Cümə günü, 06 noyabr 2026
     

Ukrayna üzrə Rusiya-ABŞ danışıqlarının hansı ölkədə olmasının hansı(sa) önəmi var?..

Image


Kreml ABŞ-la Ukrayna üzrə danışıqların yenidən bərpa olunması potensialının olduğunu bildirir. Dmitri Peskovun sözlərinə görə, bir sıra ölkələr Rusiya-Ukrayna danışıqlarına ev sahibliyi etməyə maraq göstərir. Moskva danışıqlara hazır olduğunu açıqlasa da, prosesin konkret mərhələsi və növbəti görüşün yeri hələ müəyyənləşməyib.

Danışıqların aparılacağı ölkə və ya platforma ətrafında müzakirələrin açılması münaqişənin həlli prosesinə necə təsir edir və bu müzakirələrin əsas məqsədi nədir?

Oqtay Qasımov: "Danışıqlar birtərəfli güzəştlərə yox, hər iki tərəfin güzəştlərinə əsaslanmalıdır"

Oqtay Qasımov:

Politoloq Oqtay Qasımov məsələ ilə bağlı "Bakı-Xəbər" qəzetinə müsahibəsində bildirib ki, ABŞ-ın təşəbbüsü ilə Rusiya və Ukrayna arasında dialoqun yenidən başlaması ehtimalı getdikcə güclənir. Onun sözlərinə görə, son dövrdə ABŞ nümayəndələrinin həm Kiyevdə, həm də Moskvada keçirdiyi görüşlər tərəflərin mövqelərinin öyrənilməsi və mümkün danışıqlar üçün zəminin formalaşdırılması baxımından əhəmiyyətlidir.

Politoloq qeyd edib ki, ABŞ Prezidenti Donald Trampın əsas məqsədlərindən biri də aralıq seçkilərə qədər Rusiya-Ukrayna müharibəsinin dayandırılması istiqamətində müəyyən irəliləyişə nail olmaq və danışıqlar prosesini gücləndirməkdir. Onun fikrincə, bu məsələ Tramp administrasiyası üçün siyasi baxımdan da mühüm əhəmiyyət daşıyır. Buna görə Vaşinqtonun tərəfləri yenidən danışıqlar masasına gətirmək üçün diplomatik səylərini artırması gözləniləndir.

Oqtay Qasımovun sözlərinə görə, ABŞ-ın vasitəçilik təşəbbüsü danışıqların bərpası ehtimalını artırsa da, prosesin asan keçəcəyini düşünmək doğru olmaz. Çünki Rusiya və Ukraynanın müharibənin başa çatdırılması ilə bağlı mövqeləri hələ də bir-birindən ciddi şəkildə fərqlənir. Bu fərqlər, xüsusilə ərazi məsələləri və təhlükəsizlik təminatları kimi əsas məsələlərdə özünü göstərir.

Politoloq hesab edir ki, danışıqların yenidən başlamasının özü müsbət haldır, lakin əsas məsələ danışıqların formal xarakter daşımaması, konkret nəticəyə hesablanmasıdır. Onun fikrincə, tərəflər arasında real nəticə əldə etmək üçün qarşılıqlı güzəştlər mexanizmi formalaşmalıdır. Əgər danışıqlar yalnız bir tərəfin güzəştə getməsi üzərində qurularsa, bu, uzunmüddətli sülhə gətirib çıxara bilməz.

Qasımov bildirib ki, hazırda Rusiyanın maksimalist mövqeyi danışıqlar prosesinin qarşısında əsas çətinliklərdən biridir. Moskvanın irəli sürdüyü tələblərlə Kiyevin mövqeyi arasında ciddi fikir ayrılıqları qalır. Ukrayna isə öz növbəsində ərazi bütövlüyü məsələsində güzəştə getmək niyyətində olmadığını dəfələrlə bəyan edib.

Politoloqun fikrincə, bu səbəbdən ABŞ-ın təşəbbüsü ilə mümkün danışıqların əsas prinsipi tərəflərdən hər hansı birinin məcburi şəkildə güzəştə getməsi deyil, qarşılıqlı kompromislərin tapılması olmalıdır. Yalnız belə yanaşma danışıqların davamlı nəticəyə çevrilməsi üçün imkan yarada bilər.

Oqtay Qasımov qeyd edib ki, indiyədək keçirilən Rusiya-Ukrayna görüşlərində də ciddi siyasi nəticələr əldə olunmayıb. Ayrı-ayrı humanitar məsələlər, o cümlədən əsir mübadiləsi və digər məhdud razılaşmalar müəyyən irəliləyiş kimi qiymətləndirilə bilər. Lakin müharibənin əsas siyasi və ərazi məsələləri üzrə tərəflər arasında ortaq mövqe formalaşmayıb.

Politoloq hesab edir ki, yeni danışıqlar mərhələsi başlasa belə, Rusiya-Ukrayna müharibəsinin qısa müddətdə tam şəkildə sülh sazişi ilə yekunlaşacağını gözləmək real deyil. Bunun üçün ilk növbədə tərəflərin mövqeləri arasında ciddi fərqlərin aradan qaldırılması, qarşılıqlı güzəştlərin müəyyənləşdirilməsi və mümkün razılaşmaların təhlükəsizlik baxımından hər iki tərəf üçün qəbul edilə bilən mexanizmə çevrilməsi lazımdır.

Qasımovun qənaətinə görə, qarşıdakı dövr kifayət qədər gərgin danışıqlar mərhələsi ilə yadda qala bilər. ABŞ-ın diplomatik fəallığı prosesin yenidən başlamasına şərait yaratsa da, danışıqların real sülh nəticəsinə çevrilməsi üçün həm Moskvanın, həm də Kiyevin mövcud mövqelərində müəyyən dəyişikliklərə getməsi əsas şərtlərdən biri olacaq.

Akif NƏSİRLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ