Qarabağda səfərdə olan diplomatik korpusun nümayəndələri Qarabağ Universitetinə də baş çəkiblər. Diplomatlar universitetdə yaradılmış şəraitlə tanış olublar.
Qarabağ Universitetinin rektoru Şahin Bayramov diplomatik korpusun nümayəndələrinə universitetdə görülən işlər, tədris prosesi, tələbələr üçün yaradılan imkanlar və gələcək inkişaf istiqamətləri barədə məlumat verib.