüm nəticə yaradır. Əvvəla, Azərbaycan öz təhlükəsizlik maraqlarını hərbi qarşıdurmanın davam etdirilməsi ilə deyil, sülh və diplomatiya yolu ilə möhkəmləndirmək imkanı əldə edir. Bu isə ölkənin beynəlxalq nüfuzunu artıran amillərdən biridir. Münaqişədən sonrakı mərhələdə sülh təşəbbüsünün irəli sürülməsi Azərbaycanın regionda sabitlik yaradan aktor kimi təqdim olunmasına imkan verir. İkincisi, Ermənistanla münasibətlərin normallaşması Azərbaycanın iqtisadi və nəqliyyat maraqlarına xidmət edir. Cənubi Qafqaz Avropa ilə Asiyanı birləşdirən mühüm coğrafi məkan olmaqla yanaşı, enerji və nəqliyyat layihələri baxımından da strateji əhəmiyyət daşıyır. Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərində mövqeyi ölkəyə regional logistika mərkəzi kimi çıxış etmək imkanı verir. Ermənistanla davamlı sülh isə regional kommunikasiyaların açılması və ticarət əlaqələrinin genişlənməsi üçün daha əlverişli şərait yaradır. Sülhün iqtisadi dividendləri artıq müəyyən istiqamətlərdə özünü göstərməyə başlayıb. 2025-ci ilin oktyabrında Azərbaycan Ermənistan istiqamətində yük tranzitinə qoyulan məhdudiyyətləri aradan qaldırıb və Qazaxıstandan gələn taxılın Azərbaycan üzərindən Ermənistana daşınması həyata keçirilib. Sonradan proses daha geniş vüsət alıb. Bunlar qarşılıqlı etimadın formalaşması və sülhün real iqtisadi nəticələrə çevrilməsi baxımından diqqətçəkən nümunədir.

TRIPP Azərbaycanın mühüm geosiyasi və geoiqtisadi maraqlarına tam cavab verir

Azərbaycan üçün mühüm məsələlərdən biri də Naxçıvanla nəqliyyat əlaqələrinin inkişafıdır. Regionda kommunikasiyaların açılması Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında daha səmərəli əlaqələrin qurulmasına, eyni zamanda Türkiyə və digər bazarlara çıxış imkanlarının genişlənməsinə şərait yaradır. Belə layihələr yalnız nəqliyyat məsələsi deyil, Azərbaycanın geoiqtisadi çəkisini artıran strateji vasitə kimi də qiymətləndirilə bilər. Bu fonda TRIPP layihəsi də Azərbaycanın regionda maraqlarının müdafiəsi baxımından mühüm önəm kəsb edir.

Məsələ ilə bağlı xarici işlər naziri Ceyhun Bayramov qeyd edir: “TRIPP-lə bağlı əsas danışıqlar Amerika Birləşmiş Ştatları və Ermənistan arasında aparılır. Çünki bu layihənin müəyyən hissəsi Ermənistan ərazisinə düşür. Eyni zamanda, Amerika Birləşmiş Ştatlarından olan tərəfdaşlar mütəmadi şəkildə Azərbaycan tərəfini danışıqların gedişatı barədə məlumatlandırırlar. Belə ki, layihənin həm daxilolma, həm çıxış nöqtəsi Azərbaycan sərhədidir və ölkəmizin bilavasitə iştirakı olmadan layihənin həyata keçirilməsi mümkünsüzdür”. Ceyhun Bayramov qeyd edib ki, bütün razılaşmaları həyata keçirmək üçün müəyyən bir vaxt lazımdır: “Bizə verilən məlumata görə, danışıqlar uğurla davam etdirilir. Hesab edirik ki, bu layihənin bir qədər tez icra olunması daha yaxşıdır. Çünki layihə həm Azərbaycan, həm Ermənistan, eləcə də digər maraqlı ölkələr üçün olduqca faydalıdır. Azərbaycan layihənin icrası istiqamətində üzərinə düşən işləri uğurla davam etdirir. Eyni zamanda, dövlətimizin başçısının göstərişinə əsasən Naxçıvan Muxtar Respublikası ərazisində dəmir yolu xətlərinin bərpa edilməsi istiqamətində də müvafiq işlərə başlanılıb. Sözügedən layihədə iştirak etməkdə maraqlı beynəlxalq tərəfdaşlar da mövcuddur, onlarla da danışıqlar aparılır”.

TRIPP ilk növbədə Azərbaycanın mühüm geosiyasi və geoiqtisadi maraqlarına cavab verir. Azərbaycan ərazisinin əsas hissəsi ilə Naxçıvan arasında birbaşa quru əlaqəsinin yaradılması ölkənin nəqliyyat bütövlüyünün möhkəmlənməsi baxımından böyük əhəmiyyət daşıyır. Bu bağlantının təmin olunması Naxçıvanın Azərbaycanın digər əraziləri ilə daha səmərəli inteqrasiyasına, yük və sərnişin daşımalarının sürətlənməsinə, logistika xərclərinin azalmasına və yeni iqtisadi imkanların yaranmasına şərait yaradır. Azərbaycan prezidenti İlham Əliyev TRIPP-in gələcəkdə Orta Dəhlizin mühüm seqmentinə çevrilə biləcəyini, Asiya ilə Avropanı birləşdirən nəqliyyat əlaqələrini gücləndirəcəyini və beynəlxalq yükdaşımaların imkanlarını genişləndirəcəyini bildirib. Layihənin gələcəkdə enerji resurslarının daşınması, elektrik enerjisinin, o cümlədən bərpa olunan enerjinin ixracı və fiber-optik xətlərin yaradılması üçün də potensial daşıdığı qeyd olunur. Bu baxımdan TRIPP yalnız avtomobil və dəmir yolu layihəsi kimi qiymətləndirilməməlidir. Söhbət daha geniş regional bağlantı sisteminin formalaşmasından gedir. Nəqliyyat, enerji və rəqəmsal kommunikasiyaların eyni coğrafiyada inkişaf etdirilməsi Azərbaycanın iqtisadi təhlükəsizliyini və tranzit əhəmiyyətini artırmaqla yanaşı, ölkənin beynəlxalq ticarət zəncirlərində rolunu da gücləndirəcək. TRIPP-in Azərbaycanın dövlət maraqları baxımından digər mühüm tərəfi Naxçıvan amilidir. Naxçıvan Azərbaycanın əsas hissəsindən ayrı coğrafi mövqedə yerləşdiyinə görə onunla davamlı və səmərəli nəqliyyat əlaqəsinin təmin edilməsi strateji məsələdir. Ermənistan ərazisindən keçən bağlantının yaradılması yalnız Azərbaycan-Naxçıvan əlaqələrini asanlaşdırmır. Bu marşrut Türkiyəyə, daha sonra Avropaya çıxış baxımından da əlavə imkanlar yaradır. Beləliklə, Azərbaycan Xəzər dənizindən başlayaraq Cənubi Qafqaz, Türkiyə və Avropa istiqamətində uzanan daha geniş logistika sisteminin mühüm halqasına çevrilir. Bu isə Azərbaycanın regional iqtisadi proseslərdə çəkisinin artması deməkdir. Ölkə yalnız enerji ixracatçısı deyil, eyni zamanda yük, enerji və rəqəmsal məlumat axınlarının keçdiyi mühüm tranzit mərkəz kimi mövqeyini möhkəmləndirir. TRIPP-in əhəmiyyəti yalnız iqtisadi göstəricilərlə məhdudlaşmır. Layihə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinin mühüm iqtisadi dayaqlarından biri kimi çıxış edir. Beləliklə, TRIPP Azərbaycanın dövlət maraqları baxımından çoxşaxəli strateji əhəmiyyət daşıyan layihədir. Onun reallaşması Naxçıvanla əlaqələrin gücləndirilməsi, Azərbaycanın tranzit potensialının artırılması, Orta Dəhlizin inkişafı, Türkiyə və Mərkəzi Asiya ilə əlaqələrin genişləndirilməsi, yeni investisiya imkanlarının yaranması və regionda davamlı sülhün iqtisadi əsaslarının möhkəmləndirilməsi baxımından mühüm nəticələr vəd edir.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ