Cümə günü, 06 noyabr 2026
     

Dələduzluqla onlayn kreditə görə vətəndaşı məsul tutmaq əvəzinə bank məsuliyyətini artırmaq olmazdı?..

Image


Onlayn kreditlərin sürətlə yayılması vətəndaşların bank xidmətlərindən daha rahat istifadə etməsinə imkan yaratsa da, bu imkanlarla yanaşı yeni risklər də ortaya çıxarıb. Xüsusilə son dövrlər ayrı-ayrı şəxslərin xəbəri və razılığı olmadan onların adına kredit götürülməsi halları ciddi narahatlıq doğurur. Belə vəziyyətdə vətəndaş həm özünün götürmədiyi borcla üz-üzə qalır, həm də kredit tarixçəsinin korlanması və hüquqi problemlərlə qarşılaşmaq riski daşıyır. Ali Məhkəmənin açıqlamasında isə qeyd olunur ki, kreditin dələduzluq yolu ilə götürülməsi faktı öz-özlüyündə müqavilənin etibarsız sayılması üçün kifayət deyil və hər bir iş üzrə bankın, eləcə də vətəndaşın davranışı ayrıca qiymətləndirilməlidir.

Bu yanaşma vətəndaşın hüquqlarının qorunması baxımından nə dərəcədə ədalətlidir? Şəxsin xəbəri və iradəsi olmadan onun adına kredit rəsmiləşdirilibsə, bank həmin kreditin məhz o şəxs tərəfindən götürüldüyünü sübut etməlidirmi? Ümumiyyətlə, onlayn kreditlərdə müştərinin identifikasiyası və təhlükəsizliyin təmin edilməsində bankların məsuliyyəti hansı səviyyədə olmalıdır və dələduzluq nəticəsində yaranan borcun məsuliyyəti bankla vətəndaş arasında necə bölüşdürülməlidir?

Şəmsəddin Əliyev: "Dələduzluq faktı varsa, kredit müqaviləsi etibarsız sayılmalıdır"

Şəmsəddin Əliyev | AzPolitika — onlayn siyasi-ictimai qəzet

Hüquqşünas Şəmsəddin Əliyev məsələ ilə əlaqədar "Bakı-Xəbər" qəzetinə müsahibəsində bildirib ki, Ali Məhkəmənin onlayn kreditlərlə bağlı yayılmış açıqlamasının hansı hüquqi sənədə əsaslandığına diqqətlə yanaşmaq lazımdır. Onun sözlərinə görə, hazırda bu məsələ ilə bağlı Ali Məhkəmənin Plenumunun qərarı yoxdur. Buna görə də açıqlamanın cəmiyyətdə necə və hansı formada yayıldığını dəqiqləşdirmək vacibdir.

Hüquqşünas qeyd edib ki, bank xidmətlərinin və bank hesablarının rəqəmsallaşdırılması, eləcə də onlayn kredit, onlayn müraciət, elektron məhkəmə və elektron hökumət sistemlərinin inkişafı müasir hüquqi və demokratik dövlət üçün mühüm prosesdir. Bu rəqəmsallaşmanın əsas məqsədlərindən biri xidmətləri daha əlçatan etmək, şəffaflığı artırmaq və korrupsiya imkanlarını azaltmaqdır.

Lakin Şəmsəddin Əliyevin sözlərinə görə, rəqəmsallaşma yeni risklər də yaradır. Xüsusilə peşəkar hakerlər və digər kibercinayətkarlar rəqəmsal xidmətlərdən şəxsi maraqları üçün istifadə edə bilirlər. Onlayn kreditlərin verilməsi zamanı vətəndaşın məlumatlarından qanunsuz istifadə olunması da bu risklərdən biridir.

Hüquqşünas hesab edir ki, belə hallarda məsuliyyət məsələsinə yanaşarkən bankların təhlükəsizlik öhdəlikləri xüsusi diqqət mərkəzində olmalıdır. Onun sözlərinə görə, cəmiyyətdə bəzən belə fikir formalaşır ki, onlayn kreditlərin rəsmiləşdirilməsi zamanı baş verən sui-istifadələr bank əməkdaşlarının iştirakı və ya məlumatı olmadan mümkün deyil. Lakin konkret hadisə üzrə belə bir nəticəyə gəlmək üçün mütləq sübutlar araşdırılmalıdır.

Əliyev vurğulayıb ki, banklar rəqəmsal kredit xidmətləri göstərərkən qanunvericiliyin müəyyən etdiyi yüksək təhlükəsizlik standartlarına ciddi şəkildə əməl etməlidirlər. Vətəndaşların fərdi məlumatlarının qorunması da bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Çünki şəxsi məlumatların qorunması həm qanunvericiliyin, həm də Konstitusiyanın müəyyən etdiyi hüquqi təminatlarla bağlı məsələdir.

Hüquqşünas Ali Məhkəmənin açıqlamasında yer alan "təkcə dələduzluq faktının mövcudluğu kredit müqaviləsinin etibarsız sayılması üçün kifayət etmir" mövqeyinə isə ehtiyatla yanaşdığını bildirib. Onun fikrincə, əgər konkret iş üzrə dələduzluq faktı sübuta yetirilibsə və şəxsin iradəsindən kənar şəkildə onun adına kredit rəsmiləşdirilibsə, bu hal kredit müqaviləsinin hüquqi qüvvəsinin qiymətləndirilməsində əsas sübutlardan biri, hətta birbaşa hüquqi əsas kimi nəzərə alınmalıdır.

Şəmsəddin Əliyev bildirib ki, vətəndaş dələduzluğun qurbanına çevrilib, onun xəbəri və iradəsi olmadan adına kredit götürülüb və nəticədə maddi zərərə məruz qalıbsa, həmin şəxsin niyə bu borcu ödəməli olduğu ciddi hüquqi sualdır. Onun fikrincə, vətəndaşın törətmədiyi və razılıq vermədiyi əməliyyatın nəticələrinin avtomatik olaraq onun üzərinə qoyulması ədalətli yanaşma sayıla bilməz.

Bununla belə, hüquqşünas vurğulayıb ki, istər ibtidai istintaq, istərsə də məhkəmə araşdırması zamanı bütün sübutlar və işin faktiki halları birlikdə qiymətləndirilməlidir. Şəxsin öz hərəkətləri, bankın davranışı, kreditin hansı qaydada rəsmiləşdirilməsi, fərdi məlumatlardan necə istifadə olunması və digər sübutlar araşdırılmadan hüquqi məsuliyyət müəyyənləşdirmək mümkün deyil.

Əliyev hesab edir ki, bu məsələdə Ali Məhkəmənin mövqeyi vətəndaşların hüquq və azadlıqlarının qorunması baxımından xüsusilə həssas olmalıdır. O qeyd edib ki, özü də yayılan məlumatın tam mətnini oxumayıb və məsələyə eşitdiyi məlumatlar əsasında münasibət bildirir. Buna görə həmin açıqlamanın Ali Məhkəmənin Plenum qərarı kimi təqdim edilməsinə şübhə ilə yanaşır.

Hüquqşünas əlavə edib ki, Azərbaycan Konstitusiyasının 12-ci maddəsinə əsasən dövlətin ali məqsədi insan və vətəndaşın hüquq və azadlıqlarının, eləcə də layiqli həyat səviyyəsinin təmin edilməsidir. Bu baxımdan rəqəmsal bank xidmətlərindən istifadə zamanı yaranan risklər vətəndaşların fundamental hüquqları nəzərə alınmaqla tənzimlənməlidir. Bank xidmətlərinin rəqəmsallaşdırılması qaçılmaz proses olsa da, bu proses vətəndaşın xəbəri olmadan onun adına borc yaranması kimi hallara yol açmamalı, belə risklərin qarşısını almaq üçün bankların məsuliyyəti və təhlükəsizlik mexanizmləri kifayət qədər yüksək səviyyədə olmalıdır.

Akif NƏSİRLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ