Cümə günü, 06 noyabr 2026
     

Tramp seçicilərin səsini pulla satın almağa başladı... hərəyə 5 min...

Image


Qulamhüseyn Əlibəyli: “Bu, ABŞ demokratiyası və bütün dünyada demokratik proseslər üçün təhlükəli bir presedentə çevrilə bilər

ABŞ Prezidenti Donald Tramp, noyabr ayında keçiriləcək ara seçkilərdə Respublikaçılar Partiyası Konqresin hər iki palatasına nəzarəti ələ keçirərsə, hər bir yetkin vətəndaşa 5000 dollar dividend ödəyəcəyinə söz verib. Bunu Tramp Texasda Respublikaçılar Partiyasının seçki kampaniyası qurultayında çıxışı zamanı bildirib.

“Respublikaçılar həm Nümayəndələr Palatasında, həm də Senatda - hər iki palatada qalib gəlsələr, mən Amerika Birləşmiş Ştatlarının hər bir yetkin vətəndaşına 5000 dollar dividend ödəyəcəyəm”, - deyə o qeyd edib.

Prezident əlavə edib ki, Demokratlar qalib gələrsə, ABŞ "kommunist ölkəsi"nə çevriləcək. O, həmçinin amerikalıları belə bir ssenaridə "cəhənnəm" gözləyəcəyinə söz verib. O da məlum olub ki, ölkədə təxminən 240 milyon yetkin insan var. Buna görə də, onların hər birinə 5000 dollar ödəmək ümumi xərci təxminən 1,2 trilyon dollara çatdıracaq.

Maraqlıdır, belə üsul dünyada demokratik azad seçki institutuna necə təsir göstərir?

Sözügedən məsələ ilə bağlı fikirlərini baki-xeber.com-la bölüşən sabiq millət vəkili, hüquqşünas Qulamhüseyn Əlibəyli hesab edir ki, siyasətçilərin seçkiqabağı təşviqat kampaniyasında müəyyən vədlər, o cümlədən iqtisadi xarakterli vədlər verməsində qeyri-adi heç nə yoxdur: “Siyasi partiyanın gələcəkdə həyata keçirəcəyi və vətəndaşlara maddi fayda verəcək proqramı vəd etməsi demokratik siyasətin normal elementidir. Qalib gələcəyi təqdirdə vergilərin azaldılması, pensiyaların artırılması, sosial proqramların genişləndirilməsi, səhiyyə xərclərinin azaldılması və sair bu kimi vədlər demokratik ölkələrdə adi seçki platformalarının tərkib hissəsidir. ABŞ-da fəaliyyətdə olan prezidentin Konqresə aralıq seçkilərdə öz partiyasının namizədləri üçün təşviqat kampaniyasında iştirak etməsi də normal siyasi ənənə kimi qiymətləndirilir. Prezidentlər təşviqat kampaniyası çərçivəsində, ayrı-ayrı ştatlara səfərlər edir, partiyasının mitinqlərdə çıxış edir, partiya namizədləri üçün səs istəyir, seçkini öz administrasiyasının siyasətinə dəstək məsələsinə çevirirlər. Əsas yanaşma da bundan ibarət olub ki, bizim partiyanın namizədlərinə səs verin, Konqresdə üstünlük qazanaq, müəyyən sosial, iqtisadi və digər proqramlar qəbul edib həyata keçirək. Lakin Konqresə bu ilin noyabr ayında keçiriləcək aralıq seçkiləri ilə əlaqədar Trampın verdiyi vəd adi seçkiqabağı təşviqat kampaniyasında verilən ənənəvi vədlərdən kəskin şəkildə fərqlənir: Tramp Konqresin hər iki palatasında üstünlük qazanılacağı təqdirdə hər bir seçiciyə konkret məbləğdə - 5000 dollar məbləğində “divident” vəd edir. Lakin bu “divident”in necə - nəğd pul şəkilində, yoxsa iqtisadi və sosial proqramların icrası, o cümlədən vergilərin azaldılması nəticəsində ödəyəcəyini açıqlamır. Başqa sözlə, seçicilərin konkret siyasi seçimi ilə onların şəxsi maddi qazancı arasında birbaşa əlaqə yaradılır. İlk baxışdan bunu hüquqi baxımdan seçicinin satın alınması və ya rüşvət kimi qiymətləndirimək mübahisəli olsa da mümkün görünür. Yəqin ki, demokratlar da respublikaçılara qarşı belə siyasi ittiham irəli sürəcəklər”.

Q.Əlibəylinin fikrincə, ABŞ qanunvericiliyində hər hansı şəxsə səs verməsi, səs verməməsi, müəyyən namizədin lehinə və ya əleyhinə səs verməsi müqabilində maddi mükafat təklif etməyi cinayət hesab edir: “Federal vəsait hesabına mümkün olan iş, kompensasiya, müqavilə və ya başqa faydanın siyasi fəaliyyət və siyasi dəstək müqabilində vəd edilməsini qadağan edir. Lakin burada bir hüquqi incəlik var. Tramp “divident”i yalnız respublikaçılara səs verənlərə deyil, bütün yetkin vətəndaşlara, o cümlədən seçkilərdə iştirak etməyən, demokratlara səs verən seçicilərə vəd edir. Digər tərəfdən, Tramp həmin ödənişi özünün şəxsi və ya Respublikaçılar Partiyasının vəsaiti hesabına deyil, ABŞ dövlət büdcəsinin hesabına ödəməyi vəd edir. Bu isə klassik mənada seçicilərin satın alınması və ya rüşvət ittihamlarını mübahisəli edir. Lakin demokratik seçki baxımından təhlükəli bir məqamı ortaya çıxarır. Bu da seçicinin konkret maddi qazancını hakim partiyanın seçkidə qələbəsi ilə əlaqələndirmək azad və demokratik seçkinin mahiyyətinə nə dərəcədə uyğunluğundan ibarətdir. Dövlət büdcəsi hakim partiyanın seçki fondu deyil. Dövlətin maliyyə resursları bütün cəmiyyətə məxsusdur. Hakim siyasi qüvvə vətəndaşın həmin resurslardan əldə ediləcək konkret şəxsi faydanı özünün seçkidə qələbəsi ilə əlaqələndirməyə başlayırsa, dövlətlə hakim partiya arasındakı sərhəd tədricən aradan qalxır. Həm də belə metod uğur gətirərsə, onun gələcək seçkilərdə təkrarlanmayacağına heç bir təminat yoxdur. Seçkiqabağı təşviqatın belə aparılması siyasi proqramların rəqabətini tədricən dövlət xəzinəsindən seçiciyə kimin daha çox vəd edə bilməsi yarışına çevirə bilər. Təbii ki, belə yarışda hakim siyasi qüvvənin müxalifət qarşısında təbii üstünlüyü də yaranır. Müxalifət yalnız gələcəkdə nə edəcəyini vəd edə bilər. Hakimiyyət isə dövlətin mövcud maliyyə resurslarını öz siyasi kampaniyasının arqumentinə çevirmək imkanına malikdir. Bu baxımdan, dövlət resurslarından veriləcək konkret maddi faydanı hakim partiyanın seçkidə qələbəsi ilə əlaqələndirmək sadəçə sosial-iqtisadi vəd olmaqdan çıxaraq seçicinin iradəsinə maddi təsir vasitəsinə çevrilir. Trampın çıxışının başqa bir hissəsi məsələni daha maraqlı edir. Prezident respublikaçıların qələbəsini 5000 dollarlıq “dividend”lə əlaqələndirməklə yanaşı, demokratların qalib gələcəyi halda ABŞ-ın “kommunist ölkəsi”nə çevriləcəyini və amerikalıları “cəhənnəm” gözlədiyini bildirib. Yəni seçiciyə bir tərəfdən mükafat vəd edilir, digər tərəfdən isə qorxu - rəqibin gəlib gəlməsinin təhlükəli olduğu aşılanır. Bu, siyasi kommunikasiya baxımından son dərəcə təsirli formul ola bilər. Çünki mürəkkəb siyasi seçimi sadə “qazanc və itki” dilemmasına çevirir. Burada isə demokratik seçki baxımından başqa bir mübahisəli məqam meydana çıxır. Demokratik seçkinin ayrılmaz hissəsindən biri də seçicinin öz iradəsini azad şəkildə formalaşdırmasıdır. Mükafat vədi və qorxu təlqini seçicinin öz iradəsini azad şəkildə deyil maddi maraq və psixoloji təzyiqlə formalaşdırmasına gətirib çıxara bilər. Məhz buna görə Trampın respublikaçılar qalib gələrsə bütün seçicilərə 5000 dollarlıq “divident” vədinə, demokratlar qalib gələrsə isə amerikalıları “cəhənnəm”lə qorxutmasına yalnız Amerika seçki kampaniyasının növbəti qeyri-adi epizodu kimi baxmaq doğru olmazdı. Bu, Amerika demokratiyası üçün və bütün dünyada demokratik proseslər üçün təhlükəli bir presidentə çevrilə bilər”.

Vidadi ORDAHALLI



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ