Cümə günü, 06 noyabr 2026
     

Tramp İranda rejim dəyişikliyi taktikasına yenidən qayıdır...

Image


ABŞ Prezidenti Donald Trampın İran xalqına ünvanladığı son mesajda "azadlıq saatınız yaxındır" ifadəsini işlətməsi Vaşinqtonun Tehranla bağlı mövqeyinin yalnız nüvə proqramı və hərbi məsələlərlə məhdudlaşmadığını göstərən mühüm siyasi mesaj kimi qiymətləndirilir. Bu çağırışın İran daxilində necə qarşılanacağı və siyasi proseslərə təsiri isə xüsusi maraq doğurur.

Trampın İran xalqına "azadlıq saatınız yaxındır" mesajı verməsi ABŞ-ın İranda rejim dəyişikliyini hədəflədiyini göstərirmi və bu çağırış İran daxilində siyasi proseslərə real təsir göstərə bilərmi?

Trampın İran xalqına ünvanladığı mesajın əsas məğzi ondan ibarətdir ki, ABŞ prezidenti İran hakimiyyətinə qarşı açıq şəkildə rejim dəyişikliyi çağırışını yenidən gündəmə gətirir. O, ABŞ-ın hərbi əməliyyatlarının başa çatmasından sonra İran xalqının ölkədə hakimiyyəti öz əlinə almalı olduğunu bildirir. Bu yanaşma Vaşinqtonun İranla qarşıdurmanı yalnız hərbi və nüvə məsələləri ilə məhdudlaşdırmadığını, siyasi hakimiyyət məsələsini də hədəfə aldığını göstərir.

Trampın əvvəlki müraciəti də ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarının başlanması ilə eyni gündə yayımlanmış və İran xalqına hakimiyyəti dəyişmək çağırışı etmişdi. Videonun aylar sonra yenidən paylaşılması isə xüsusilə diqqət çəkir. Bu addım ABŞ-İran qarşıdurmasının yenidən kəskinləşdiyi bir vaxtda Tehran hakimiyyətinə siyasi təzyiqin artırılması və İran daxilində narazı qüvvələrə mesaj verilməsi kimi qiymətləndirilə bilər.

Trampın son açıqlamalarında İranın nüvə proqramı ilə bağlı sərt mövqeyini və hərbi təzyiq ritorikasını davam etdirməsi fonunda bu cür çağırışların İran daxilində siyasi proseslərə real təsiri nə dərəcədə mümkündür?

Zeynal Əmrəliyev: "ABŞ-nin əsas niyyəti İranda hakimiyyət dəyişikliyinə nail olmaqdır"

Zeynal Əmrəliyev: Azərbaycanın ŞƏT-ə üzvlüyü strateji əhəmiyyət daşıyır – ÖZƏL

Politoloq Zeynal Əmrəliyev məsələ ilə bağlı "Bakı-Xəbər" qəzetinə müsahibəsində bildirib ki, ABŞ-nin İrana qarşı yeni hərbi əməliyyatlara başlaması böyük ehtimalla gündəmdədir. Onun sözlərinə görə, uzun müddətdir Vaşinqtonun ən yüksək səviyyəli dairələrində İrana qarşı hərbi addımların atılması ilə bağlı fikirlər səsləndirilir və mövcud proseslər də bunun mərhələli şəkildə həyata keçirilə biləcəyini göstərir.

Politoloq qeyd edib ki, əvvəlki əməliyyatlar zamanı da ABŞ-nin İrana qarşı siyasətinin birdəfəlik hərbi müdaxilədən daha çox mərhələli xarakter daşıyacağı, əsas məqsədin isə İran hakimiyyətinin dayaqlarını zəiflətmək olduğu barədə fikirlər səsləndirilirdi. Onun fikrincə, hazırkı vəziyyət də məhz bu strategiyanın davamı kimi qiymətləndirilə bilər.

Zeynal Əmrəliyev hesab edir ki, ABŞ ilə yanaşı, İsrailin də əsas məqsədlərindən biri İranda rejim dəyişikliyinə nail olmaqdır. Politoloqun sözlərinə görə, Vaşinqton İranın hazırkı siyasi sisteminin, xüsusilə SEPAH-ın mühüm rol oynadığı hakimiyyət modelinin davam etməsini öz maraqlarına uyğun hesab etmir.

"ABŞ və İsrail İrandakı hakimiyyətin dəyişməsi üçün müxtəlif istiqamətlərdə təzyiq göstərə bilərlər. Bu proses bir neçə mərhələdə həyata keçirilə bilər. İlk növbədə rejimin əsas fiqurlarının hədəfə alınması, daha sonra onun iqtisadi dayaqlarının zəiflədilməsi və mühüm enerji infrastrukturlarına zərbələr endirilməsi ehtimalı var. Bununla yanaşı, ölkə daxilindəki müxalif siyasi qüvvələrə müxtəlif formalarda dəstək göstərilməsi də gündəmə gələ bilər", – deyə politoloq bildirib.

Onun fikrincə, ABŞ üçün əsas problemlərdən biri hazırkı hakimiyyətin dəyişdirilməsindən sonra İranda hansı siyasi qüvvənin hakimiyyətə gətiriləcəyidir. Zeynal Əmrəliyev qeyd edib ki, keçmiş şahın oğlu Rza Pəhləvi ilə bağlı müəyyən təmaslar olsa da, İranda monarxiyanın bərpasını dəstəkləyən geniş sosial-siyasi baza yoxdur.

Politoloqun sözlərinə görə, daha real variantlardan biri demokratik respublika tərəfdarı olan qüvvələrlə əməkdaşlıq etməkdir. Bu baxımdan 2009-cu il prezident seçkilərindən sonra meydana çıxan “Yaşıl hərəkat” və onun liderlərindən biri olmuş Mir Hüseyn Musəvinin adı xüsusi diqqət çəkir.

"Son dövrlərdə ABŞ mediasında Mir Hüseyn Musəvinin adının daha çox hallandırılması da təsadüfi görünmür. Lakin hazırda əsas məsələ ABŞ-nin İranda hakimiyyət dəyişikliyindən sonra hansı siyasi modelə üstünlük verəcəyidir. Bunun necə nəticələnəcəyini isə proseslərin sonrakı inkişafı göstərəcək", – deyə Zeynal Əmrəliyev vurğulayıb.

Politoloq sonda bildirib ki, ABŞ-nin İrana qarşı siyasətinin əsas hədəfi yalnız hərbi təzyiq göstərmək deyil, nəticə etibarilə ölkədə hakimiyyət dəyişikliyinə nail olmaqdır.

Dəniz NƏSİRLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ