Cümə günü, 06 noyabr 2026
     

Özəl məktəblərin təhsil haqqı ilbəil artır: valideynin şikayəti yenidən araşdırılacaq

Image


Yeni tədris ilində aktual məsələlərdən biri də özəl məktəblərdə təhsil haqlarının artırılmasıdır. Bir çox valideynlər liseylərin ilbəil ödənişləri artırmasından narazılıq edir. Liseylərdə ödənişlərlə bağlı mübahisələr bəzən məhkəmə müstəvisinə çıxır. Təhsil haqqı ilə əlaqədar hazırda davam edən məhkəmə proseslərindən biri də Bakı Atatürk Liseyi ilə bağlıdır.

Məsələ ilə bağlı “Azadlıq” radiosunun məlumatına əsasən, liseydə son beş il ərzində təhsil haqqı üç dəfədən çox – 1 200 manatdan 4 min manatadək artırılıb. Valideynlər öncə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə şikayət ediblər. Dediklərinə görə, bu artımın müqaviləyə uyğun hansı zərurət və səbəblərdən (inflyasiya, maddi-texniki bazanın gücləndirilməsi və sair) qaynaqlandığı əsaslandırılmayıb. Bu qurumdan valideyn Günay Məmmədovaya cavab gəlib ki, istehlakçıların hüquqlarının pozulması hallarının qarşısını almaq məqsədilə liseyin nümayəndəsi ilə görüş keçirilib, qanunvericiliyin tələbləri, Dövlət Xidmətinin gözləntiləri onların nəzərinə çatdırılıb. Əlavə olunub ki, liseylə aralarındakı mübahisə ilə bağlı məhkəməyə müraciət edə bilərlər. Ardından təhsil haqqının artırılması ilə əlaqədar Atatürk Liseyindən çıxarıldığı bildirilən bacı-qardaşın valideyni məhkəməyə üz tutub. G.Məmmədova ərizəsində göstərib ki, bu il aprelin 29-da mobil telefonuna yeni tədris ili üzrə təhsil haqqının artırılacağı barədə mesaj göndərilib. Şagird qeydiyyatının yenilənməsi üçün müraciət edilməsi istənilib. Lakin mesajda yeni təhsil haqqının məbləği barədə məlumat verilməyib. Valideyn Atatürk Liseyinin məlumat mərkəzinə gedərək oradan yeni ildən məbləğin 4 min manat olduğunu öyrənib. G.Məmmədovanın sözlərinə görə, şagird qeydiyyatının yenilənməsi müddətinin bitməsinə az qaldığı bir vaxtda övladlarının hər biri ilə bağlı müqavilə üzrə təhsil haqqının 50 faizi – 2 min manat olmaqla, ümumilikdə 4 min manat ödəyib. Lakin bir gün sonra ona SMS gəlib ki, liseylə onun arasında övladlarının növbəti tədris ilində təhsilini davam etdirməsi haqda yeni müqavilələr bağlanmayacaq. Ödədiyi 4 min manat da geri qaytarılıb. Müqavilənin uzadılmamasına əsas kimi ödənişin vaxtında olunmaması göstərilib. İddiaçı valideyn isə hesab edir ki, övladlarına qarşı qərəzin və yeni müqavilələr bağlanmamasının əsas səbəbi qiymət artımından onun başqa valideynlərlə birlikdə liseyin tabe olduğu Türk Dünyası Araşdırmaları Vəqfinə şikayət etməsidir: "Bizim şikayətimizdən lisey rəhbərliyi qəzəblənib. Öz hüquqlarından sui-istifadə edərək, ikisi mənim övladlarım olmaqla, beş nəfər şagirdi liseydən çıxarıblar, digərlərinə isə xəbərdarlıq ediblər". Valideyn övladlarını başqa məktəbə keçirmək məcburiyyətində qaldığını və bunun onların psixoloji durumuna mənfi təsir göstərdiyini bildirir.
Məhkəmədə iddiaçı valideynlə yanaşı, liseydən kənarlaşdırılan başqa şagirdlərin də valideynləri şahid kimi dindirilib. Onlar şikayətləniblər ki, övladları bu liseydə təhsil almağa başlayarkən illik 1 200 manat olan ödəniş 4 min manatadək artıb, bu da ciddi maddi problemlər yaradır. Atatürk Liseyi iddiaları qəbul etmir, müqavilənin ödəniş gecikdiyi üçün imzalanmadığını bildirib. Liseyin nümayəndəsi məhkəmədə deyib ki, valideynlərlə imzalanmış müqavilə həmin ilin sonunadək qüvvədə olur. Növbəti tədris ilinin ödənişləri aprelin sonuna qədər həyata keçirilir, müqavilədə də bu hal göstərilib. Nümayəndə vurğulayıb ki, valideynlərə vaxtında bildirişlər göndərilir, onlar vaxtında liseyə yaxınlaşıb müqaviləni uzatmalıdır. Nümayəndə əlavə edib ki, şagirdi məktəbdən valideyni çıxarıb, lisey yox. Tərəflər arasında bağlanmış təhsil xidmətləri barədə müqavilələrin 5.3-cü bəndində isə göstərilib ki, valideyn növbəti tədris ili üçün təhsil haqqının 50 faizini ən geci mayın 15-dək ödəməlidir. Nərimanov rayon Məhkəməsi G.Məmmədovanın Atatürk Liseyinə qarşı şikayətini təmin etməyib. Apellyasiya Məhkəməsi də qərarı qüvvədə saxlayıb. Bugünlərdə işə baxan Ali Məhkəmə isə hesab edib ki, liseyə qarşı şikayət hərtərəfli araşdırılmayıb. Ona görə də qərar verib ki, iş apellyasiya məhkəməsinə qaytarılsın və yenidən araşdırma aparılsın. Hüquqşünas Yalçın İmanov deyir ki, Mülki Məcəllənin 390-cı maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad şəkildə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Amma müqavilələr qanunun tələblərinə zidd olmamalıdır, istehlakçı hüquqlarını pozmamalıdır. Y.İmanov bildirir ki, özəl məktəblərdə təhsil haqlarının məbləği tərəflər arasında imzalanan müqavilədə nəzərdə tutulur. Bunun gələcəkdə artıb-artmaması müqavilənin şərtlərindən asılıdır: "Tərəflərin müqavilə şərtlərini qarşılıqlı razılıq əsasında müəyyən etmək hüquqları var. Müqaviləyə gələcəkdə dəyişiklik edilə bilər, amma bu, mütləq tərəflərin razılığı ilə olmalıdır. Dəyişikliyi hər iki tərəf azad şəkildə qəbul edirsə, bu qanunidir. Yox, bir tərəfin diktəsi ilə baş verirsə, bu, müqavilə şərtlərinin pozulmasıdır". Hüquqşünas deyir ki, dəyişiklik tərəflərdən birinin mövqeyinə əhəmiyyətli dərəcədə zərər vurmamalıdır, müqavilənin bəndlərində dəyişiklik olanda öncədən qarşı tərəf vaxtında xəbərdar edilməli, dəyişiklik əsaslandırılmalıdır.

Ramil QULİYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ