Cümə günü, 06 noyabr 2026
     

11 Sentyabrın 25-ci ili: Əfqanıstandakı “saatlı bomba” yenidən partlayacaq...

Image


2001-ci il sentyabrın 11-də Nyu-Yorkdakı Dünya Ticarət Mərkəzinə çırpılan təyyarələr minlərlə insanın həyatına son qoydu. 11 Sentyabr terrorunu səudiyyəli milyonçu Üsamə bin Ladenin rəhbərlik etdiyi "əl-Qaidə" planlaşdırmışdı. Qruplaşma Kabildəki "Taliban" hakimiyyətinə sığınmışdı. Hücumlardan sonra "Taliban" hakimiyyətdən devrildi. ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq qüvvələr "Taliban"ın hakimiyyətə qayıtmasına mane olmaq üçün 20 il müharibə apardı.

Terrorçuluq üzrə ekspert Sara Harmuşun sözlərinə görə, ABŞ Əfqanıstandan çıxandan sonra "əl-Qaidə"nin Yəməndəki qolunun təbliğatı kəskin artıb: "Onlar son bir neçə ildə mənim dərc etdiyim materiallardan daha çox material yayıblar. "Əl-Qaidə"nin Yəməndəki qanadı cəmi bir neçə ay əvvəl "tənha canavar" hücumlarına çağıran bəyanatlar və videolar yaymışdı. Onlar Qərbdə yaşayan tərəfdarlarını ABŞ və Avropa ərazilərində terror aktları törətməyə çağırırdılar".

Qeyd edək ki, 11 Sentyabrdan sonra "əl-Qaidə" Somalidə "əş-Şəbab", Qərbi Afrikanın Sahel bölgəsində isə "Camaət Nüsrət əl-İslam vəl-Müslimin" kimi müxtəlif regional qollar yaratdı. ABŞ qüvvələri "əl-Qaidə"nin rəhbərliyinə ağır zərbələr endirdikdən sonra da bu qruplaşmalar təşkilatın adını yaşatmaqda davam edib. Artıq ABŞ-da məlum 11 Sentyabr hücumlarından 25 il keçir. O zaman terrorun təşkilatçısı "əl-Qaidə" Əfqanıstana sığınmışdı. İndi Əfqanıstan sanki yenidən əvvəlki vəziyyətinə qayıdıb: ABŞ 20 ildən sonra ölkədən çıxdı və "Taliban" hakimiyyətə gəldi. "Əl-Qaidə" üzvləri yenidən təhlükəsiz sığınacaq əldə etdilər. Hələ ki, Qərb ölkələrinin paytaxtlarında 11 Sentyabr hücumlarına oxşar hadisə baş verməyib. Amma keçmiş hərbçilər, diplomatlar və kəşfiyyat rəsmiləri, region üzrə ekspertlər bunun səbəblərini fərqli yozur. Bəziləri indiki vəziyyətin 11 Sentyabr hücumlarından əvvəlki dövrdən əsaslı fərqləndiyini deyir. Digərləri isə terror təhlükəsinin yenidən gücləndiyini bildirir, Əfqanıstanı "saatlı bomba" adlandırırlar. 2020-ci ildə Donald Trampın ABŞ prezidenti kimi ilk hakimiyyəti dövründə "Taliban"la razılaşma imzalanıb. Sazişə əsasən, beynəlxalq qüvvələr Əfqanıstandan çıxmalı, "Taliban" isə heç kimə Əfqanıstan ərazisindən istifadə edərək ABŞ və müttəfiqlərinin təhlükəsizliyinə təhdid törətməyə icazə verməməli idi. Qoşunlar 2021-ci ildə, Co Baydenin prezidentliyi dövründə çıxarıldı. O vaxtdan BMT-nin çoxsaylı hesabatlarında "əl-Qaidə" üzvlərinin Əfqanıstana qayıtdığı sənədləşdirilib. 2025-ci ilin dekabrında çıxan bir hesabatda Əfqanıstan "əl-Qaidə"nin "rəmzi vətəni" kimi göstərilib, təşkilatla "Taliban" üzvləri arasında şəxsi münasibətlərin və nikah əlaqələrinin qurulduğu qeyd olunub. Keçmiş amerikalı diplomat, vaxtilə Kabildə diplomatik missiyada işləmiş Enni Pforzhaymer "Azadlıq" radiosuna deyib: "Əfqanıstan artıq beynəlxalq planları olan terrorçulara sığınacaq verir. Növbəti sual onların bu planları həyata keçirməsinin mümkünlüyü ilə bağlıdır. Bəs Əfqanıstan 11 Sentyabrdan əvvəlki vəziyyətinə tam qayıdıbmı? Bəli, qayıdıb. Bunu dünyanın qalan hissəsinə qarşı həm birbaşa, həm də dolayı təhdid sayıram. "Əl-Qaidə" hələ də oradadır, keçmişini nəzərə alsaq, həddindən artıq güclüdür". Nyu-Yorkda mənzillənən, təhlükəsizlik araşdırmaları üzrə ixtisaslaşmış Sufan Mərkəzinin icraçı direktoru Kolin Klark isə belə bir xəbərdarlıq səsləndirib: "Əfqanıstanda müxtəlif qruplaşmalar bir-birinə qarışıb və bu vəziyyət saatlı bombanı xatırladır". Ehtiyatlı yanaşma sərgiləyən ekspertlər də var. Belə ki, 11 Sentyabr hücumlarından, hətta "Taliban"ın Əfqanıstanda hakimiyyəti yenidən ələ keçirməsindən bəri çox şey dəyişib. "Taliban" indi beynəlxalq əməkdaşlığa can atır. Hərəkat Avropa İttifaqının nümayəndələri ilə görüşmək üçün Brüsselə nümayəndə heyəti göndərib. Rusiya isə "Taliban"ı Əfqanıstanın qanuni hökuməti kimi tanıyıb. Vaşinqtondakı CNA analitik mərkəzinin tədqiqat rəhbəri Conatan Şröden deyib: "11 Sentyabrdan əvvəlki dövrlə müqayisədə əsas fərq budur ki, "Taliban" 11 Sentyabr hadisələrini və onların fəsadlarını yaşayıb. Buna görə də "Taliban"ın "əl-Qaidə" üzvlərinə nəzarət etdiyinə inanmağa meylliyəm".

Şrödenin fikrincə, hazırda Əfqanıstan qlobal təhlükəsizlik gündəminin mərkəzində deyil: "İndiki mərhələdə "əl-Qaidə"nin ən təhlükəli qanadları artıq Afrikada cəmləşib. Burada söhbət "əş-Şəbab"dan və Qərbi Afrikadakı müxtəlif əlaqəli qruplardan gedir. Ən fəal və ən zorakı qruplar məhz bunlardır". ABŞ-ın mayda dərc olunmuş Terrorla Mübarizə Strategiyasında da bu təhdidlər xüsusi vurğulanır. ABŞ Qərargah Rəisləri Komitəsi sədrinin strategiya üzrə keçmiş xüsusi köməkçisi Karter Malkasyan "Foreign Affairs" jurnalında yazıb: "Taliban"ın beşillik hakimiyyəti dövründə terror aktlarının qeydə alınmaması Əfqanıstanda vəziyyətin dəyişdiyini göstərir". Vaxtilə Hilmənd vilayətində işləmiş Malkasyan BMT-nin hesabatlarındakı nəticələri şübhə altına alır, "əl-Qaidə"nin Əfqanıstan ərazisində təşkilatlanmasını, maliyyə vəsaiti toplamasını və ya təlim keçməsini göstərən sübutların az olduğunu bildirib. Ancaq o, kəşfiyyat məlumatlarının natamam olduğunu etiraf edib: "Vaşinqtonun Əfqanıstandakı vəziyyəti izləmək imkanları nəinki 2011-ci ildəki, hətta 2020-ci il səviyyəsində deyil. ABŞ ucqar dağ kəndlərində, yaxud Kabil, Qəndəhar və ya Cəlalabadın arxa küçələrində terror hücumlarının planlaşdırılmasını və terrorçuların təlim keçməsini vaxtında aşkarlamaya bilər". Oxşar məsələyə toxunan Şröden ABŞ-ın Əfqanıstandakı sonuncu böyük əməliyyatını yada salır: Vaşinqton 2022-ci ildə "əl-Qaidə" rəhbəri Eyman əz-Zəvahirini məhz Kabildə məhv etmişdi: "Ya ABŞ-nin orada baş verənlərlə bağlı məlumatı o qədər azdır ki, vurulacaq hədəfləri müəyyənləşdirə bilmir, ya da bu gün Əfqanıstanda əvvəllər olduğu kimi əhəmiyyətli hədəflər yoxdur". Adının açıqlanmasını istəməyən keçmiş diplomatın fikrincə, artıq heç kimin hansısa qruplaşmanın üzvü olmasına ehtiyac yoxdur. Onlar bir, yaxud bir neçə qruplaşmadan ilhamlana bilərlər. ABŞ-ın istefada olan generalı Cozef Votel bildirib: "İnternetdə fəallığın xeyli artdığını görürük. Bloqerlərdən, influenserlərdən istifadə də artır. Ənənəvi aktorlarla yanaşı, müstəqil hərəkət edən və təsir altına düşən şəxslər də var". O, terror təşkilatlarının sağ qalmaq üçün mühitə maksimum dərəcədə uyğunlaşdıqlarını vurğulayır. Vaşinqtonda yerləşən CAN təhlil mərkəzinin baş elmi tədqiqatçısı Conatan Şroden son illər siyasətdəki dəyişikliyə diqqət çəkir. O, məqsədin artıq bu qruplaşmaları tamamilə məğlub etmək olmadığını vurğulayır: "İndi məqsəd onların yaratdığı təhlükəni səmərəli idarə etmək, Birləşmiş Ştatlardan uzaq tutmaqdır. Fikrimcə, bu siyasət son beş-yeddi ildə əsasən təsirli olub".

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ