Cümə günü, 06 noyabr 2026
     

I Bakı Türkoloji Qurultay milli mətbuat səhifələrində

Image


26 fevral - 6 mart 1926-cı il tarixlərində Bakıda keçirilən və Türk xalqlarının ortaq dil, mədəniyyət platformasına çevrilən I Bakı Türkoloji Qurultay dövrü mətbuatımızın diqqət yönəltdiyi əsas mövzulardan biri olaraq tarixləşib. Mətbuatın təbliğat, təşviqat və maarifçilik missiyasından doğan xeyli sayda məqalə, qurultayın təşkilində qarşıya çıxan problemlər, "ərəbçi"lər və "latınçı"ların fikir çəkişmələri, dilin islahı barədə faktoloji materiallar qəzet və məcmuələrdə aktuallığını qoruyub saxlayır. Ana dilində çap olunan "Kommunist", "Yeni fikir", "Yeni yol", "İşçi yol", rusca nəşr olunan "Bakinskiy raboçiy" qəzetləri, "İnqilab və mədəniyyət" jurnalı nəinki Qurultayda, ondan əvvəl və sonra da "hərf inqilabı"nın bütün mərhələlərini öz səhifələrinə köçürüb və bu faktoloji materiallar mövzunun tədqiqində mühüm mənbə hesab edilir. Mətbuat materiallarının xəbər yükünün statistika və təhlili onu göstərir ki, bu yazılarda qurultayın təşkili və çağırılma səbəbləri, Sovetlər İttifaqının tərkibində olan Türk cümhuriyyətlərinin bu proseslərə cəlb olunması, ərəb əlifbasının türk dili qanunlarına uyğunsuzluğu, dilçilərin islahat tələbləri, latın qrafikasına keçidin çətinlikləri barədə xeyli sayda məlumat və faktlar var.

Bu xəbər və yazıların bir qismi qurultaya dəvət olunan nümayəndələr, onların elmi-ictimai fəaliyyəti, Türk dil qrupları üzərində apardıqları araşdırmalar, arxeologiya və etnoqrafiyanın tədqiqinə həsr olunub. Anadilli mətbuatın xəbər siyasətində əsasən Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tatarıstan, Şimali Qafqaz, Gürcüstan və Ermənistanda mərkəzi partiya işçilərinin, xalq təhsil şöbələrinin, dilçi alimlərin yeni türk əlifbası ətrafında keçirdikləri toplantılar və onun nəticələri barədə müxtəlif səpkili məlumatlar oxuculara çatdırılır, latın əlifbasının üstünlükləri təbliğ olunurdu. Qurultayın Bakıda keçirilməsi səbəblərinə və bu ali tədbirin vaxtının bir neçə dəfə dəyişdirilməsinə toxunulur, bəzi məqamlara aydınlıq gətirilirdi. Akademik Bartold "Kommunist" qəzetində Bakının Türkoloji mərkəz olaraq seçilməsini Azərbaycanın ali təhsil, dilçilik, türkoloji araşdırmalar baxımından digər sovet türk cümhuriyyətlərindən müsbət mənada fərqlənməsi və buranın əlverişli coğrafi mövqeyi və iqtisadi imkanları ilə bağlayırdı.

Qurultayın 1925-ci ilin dekabrında keçirilməsi planlaşdırılsa da, təşkilati işlərdəki boşluqlar, ortaya çıxan çətinliklər, sovet kəşfiyyat orqanlarının gizli hesabatları, Türküstanda və Dağıstanda "ərəbçi"lərin və dini klerikal qüvvələrin, Türkiyədə mühacirət xadimlərinin mövqeləri təşkilatçılarda tərəddüdlər yaradırdı.

"Kommunist" qəzeti 1925-ci ilin 9 noyabr tarixli sayında Sovet İttifaqı Xalq Komissarlar Şurası yığıncağı Qurultayın dekabr ayından gec olmayaraq Bakıda çağırılması haqda qərarı çap etdi: "Qurultayın çağırılması məsələsi Azərbaycanda birinci dəfə olaraq hələ bir il bundan əvvəl ali firqə və Şura təşkilatlarında irəli sürülüb. Bu il müddətində bu məsələ Leninqrad, Moskva, Bakı və sair şəhərlərdə Şuralar İttifaqının məşhur alimlərinin iştirakı ilə çağırılıb və müzakirə edilib. Bu il avqust ayında Sovet İttifaqı Xalq Komissarlar Şurası qurultayın təşkilat komitəsinin sədri Mixail Yuriyeviçin məruzəsi üzrə 1925-ci il kanun-əvvəl (oktyabr) ayında Bakıda qurultay çağırılması barədə qərar çıxarmış və beləliklə, qurultayın çağırılması məsələsi qəti surətdə həll edilmişdir" ("Kommunist" qəzeti, 9 noyabr 1925-ci il, № 256).

Lakin təşkilati işlərdəki çətinliklər, regionlarda işin sürətlə aparılmaması, təbliğat-təşviqat işinin düzgün qurulmaması, maliyyə çətinlikləri planlaşdırıldığı kimi Qurultayın dekabrın sonlarında belə keçirilməsinə imkan vermədi. Nəhayət, 1926-cı ilin fevralın 26-da Bakıda Türkiyədən, İrandan, bəzi Avropa ölkələrindən, bütün türk coğrafiyasını əhatə edən bölgələrdən dəvət edilən nümayəndə heyətlərinin iştirakı ilə Türk Dünyasının ortaq müzakirə platformasına çevrilən Qurultayda bir araya gəldilər. "Kommunist" qəzeti "Türkoloji Qurultayın təşkili" məqaləsində bəzi statistik məlumatlar verərək yazırdı: "Çağrılacaq Qurultayda 130 nəfər iştirak edəcək. Qurultayda Şuralar İttifaqının 30-dan yuxarı cümhuriyyət və əyalətlərində yaşayan Türk-tatar nümayəndələri iştirak edəcək." Qonaq sifətilə xarici məmləkətlərdən, xüsusən, Türkiyə və İrandan, Avropa ölkələrindən türkoloqların dəvət olunacağı xəbərini verən qəzetlər Azərbaycan İstiqlalının bərpası savaşı aparan M.Ə. Rəsulzadə və silahdaşlarını tənqid atəşinə tuturdu. Qurultay öncəsi Səmədağa Ağamalıoğlu qəzetlərə verdiyi açıqlamada "Biz azərbaycanlılar müsafirlərimizi ürəkdən və səmimiyyətlə qarşılayacağıq" xəbərini verir, ev sahibi kimi üzərlərinə böyük məsuliyyət düşdüyünü vurğulayırdı.

Krım, Qazaxıstan, Özbəkistan, Tatarıstan nümayəndələri, Türkiyədən dəvət edilən alimlər fevralın 25-dən Bakıda idilər. Redaksiyaların əvvəlcədən müəyyən etdikləri müxbir heyəti qonaqların ərəb hürufatının latın qrafikası ilə əvəzlənməsinə, gözlənilən əlifba islahatının nəticələrinə münasibəti öyrənərək oxuculara çatdırırdı. İki ilə yaxın müddətdə hazırlıq işləri görülsə də, İttifaq daxilindəki bəzi türk ölkələri nümayəndələri qurultay barədə bir müddət öncə məlumat aldıqlarını söyləyirdi. Qırğızıstandan gələn nümayəndələrdən Qasım Tınıstan oğlu qurultayın təşkilində yol verilən nöqsanları gizlətməyərək deyirdi: "Biz qurultaydan gec xəbər aldıq. Bunun üçün ancaq istilahlar ilə əlifba məsələsi haqqında hazırlana bildik". ("Kommunist" qəzeti, 26 fevral 1926-cı il).

Qurultayın keçirilmə müddətində anadilli mətbuatın əsas diqqət yönəltdiyi, qarşıya qoyduğu məqsəd xarici nümayəndələrdən müsahibələrin alınması, əcnəbi alimlərin Azərbaycanın timsalında Sovet Rusiyasının digər türk cümhuriyyətlərində milli məsələlərə həssas yanaşdığı, bəzi xarici ölkə təbliğatçılarının sovetlərin ruslaşdırma siyasəti yürütməsi haqqındakı fikirlərinin əsassızlığı barədə rəy almaq istəyirdilər. Müsahiblər sovet rejiminin türk-tatar xalqlarının həyatına gətirdiyi mədəni yüksəlişi, savadsızlığın ləğvi və iqtisadi-sosial həyatda nailiyyətləri xüsusi vurğulayırdı. Türkiyə Cümhuriyyəti nümayəndələri sırasında öz doğma Vətəni Azərbaycana gələn böyük mütəfəkkir, türkçülük hərəkatının əsas ideoloqlarından professor Əli bəy Hüseynzadənin Bakı qatar stansiyasında və qurultayın gedişində və sonunda müxbirlərə verdiyi kiçik həcmli müsahibələr bu böyük şəxsiyyətin Qurultaya münasibətinin öyrənilməsində ən mühüm mənbə hesab etmək olar. Müxbirlərin suallarının qoyuluşundan aydın olur ki, məqsəd Ə. Hüseynzadənin Azərbaycanın sovetləşməsinə və latın qrafikasına keçidə münasibətini öyrənmək ən vacib tapşırıqlardan biri olub. Azərbaycanın sovetləşməsinə müsbət yanaşsa da, Əli bəy Hüseynzadə latın qrafikalı əlifbaya keçid məsələsində diplomatik davranıb, bu barədə latın qrafikalı əlifbaya keçidi açıq dəstəkləməyib. Bu böyük mütəfəkkirin Yeni əlifbanın qəbuluna "etinasızlıq, neytrallıq göstərməsi" yumşaq bir formada qəzetlərdə tənqid olunurdu. "Ərəb əlifbasının can çəkişməsi" məqaləsində Ə. Hüseynzadənin mimikalarla danışmasını qəbul etməyən kommunistlərin əsas tribunası "Kommunist" qəzeti yazırdı: "Hətta bu vaxtacan olduqca laqeyd və bitərəf görünən Əli bəy Hüseynzadə belə latınçıları alqışlamaq kimi axıntıya qarşı dayanmayıb, öz sükunətlərini arabir Məhəmmədzadə yoldaşın ünvanına göndərdiyi alqışlar ilə yazıyordu". ("Kommunist", 1926-cı il, mart, № 55, "Ərəb əlifbasının can çəkişməsi").

Qurultayda mövqeyi maraq doğuracaq nümayəndələrdən biri türkoloji elmində söz sahibi olan Mehmet Fuad Köprülü idi. Qurultay bitdikdən sonra bu böyük alimin "Yeni fikir" qəzetinə verdiyi müsahibənin girişi də maraqlı detallarla zəngindir. Səhərin yeni açılmasına baxmayaraq professorun "Yeni Avropa" otelindəki odasında tədqiqatla məşğul olduğunu qeyd edən müxbir Fuad Köprülünün ona hətta bir "papiros" ikram etdiyini yazır.

Sonra "müxbirin cibində hazır etdiyi" suallara cavab verərək Türkoloji Qurultayın tarixi əhəmiyyətindən danışır: "Türkoloji Qurultayın elmi qiyməti çox mühüm olduğu kimi ümumi nöqtədən şayanı diqqətdir. Biləxüsus, bu türk xalqlarının intibahı, elm və mədəniyyət yolunda irəliləmək istədiyini göstərir" ("Yeni fikir" qəzeti, 9 mart 1926-cı il, № 1035).

I Bakı Türkoloji Qurultayı çərçivəsində böyük türk şairi Əlişir Nəvainin 500, Azərbaycan milli mətbuatının yaranmasının 50 illiyinin qeyd olunması barədə məlumatlar dövrün mətbuat səhifələrində əksini tapıb. 1875-ci ildə Həsən bəy Zərdabinin əsasını qoyduğu "Əkinçi" qəzetinin 1925-ci ildə 50 ili tamam olurdu. Milli mətbuatın yubileyinin keçirilməsi Azərbaycan mərkəzi partiya orqanları tərəfindən qərarlaşdırılsa da, sonradan yubileyin keçirilməsi üzərindən sükutla keçildi. Qəbul olunan qərara görə, Azərbaycan milli mətbuatının 50 illiyi I Bakı Türkoloji Qurultayının tədbirlər planına daxil edildi, mətbuat sərgisinin təşkili ilə bağlı nəşriyyatlara və "Kommunist" qəzeti rəhbərliyinə tapşırıqlar verildi. Fevralın 26-da "Mətbuat sarayı"nda qonaqlara verilən ziyafətdən əvvəl sərginin açılışı oldu və bir neçə gün davam etdi.

Sərgidə "Əkinçi"dən başlayaraq "Ziya" ("Ziyayi-Qafqaziyyə"), "Kəşkül", "Şərqi-rus", "Molla Nəsrəddin", "Hümmət", "Gələcək" və digər mətbu nümunələr nümayiş etdirilsə də, "Həyat", "İrşad", "Füyuzat" yaddan çıxarıldı, mətbu eksponatları sırasında göstərilmədi.

Qurultay çərçivəsində 17 iclas keçirildi, müxtəlif problemlər ətrafında 38 elmi məruzə dinlənildi və bütün keçirilən tədbirlər mətbuatın diqqət mərkəzində oldu. Rəsmi səsvermənin nəticələrinə görə, 101 nəfər Latın qrafikalı Yeni Türk Əlifbasına keçidin lehinə, 7 nəfər əleyhinə səs verib, 9 nəfər bitərəf qalıb. I Bakı Türkoloji Qurultayı türk dünyasının elmi, mədəni və dilçilik tarixində ən mühüm hadisələrdən biri hesab olunur.

Akif Aşırlı
PS. Məqalə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyəsi ilə Azərbaycan Türk Ocağı İctimai Birliyinin həyata keçirdiyi "I Bakı Türkoloji Qurultayı arxiv sənədlərində" layihəsi əsasında hazırlanıb.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ