Husilərin Səudiyyə Ərəbistanına hücumlarından sonra Pakistan İrana birbaşa mesaj göndərib. Pakistan hökuməti Tehrandan hücumları dayandırılması üçün Husi üsyançıları üzərində təsirindən istifadə etməsini istəyib.
Mənbələrə görə, Pakistanın mesajı Tehran hökumətinə son 24 saat ərzində çatıb. İslamabad İrandan Yəməndəki husilər üzərindəki təsirindən istifadə etməsini və Səudiyyə Ərəbistanına qarşı hücumların dayandırılmasına kömək etməsini istəyib.
İranın yüksək vəzifəli rəsmisi mesajı Pakistandan aldığını təsdiqləsə də, Tehranın Husilərə "nəzarət etmədiyini" bildirib.
Pakistan Xarici İşlər Nazirliyinin sözçüsü Xan sentyabrın 10-da Məkkə Müdafiə Sazişinin qüvvəyə minib-endirilməyəcəyi ilə bağlı sualları cavablandırarkən bildirib ki, hazırda Türkiyə və Səudiyyə Ərəbistanı ilə imzalanmış birgə müdafiə müqaviləsi çərçivəsində heç bir hərbi cavab müzakirə olunmur: "Bu məsələ hazırda müzakirə olunmur... Vaxtı çatanda müqavilə çərçivəsində tədbirlər görəcəyik".
Ötən ay imzalanan Məkkə Müdafiə Sazişində Türkiyə, Pakistan və ya Səudiyyə Ərəbistanından hər hansı birinə qarşı silahlı hücumun hər üç ölkəyə qarşı hücum kimi qəbul ediləcəyi nəzərdə tutulur.
Tahir TAĞIYEV