Yeni tədris ilindən sertifikatlaşdırmadan uğurla keçən 31 min müəllimin əməkhaqqına 35 faiz, 61 mindən çox müəllimin əməkhaqqına isə 10 faiz əlavə ödəniş tətbiq olunacaq.
Bunu təhsil işçilərinin sentyabr konfransında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov deyib.
Eşqi Bağırov qeyd edib ki, sertifikatlaşdırmadan uğurla keçən müəllimlərin əməkhaqlarına yeni tədris ilindən əlavə ödənişlər tətbiq olunacaq. Belə ki, 31 min müəllim 35 faiz, 61 mindən çox müəllim isə 10 faiz əlavə ilə yeni tədris ilinə başlayacaq.
ZÜMRÜD