Donald Tramp, Respublikaçılar ara seçkilərdən sonra Konqresin hər iki palatasına nəzarəti saxlayarsa, hər bir yetkin ABŞ vətəndaşına 5000 dollar ödəməyi təklif edib. Bu ödənişləri "Tramp dividendləri" adlandıran ABŞ prezidenti əlavə edib ki, onun planına görə, pul ölkə daxilində xərclənməlidir. Bu ideya Konqresdəki respublikaçılar tərəfindən də dəstəklənib. Nümayəndə Anna Paulina Luna xarici yardım üçün nəzərdə tutulan vəsaitlərin bir hissəsinin ölkə daxilində yenidən bölüşdürülə biləcəyini deyib. O, həmçinin Ukraynaya ayrılan vəsaitlərin amerikalılara ödənişlər üçün istifadə olunacağını da istisna etməyib. Bu fonda Vaşinqtonda artıq xarici yardımın seçicilər üçün birbaşa bonusa çevrildiyi yeni bir siyasi sxem haqqında danışılır.
SAMİRƏ