Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) bu gün keçirilən konfransında sədr postuna vahid namizəd kimi Xalq artisti Şəfiqə Məmmədova təqdim olunub. Bu qərar AKİ-nin bəzi üzvlərinin etirazına səbəb olub. Onlar Həmidə Ömərovanın da namizədliyinin nəzərə alınmasını tələb ediblər.
Seçkinin alternativsiz keçirilməsinə etiraz edən (Müstəqil Kino Platforması) konfrans nümayəndələrinə müraciət yayaraq Xalq artisti Həmidə Ömərovanın namizədliyini irəli sürüb və seçkinin demokratik, rəqabətli aparılmasını tələb edib. Lakin bilindiyi kimi, H.Ömərovanın namizdəliyi qəbul edilməyib.
Etirazlara cavab verən Şəfiqə Məmmədova onun vahid namizəd kimi irəli sürülməsinin İttifaqın İdarə Heyətinin qərarı olduğunu bildirib.
Qeyd edək ki, Həmidə Ömərovanın sədrliyə namizədliyi konfransdan bir gün əvvəl irəli sürülmüşdü. Buna qədər İdarə Heyəti Şəfiqə Məmmədovanın namizədliyini yekdilliklə təsdiqləmişdi.
İRADƏ