"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsində ilk oyununu keçirib. Azərbaycan çempionu İngiltərədə "Mançester Yunayted"in qonağı olub.
"Old Trafford" stadionunda keçirilən qarşılaşmada meydan sahibləri dörd cavabsız qolla qələbə qazanıb. "Qırmızı şeytanlar"ın qollarını 27-ci dəqiqədə Mateus Kunya, 42-ci dəqiqədə Brunu Fernandeş, 45-ci dəqiqədə Benyamin Şeşko və 68-ci dəqiqədə Lisandro Martines vurublar.
Görüşü Fransa Futbol Federasiyasından FIFA dərəcəli hakim Villi Delajo idarə edib.
Qeyd edək ki, "Sabah" liqa mərhələsində ikinci oyununu oktyabrın 13-də Bakıda Çexiyanın "Slaviya Praqa" komandasına qarşı keçirəcək.
ZÜMRÜD