Məhəmməd Əsədullazadə: “Rusiyanın məqsədi bu yolla Ukraynanı kapitulyasiyaya, yaxud Dombasdan çıxmağa, xalqı Zelenskiyə qarşı etiraza qalxmağa məcbur etməkdir, amma bu da mümkün olmayacaq”
ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndələri Moskva və Kiyevdə danışıqlarda az irəliləyiş əldə ediblər. Putin bu səfərdən Dövlət Duması seçkilərindən əvvəl güc nümay Rusiya prezidenti Vladimir Putin qış aylarında Ukraynaya hücumları gücləndirmək niyyətindədir. Bu barədə Bloomberg Avropa rəsmilərinə istinadən məlumat yayıb.
Onların sözlərinə görə, ABŞ prezidenti Donald Trampın xüsusi elçiləri ötən həftə sonu Moskva və Kiyevdə keçirilən danışıqlarda heç bir əhəmiyyətli irəliləyiş əldə etməyiblər.
Bir mənbəyə görə, Putin Amerika xüsusi elçilərinin səfərindən 18-20 sentyabr tarixlərində Dövlət Dumasına seçkilər ərəfəsində güc nümayişi kimi istifadə edib. Agentlik əlavə edib ki, Rusiya lideri Amerika nümayəndə heyətini Kremldə onlarla görüşməzdən əvvəl axşama qədər gözlədib.
Ukrayna Prezidenti Volodimir Zelenski qeyd edib ki, ABŞ və Avropa müttəfiqləri ilə dialoq milli təhlükəsizlik müşavirləri səviyyəsində davam edəcək və Kiyev payızda Vaşinqton və Moskva ilə daha üçtərəfli danışıqlar aparmaq istəyir.
Politoloq Məhəmməd Əsədullazadə baki-xeber.com-a bildirdi ki, Rusiya Ukrayna danışıqlarında hər hansı bir müsbət irəliləyiş yoxdur. “Trampın nümayənələri həm Moskvada, həm də Kiyev də oldular, danışıqlar apardılar. Amma göründüyü kimi Putin yenə də müharibənin əvvəlindəki mövqeyində qalır. Yenə də deyir ki, Ukrayna qoşunları Dombasdan tamamilə çıxmalıdır. Ukrayana da bununla razı deyil. Diplomatik danışıqlarda irəliləyiş yoxdur, proses dalana dirənib.
Rusiya tərəfi indi də Ukraynanın enerji infrastrukturunu sıradan çıxarmağı hədəfləyib, qarşıdan qış gəlir. Rusiya enerji infrastrukturunu qış ayında vurmaqla da Ukraynanı güzəştə məcbur edə bilməyəcək. Ukrayna artıq bu dörd ildə buna öyrəşib. Rusiya Ukraynanın enerji infrastrukturunu sıradan çıxarsa eyni addımı Ukrayana da atacaq. Bu bir il bundan əvvəl effekt verə bilərdi. Amma Ukraynanın əlində də indi kifayət qədər müasir silahlar var, yeni silahlar, uzun mənzilli ballistik silahlar istehsal olunur ki, bununla onlar da qış fəslində Moskvanı qaranlığa qərq edə bilərlər”.
M.Əsədullazadənin fikrincə, bu silahları Almaniya da, Böyük Britaniya da Ukraynaya verəcək. “Yəni Rusiyanın əlindəki bu kartlar artıq keçərli deyil. Rusiyanın məqsədi bu yolla Ukraynanı kapitulyasiyaya, yaxud Dombasdan çıxmağa, xalqı Zelenskiyə qarşı etiraza qalxmağa məcbur etməkdir, amma bu da mümkün olmayacaq”-deyə M.Əsəddullazadə qeyd etdi.
İradə SARIYEVA