ABŞ-da 2001-ci il 11 sentyabr terror aktlarının 25-ci ildönümü ilə əlaqədar anım mərasimləri keçirilir. Tədbirlər terror aktlarının baş verdiyi ştatlarda - Nyu-York, Virciniya və Pensilvaniya ştatlarında təşkil olunub.
Nyu-Yorkda Ümumdünya Ticarət Mərkəzinin yerləşdiyi “Ground Zero” memorialında keçirilən mərasimə ABŞ-nin vitse-prezidenti Cey. Di. Vens, həmçinin sabiq prezidentlər Bayden, Obama, Corc Buş və Bill Klinton qatılıblar. Yerli vaxtla saat 08:46-da – qaçırılan ilk təyyarənin Şimal qülləsinə çırpıldığı anda bir dəqiqəlik sükut elan edilib.
Pentaqonda keçirilən mərasimdə çıxış edən ABŞ Prezidenti deyib: "11 sentyabr hadisələrindən sonra əsl simasını göstərdik və bu gün də göstəririk. Bu tarixi unutmayacağıq və buna görə də mübarizə aparırıq. Hər yaxşı şeyi məhv etməyə çalışan bu alçaqlığı heç vaxt unutmayacağıq. Amma gəlin onu da unutmayaq ki, ABŞ bu dəhşətli şərə cavab verib. Ağıllı, ayıq olmalıyıq. Biz hər şeydən güclüyük, hər şeydən güclü olmalıyıq".
Qeyd edək ki, 11 sentyabr 2001-ci il səhəri Nyu-York Manhetten adasında yerləşən ikonik Əkiz Qüllələr olan Dünya Ticarət Mərkəzini hədəf alan terror hücumları ilə oyanıb.
Nyuark, Boston və Vaşinqtondan havaya qalxan və San Fransisko və Los-Ancelesə gedən dörd sərnişin təyyarəsinin qaçırılmasından sonra, Los-Ancelesə gedən American Airlines sərnişin təyyarəsi yerli vaxtla saat 08:46-da Nyu-Yorkdakı Əkiz Qüllələrin şimal tərəfinə çırpıldı.
Şimal qülləsi alov içində olarkən, qaçırılan başqa bir United Airlines təyyarəsi ilk hücumdan 17 dəqiqə sonra, saat 09:03-də canlı yayımda cənub qülləsinə çırpılıb.
Əkiz Qüllələrə edilən hücumlardan sonra qaçırılan başqa bir təyyarə ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) binasına çırpılıb.
Təyyarələri qaçıran 19 hücumçu istisna olmaqla, 11 sentyabr hücumları nəticəsində Nyu-York, Vaşinqton və Pensilvaniyada ümumilikdə 2977 nəfər həlak olub.
Tahir TAĞIYEV