Çinin Şandun əyalətinin Çindao şəhərindəki gəmiqayırma zavodunda təmir işləri aparılan xarici yük gəmisində baş verən yanğın nəticəsində iyirmi nəfər həlak olub, beş nəfər itkin düşüb. Xinhua agentliyinin verdiyi məlumata görə, yanğın sentyabrın 10-u səhər saatlarında baş verib.
Çindao Yanğından Mühafizə və Xilasetmə İdarəsinin məlumatına görə, yanğın Çin Dövlət Gəmiqayırma Korporasiyasının bir hissəsi olan Çindao Beihai Gəmiqayırma Co., Ltd. gəmiqayırma zavodunda başlayıb.
Hadisə zamanı gəmidə 42 nəfər olub. On iki nəfər təxliyə edilib. Daha beş yaralı xəstəxanaya aparılıb və vəziyyətləri sabitdir.
Xilasedicilər açıq alovu saat günorta saatlarında söndürə biliblər. Gəmidə 20 qurbanın cəsədi tapılıb. Gəmidə hələ də ola biləcək insanların axtarışları davam edir.
Tahir TAĞIYEV