Ukrayna sentyabrın 10-dan 11-nə keçən gecə Rusiyanın Saratov neft emalı zavoduna dronlarla hücum edib. Rusiyanın nəhəng elektron ticarət şirkəti “Ozon” tərəfindən idarə olunan logistika mərkəzi də hədəf alınıb.
Sentyabrın 10-dan 11-nə keçən gecə Rusiyanın Saratov neft emalı zavoduna dronlar hücum edib. Rusiyanın nəhəng elektron ticarət şirkəti “Ozon” tərəfindən idarə olunan logistika mərkəzi də hədəf alınıb.
“Astra” və “Exilenova+” Telegram kanalları Saratov vilayətindəki neft emalı zavoduna hücumdan sonra yanğın baş verdiyini bildirir. "Mümkün təhlükənin olduğu ərazilərdə yerli xəbərdarlıq sistemləri işə salına bilər. Bütün təcili yardım xidmətləri tam hazır vəziyyətə gətirilib" - deyə Saratov vilayətinin qubernatoru Roman Busargin bildirib.
Telegram kanalları “Ozon” logistika mərkəzində də yanğın baş verdiyini bildirib. Saratov vilayətinin Engels şəhərində də partlayış səsləri eşidilib. Ozon şirkətinin mətbuat xidməti bildirib ki, dronlarla Saratovdakı logistika mərkəzinə və çatdırılma mərkəzinə hücum edilib: "Saratovdakı logistika mərkəzimiz və çatdırılma mərkəzimiz pilotsuz uçuş aparatının hücumuna məruz qalıb. İşçilərimizi dərhal təxliyə etdik və ilkin məlumatlara görə, heç kim itki yoxdur. Yanğın baş verib və təcili yardım xidmətləri hadisə yerində işləyir".
Bu arada, Rusiyanın dövlət tərəfindən idarə olunan böyük neft və qaz şirkəti olan “Rosneft”ə məxsus Ryazan neft emalı zavodu 6 sentyabrda dron hücumundan sonra fəaliyyətini dayandırıb.
Tahir TAĞIYEV