Cümə günü, 06 noyabr 2026
     

Rusiya və Türkiyə Qafqazda və Orta Asiyada “kənar qüvvələrə” qarşı birləşdilər...

Image


Rusiya və Türkiyə Cənubi Qafqazda sabitlik və təhlükəsizliyin möhkəmləndirilməsi mexanizmi kimi “3+3” Regional Əməkdaşlıq Platformasının fəaliyyətinin davam etdirilməsində maraqlı olduqlarını bildiriblər. Moskva və Ankaranın 8–9 sentyabrda keçirilən XİN-lərarası məsləhətləşmələrində Cənubi Qafqaz, Mərkəzi Asiya və Ukrayna ətrafındakı vəziyyət müzakirə olunub.

Tərəflər Cənubi Qafqaz və Mərkəzi Asiyada yeni bölücü xətlərin yaranmasına səbəb ola biləcək xarici təşəbbüsləri yolverilməz hesab etdiklərini vurğulayıblar. Bu çərçivədə Azərbaycan, Ermənistan, Gürcüstan, Rusiya, İran və Türkiyəni birləşdirən “3+3” formatının müntəzəm fəaliyyətinin davam etdirilməsinin vacibliyi qeyd olunub.

Moskva və Ankara hesab edir ki, platforma “regional məsuliyyət” prinsipi əsasında Cənubi Qafqazda sabitlik və təhlükəsizliyin gücləndirilməsinə töhfə verə bilər. Rusiya, həmçinin, Ukrayna böhranının həlli ilə bağlı mövqeyini açıqlayıb və Qara dənizdə Kiyevin addımlarının, Moskvanın fikrincə, gəmiçilik təhlükəsizliyinə, o cümlədən Türkiyənin maraqlarına risk yaratdığını bildirib.

Rusiya “3+3” formatının Cənubi Qafqazda real siyasi və praktiki imkanları məhdud olsa da, bu platformanın fəaliyyətinin davam etdirilməsində israr edir. Moskvanın bu formata verdiyi xüsusi önəmin arxasında hansı geosiyasi maraqlar dayanır? Rusiya “3+3” vasitəsilə Cənubi Qafqazda öz təsir imkanlarını qorumağa və regionda Qərbin rolunun genişlənməsinin qarşısını almağa çalışırmı? Digər tərəfdən, Rusiya və Türkiyənin "regiondan kənar təşəbbüslərin və yeni bölücü xətlərin yolverilməzliyi" barədə bəyanatı konkret olaraq hansı təşəbbüslərə aiddir? Burada ABŞ və Avropa İttifaqının Cənubi Qafqazdakı diplomatik, nəqliyyat və təhlükəsizlik layihələri nəzərdə tutulur, yoxsa söhbət daha konkret olaraq hansısa yeni regional mexanizmlərdən gedir?

Elşad Həsənov: “3+3” formatı bundan sonra da işə düşəsi deyil, Cənubi Qafqaz artıq Rusiyaya “yox” deyir”

"Politoloq

Siyasi şərhçi Elşad Həsənov məsələ ilə bağlı "Bakı-Xəbər" qəzetinə açıqlamasında bildirib ki, Rusiya və Türkiyənin müzakirə etdiyi “3+3” formatı Cənubi Qafqazda siyasi sabitliyin və təhlükəsizliyin qorunması baxımından vacib platforma kimi nəzərdən keçirilə bilər. Lakin onun fikrincə, bu format yarandığı gündən faktiki olaraq işlək mexanizmə çevrilə bilməyib.

Ekspert qeyd edib ki, "3+3" formatının əsas problemlərindən biri Gürcüstanın platformanın toplantılarında iştirak etməməsidir. Bunun başlıca səbəbi isə Rusiyanın Gürcüstanın ərazi bütövlüyünü pozması və Abxaziya ilə Cənubi Osetiyanı işğal altında saxlamasıdır. Məhz bu səbəbdən Tbilisi ilə Moskva arasında diplomatik münasibətlər də yoxdur.

Elşad Həsənov bildirib ki, Gürcüstan Rusiya ilə siyasi münasibətlərdə məsafəli mövqe tutsa da, iki ölkə arasında müəyyən iqtisadi və ticarət əlaqələri davam edir. Onun sözlərinə görə, Gürcüstanın "3+3" formatında iştirak etməməsi platformanın tam tərkibdə fəaliyyət göstərməsinə imkan vermir. Nəticədə keçirilən görüşlər “3+2” formatında baş tutur.

Siyasi şərhçinin fikrincə, Rusiya hazırda Cənubi Qafqazda öz təsir imkanlarını əvvəlki səviyyədə saxlaya bilmir. O bildirib ki, Ermənistanda Rusiyanın əsas hərbi dayaqlarından biri 102-ci hərbi bazadır. Bundan başqa, Ermənistanın Türkiyə və İranla sərhədində Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhəd qoşunlarının əməkdaşları da fəaliyyət göstərir. Ekspert hesab edir ki, Ermənistan gələcəkdə bu qüvvələrin də ölkədən çıxarılmasına çalışacaq.

Həsənovun sözlərinə görə, Paşinyan hakimiyyətə gəldiyi vaxtdan Qərbə daha çox yaxınlaşan siyasət yürüdür və Ermənistanda Rusiyanın mövcudluğunu tədricən məhdudlaşdırır. İlk addımlardan biri Rusiya sərhədçilərinin "Zvartnots" hava limanından çıxarılması olub. Daha sonra Ermənistan–Türkiyə və Ermənistan–İran sərhəd-keçid məntəqələrində də rus sərhədçilərinin yerinə Ermənistan sərhədçiləri yerləşdirilib.

Ekspert hesab edir ki, Rusiya bununla Cənubi Qafqazdakı son dayaqlarını da itirmək təhlükəsi ilə üzləşir və məhz buna görə regiondakı təsir imkanlarını qorumağa çalışır. Onun fikrincə, Moskvanın "3+3" formatını yenidən gündəmə gətirməsinin əsas səbəblərindən biri də budur.

Elşad Həsənov bildirib ki, Rusiya Ermənistanda da siyasi təsir imkanlarını qorumaq üçün müxtəlif cəhdlər göstərib. Onun sözlərinə görə, iyunun 7-də Ermənistanda keçirilən parlament seçkiləri ərəfəsində Moskva ciddi siyasi səylər göstərib. Ekspert bunu Rusiyanın Gürcüstanda Bidzina İvanişvili ilə bağlı siyasətinə bənzədərək, Ermənistanda da oxşar modeldən istifadə etməyə çalışması ilə əlaqələndirib.

Həsənovun fikrincə, əvvəlcə Ruben Vardanyanın Ermənistanda siyasi proseslərə cəlb edilməsi gözlənilən nəticəni verməyib və Vardanyan həbs olunub. Daha sonra milyarder Samvel Karapetyanın siyasi prosesə daxil olması və parlament seçkilərində hakimiyyətə gəlmək üçün mübarizə aparması gündəmə gəlib. Ekspert hesab edir ki, bu prosesdə Rusiyanın həm ciddi siyasi, həm də maliyyə dəstəyi olub.

Lakin siyasi şərhçinin sözlərinə görə, erməni cəmiyyəti nəticədə Nikol Paşinyanın "Vətəndaş Müqaviləsi" partiyasına daha çox dəstək göstərib. O bunu Paşinyanın son illərdə apardığı siyasətin cəmiyyət tərəfindən qəbul edilməsi ilə izah edib. Həsənovun fikrincə, Paşinyan daha real və müasir Ermənistan modeli qurmağa çalışır, erməni cəmiyyətinin əhəmiyyətli hissəsi isə qonşularla müharibə vəziyyətində olmaq əvəzinə sülh şəraitində yaşamağa üstünlük verir.

Ekspert hesab edir ki, Rusiya–Ukrayna müharibəsi də Moskvanın Cənubi Qafqazdakı imkanlarını zəiflədən əsas amillərdən biridir. Onun sözlərinə görə, müharibə Rusiyanı həm iqtisadi, həm də hərbi baxımdan zəiflədir və Moskvanın əvvəlki kimi siyasi iradəsini region ölkələrinə diktə etmək imkanlarını azaldır.

Həsənov sentyabrın 1-də Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində Vladimir Putinlə Nikol Paşinyan arasında keçirilən görüşə də diqqət çəkib. Onun sözlərinə görə, Putin həmin görüş zamanı zərurət yaranacağı təqdirdə Rusiyanın Ermənistandakı hərbçilərini çıxara biləcəyini bildirib. Paşinyan isə İrəvana qayıtdıqdan sonra jurnalistlərə açıqlamasında həmin hərbçilərin Ermənistana artıq lazım olmadığını deyib.

Siyasi şərhçi hesab edir ki, qarşıdakı Moskva səfərində Paşinyan Rusiya hərbçilərinin Ermənistandan çıxarılması məsələsini də gündəmə gətirə bilər. Onun fikrincə, Moskva isə bununla yanaşı Cənubi Qafqazdan tamamilə çıxmaq niyyətində deyil və "3+3" formatının yenidən aktuallaşdırılması da məhz Rusiyanın regionda öz rolunu qorumaq cəhdlərindən biridir.

Həsənovun fikrincə, bu formatın qarşıdakı dövrdə də tam işlək mexanizmə çevrilməsi real görünmür. Çünki Rusiya Gürcüstanın ərazi bütövlüyü məsələsində mövqeyini dəyişməyib və Abxaziya ilə Cənubi Osetiya problemi həll olunmayıb. Eyni zamanda Rusiya Ukraynada da müharibəni öz şərtləri ilə başa çatdıraraq regiondakı əvvəlki mövqeyini bərpa edə bilməyib.

Ekspert hesab edir ki, bunun fonunda Avropa İttifaqı və ABŞ Cənubi Qafqazda mövqelərini gücləndirir. Xüsusilə TRIPP layihəsinin reallaşdırılması istiqamətində proseslərin başlaması regionun geosiyasi və nəqliyyat xəritəsində yeni dəyişikliklər yarada bilər.

Elşad Həsənovun qənaətinə görə, Rusiya zəiflədikcə Cənubi Qafqazda onun təsir imkanları da azalır. Buna görə Moskvanın "3+3" formatını yenidən dövriyyəyə qaytarmaq cəhdləri daha çox regiondakı əvvəlki mövqelərini qorumaq istəyindən irəli gəlir. Lakin hazırkı geosiyasi reallıqlar göstərir ki, Cənubi Qafqaz getdikcə Rusiyanın təsir dairəsindən uzaqlaşır.

Dəniz NƏSİRLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ