ABŞ prezidenti Donald Tramp 3 noyabrda keçiriləcək ara seçkilərdə səs verməyən respublikaçıların "cəhənnəmə gedəcəyini" bildirib.
Tramp bunu Texasın Dallas şəhərində keçirilən və respublikaçıları bir araya gətirən iki günlük Respublikaçıların Milli Qurultayında yekun nitqi zaman; deyib.
Tramp iştirakçılardan "Mən Amerika Birləşmiş Ştatları tarixində ən böyük prezidentə söz verirəm. Dostlarımı və ailəmi toplayacağam və 3 noyabrda, yaxud da ondan əvvəl səs verəcəyik" sözlərini şüar kimi təkrarlamalarını istəyib.
İzdiham səs verəcəklərini bildirən şüarlar səsləndirəndən sonra Tramp, səs verməyənlərin “cəhənnəmə gedəcəyini” deyib: "Səs verməsəniz nə olacağını bilirsinizmi? Cəhənnəmə gedəcəksiniz".
Tahir TAĞIYEV