Cümə günü, 06 noyabr 2026
     

Paşinyan Putini çox pis yerdə yaxaladı - Ermənistan Rusiyaya sanksiya tətbiq etdirə bilər...

Image


Ermənistan statistikasına görə, İrəvan ilin əvvəlindən xarici ticarətini yenidən qurur, Rusiya ilə əlaqələrini azaldır və Avropa İttifaqı ölkələri, Çinlə əlaqələrini genişləndirir. Eyni zamanda, Avrasiya İqtisadi Birliyindəki (AİB) statusunu aydınlaşdırmağa çalışır. Bir tərəfdən Ermənistan hakimiyyəti təşkilata Rusiyanın məhdudiyyətlərindən şikayət edib, digər tərəfdən isə özlərindən ittifaqda qalmaq istəyib-istəmədiklərinə qərar vermələri istənilib.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Vladimir Putinin tezliklə Moskvada Ermənistanın baş naziri Nikol Paşinyanı qəbul edə biləcəyini açıqlayıb. Tərəflər daha öncə Bişkekdə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində aparılan danışıqlar zamanı bu barədə razılığa gəlmişdilər. Xüsusilə, onlar Ermənistanın Avropaya inteqrasiyasına sadiqliyini və Avrasiya İqtisadi Birliyinə üzvlüyünü davam etdirməsini müzakirə etməyə davam edəcəklər. Bu arada, Ermənistan Rusiyanı müəyyən Ermənistan mallarının tədarükü və tranzitinə qoyulan məhdudiyyətləri aradan qaldırmağa məcbur etmək üçün AİB mexanizmlərindən istifadə etməyə ümid edir. Ermənistan iqtisadiyyat nazirinin müavini Tiqran Qasparyanın sözlərinə görə, İrəvan Moskvanın hərəkətlərinin təşkilatın fundamental prinsiplərinə zidd olduğunu düşünür: “Burada təkcə Rusiya ilə əlaqələrimiz deyil, həm də AİB daxilindəki imkanlarımız vacibdir, çünki bu cür maneələri aradan qaldırmaq üçün istifadə edilə bilən xüsusi mexanizmlər mövcuddur. Biz bu fürsəti fəal şəkildə araşdırırıq. Şikayətlər təqdim etmişik və ümid edirik ki, bu mexanizmlər maneələrin aradan qaldırılmasında təsirli olacaq”. Beləliklə, Ermənistan məhsullarının Rusiyaya ixracına Moskva tərəfindən qoyulan məhdudiyyətlərlə bağlı Avrasiya İqtisadi Birliyinin tərkibində yer alan Avrasiya İqtisadi Komissiyasına şikayət ərizəsi təqdim edib. Rəsmi İrəvan Rusiyanın tətbiq etdiyi embarqoların Avrasiya İqtisadi Birliyinin ərazisində Ermənistan mənşəli malların daşınmasına maneə kimi tanınmasını istəyir. Ərizəyə baxılma proseduru 60-90 gün davam edir və məsələnin təqdim edilməsini, ekspert müzakirələrini, üzv dövlətlərin mövqelərinin öyrənilməsini və yekun nəticənin hazırlanmasını əhatə edir. Qaldırılan məsələlər üzrə nəticələr hazırdır və müzakirə mərhələsindədir. Daha sonra onların müzakirəsi və səsvermənin keçirilməsi Avrasiya İqtisadi Komissiyasının iclaslarında həyata keçiriləcək. Ermənistanın Dövlət Gəlirləri Komitəsinin sədri Eduard Akopyan bildirib ki, Avrasiya İqtisadi Komissiyasının kollegiyasının iclasında Rusiyanın məhdudiyyətlərinin süni olduğu qərarı verilərsə, qurum tərəfindən Moskvaya qarşı müəyyən cəzalandırıcı tədbirlər, hətta sanksiyalar tətbiq oluna bilər. Elə Ermənistanın nail olmaq istədiyi nəticələr də budur. Belə təsir vasitəsilə Ermənistan Rusiyanın tətbiq etdiyi embarqoların ləğvinə can atır. Ermənistanın şikayət məktubu ünvanladığı Avrasiya İqtisadi Komissiyasının İdarə Heyətində 10 üzv, yəni hər ölkədən iki nümayəndə var. İdarə Heyətinin sədri Qazaxıstanın keçmiş baş naziri Bakıjan Saqintayevdir. Tətbiq olunan məhdudiyyətlərin maneə kimi tanınması barədə qərar qəbul etmək üçün idarə heyəti üzvlərinin üçdə ikisinin, yəni 7 üzvün lehinə səs verməsi lazımdır. Rusiyanın təsir gücü, eləcə də Avrasiya İqtisadi Birliyində yer alan ölkələrin Ermənistanın Avropa İttifaqına inteqrasiya planlarına etiraz etməsi fonunda çətin ki, komissiya İrəvanın lehinə qərar qəbul etsin. Amma hər halda Ermənistan Rusiyanın sanksiyalarına eyni üslubda cavab verməyə can atır. Digər tərəfdən, İrəvanın Avrasiya İqtisadi Komissiyasına müraciət etməsi yaranmış problemlərin Moskva ilə danışıqlar yolu ilə həlli imkanlarının tükəndiyi anlamına gəlir. Bunu Ermənistanda da etiraf edirlər və Moskvanın addımlarının hansısa problemlərdən yox, konkret siyasi səbəblərdən qaynaqlandığını da açıq mətnlə bəyan edirlər. Ermənistan parlamentinin Xarici Əlaqələr Daimi Komitəsinin sədri Sarkis Xandanyan bu xüsusda bildirir: “Rusiyanın Ermənistandan mal idxalına tətbiq etdiyi məhdudiyyətlər ikitərəfli dostluq münasibətlərinin təbiətinə uyğun deyil. Bu, mal və məhsulların, işçi qüvvəsinin sərbəst hərəkətini nəzərdə tutan Avrasiya İqtisadi Birliyinin prinsiplərinə ziddir. Ermənistan tərəfi hansı konkret malların müəyyən edilmiş standartlara cavab verməməsi ilə bağlı araşdırma aparır. Lakin Rusiya tərəfinin hərəkətlərində gizli siyasi məna var. Aydındır ki, bütün məhsulların eyni zamanda standartlara cavab verməməsi mümkün deyil”. Qeyd edək ki, bu ilin may ayından etibarən Rusiya Ermənistandan məhsulların idxalına tədricən məhdudiyyətlər tətbiq edib. Bu, ilk növbədə kənd təsərrüfatı mallarına, 12 iyundan etibarən isə, konservləşdirilmiş məhsullar istisna olmaqla, demək olar ki, bütün bitki mənşəli məhsullara şamil olunub. Ermənistan şirkətlərindən balıq məhsullarının idxalına da məhdudiyyətlər tətbiq edilib. Rusiya tərəfi görülən tədbirləri fitosanitar və baytarlıq-sanitariya tələblərinin pozulması ilə əlaqələndirir. İndi həmin məhdudiyyətlərin aradan qaldırlması üçün Rusiya Ermənistandan sanitar yoxlamaların nəticələrini və Avrasiya İqtisadi Birliyinin baytarlıq və fitosanitar tələblərinə riayət etmək üçün aydın plan təqdim etməsini tələb edir. Ermənistanın bu istiqamətdə indiyə qədər atdığı addımları Moskva yetərli saymır və o səbəbdən də məhdudiyyətlərin davam edəcəyini bildirir. Hətta İrəvanın Avropayönlü siyasəti dəyişməsə, Moskvanın ümumiyyətlə Ermənistanı Avrasiya İqtisadi Birliyinin sıralarından qovması da tamamilə gözləniləndir.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ