ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton "MS Now" kanalındakı verilişdə çıxışı zamanı İsrailin Baş naziri Netanyahu ilə bağlı fikirlərini bölüşüb. "Mən İsraili sevirəm, lakin Netanyahunun hökumətinə və siyasətinə qarşı dərin ikrah hissi keçirirəm. Mən Amerikanı sevirəm, lakin Trampın hökumətinə və siyasətinə qarşı dərin ikrah hissi keçirirəm"- xanım Klinton deyib. Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Məhəmməd bin Zayed Əl Nəhyanın 7 oktyabr 2023-cü il tarixindən əvvəl Netanyahunu Qəzza zolağından ola biləcək hücum barədə xəbərdar etməsi ilə bağlı məlumatları xatırladan Klinton qeyd edib: "Onun (Netanyahunun) nə düşündüyünü bilmirəm, lakin bu, liderlik baxımından bir uğursuzluq idi". Klinton onu da deyib ki, israillilər Netanyahuya yenidən səs vermək istəsələr, ABŞ çox sərt mövqe tutmalıdır.
İşğal olunmuş Fələstin ərazilərinə soxulan israillilər haqqında danışan Klinton yeni baş nazirin işğal altındakı - İordan çayının qərb sahilində məskunlaşanların törətdiyi zorakılığa qarşı sərt tədbirlər görəcəyinə ümid etdiyini bildirib. "Bu cür zorakılıq halları cəzasız qalmamalıdır. Bu, ədalətsiz, pis və fələstinlilər üçün yanlış bir haldır"- o deyib.
SAMİRƏ