"Hazırda konfransdayam. Konfrans başlayacaq. Geniş danışa bilmirəm. Mən şəxsən Həmidə Ömərovanı dəstəkləyirəm". Bu fikirləri baki-xeber.com-a açıqlamasında Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin üzvü, kinodramaturq Eldəniz Quliyev deyib. Qeyd edək ki, hazırda Azərbaycan Kinematoqrafçılar İttifaqının konfransı keçirilir. Konfransın gündəliyinin əsas bəndi sədr seçkisi ilə bağlıdır. Xatırladaq ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının keçmiş sədri Xalq artisti Rasim Balayev olub.
İradə SARIYEVA