Kanadanın Baş naziri Mark Karni Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşündə Kiyevin hava hücumundan müdafiə sistemləri üçün yeni tutucu raketlərlə təmin ediləcəyini açıqlayıb. Karni "Ukraynanın müdafiəsini və uzunmüddətli təhlükəsizliyini gücləndirmək üçün bir sıra əlavə investisiyalar da elan edib.
Buraya ABŞ-ın Jumpstart mexanizmi çərçivəsində "hava hücumundan müdafiə sistemləri üçün vacib tutucuların təchizatı üçün təxminən 350 milyon Kanada dolları (253 milyon dollar)" daxildir. Ottava həmçinin "Ukraynanın təhlükəsizlik arxitekturasının potensialını gücləndirmək" üçün təxminən 23 milyon Kanada dolları (16,6 milyon dollar) ayıracaq və əlavə 10 milyon Kanada dolları (7,2 milyon dollar) enerji infrastrukturunun dəstəklənməsi üçün xərclənəcək. Bundan əlavə, qışın yaxınlaşması ilə Ottava Avropa Yenidənqurma və İnkişaf Bankına Kiyevin enerji təhlükəsizliyini dəstəkləmək, o cümlədən qaz və generatorların alınması üçün təxminən 435 milyon Kanada dolları (314,4 milyon dollar) məbləğində yeni kredit zəmanətləri verəcək. Kanada şirkətlərinin iştirakı ilə "Ukraynanın yenidən qurulmasını dəstəkləmək" üçün isə Export Development Canada vasitəsilə daha 200 milyon Kanada dolları (144,5 milyon dollar) güzəştli kredit ayrılacaq.
Eyni zamanda, Karni və Zelenski 100 illik tərəfdaşlıq haqqında bəyannamə imzalayıb və Kanada Ukraynanın ən təcili hərbi ehtiyaclarını ödəməyə davam edəcəyinə zəmanət verib.
SAMİRƏ