Bazar ertəsi günü, 09 noyabr 2026
     

Əhali sıxlığı, artan nəqliyyat, yaşıllığın azlığı Bakının ekoloji problemlərini kəskinləşdirir...

Image


Bu gün dünya ölkələrində böyük şəhərlərin bir çoxunda müşahidə edilən əsas problemlərdən biri də sıxlıq göstəricisinin yüksəlməsi, yaşıllıq sahəsinin azalmasıdır. Azərbaycan paytaxtı da bu problemlə üzləşən şəhərlər sırasındadır. Xüsusən də Bakının mərkəzində çoxmərtəbəli binaların sayının artması həmin ərazilərdə əhali sıxlığının yaranmasına səbəb olur.

Bakıda mərkəzə doğru həm böyük tıxac, həm də çoxmərtəbəli binaların sayının artması bu gedişlə vəziyyəti daha da pisləşdirə bilər. Təbii ki, belə hal ekoloji duruma da mənfi təsir edir. Qeyd edilənlər fonunda memar Tərlan Əliyev AzərTAc-a açıqlamasında bildirib ki, müasir dünyanın bütün meqapolis şəhərlərində ekologiyaya xüsusi önəm verilir: “Bir çox iri şəhərlərdə urbanizasiya prosesinin tempinin yüksəlməsi nəticəsində çoxmərtəbəli yaşayış binalarının sayı artmaqda davam edir və bu da nəticə etibarı ilə yaşıllıq sahələrinin azalmasına gətirib çıxarır”. Onun sözlərinə görə, meqapolislərin inkişafı prosesində şəhərsalmanın həllində çoxmərtəbəli yaşayış binaları və ətraf yaşıllıq sahələrinin tandemi önəmli amil hesab olunur. Memar qeyd edib ki, Bakı şəhərinin mərkəzi hissələrində çoxmərtəbəli yaşayış evlərinin mövcudluğu sıx və yüklənmiş nəqliyyat düyünləri ilə müşayiət olunur: “Bu faktor isə ərazinin ekoloji balansı və insanların yaşayış keyfiyyətinə təsirsiz ötüşmür. Bu problemlərin qarşısının alınması üçün şəhərin mərkəzi ərazilərində yaşıllıq zonalarının artırılması xüsusi önəm kəsb edir”. Meqapolislərdə yaşayan əhalinin təbiətdən kifayət qədər uzaqlaşdığını deyən T.Əliyev bildirib ki, yaşayış məskənlərinin ətrafında su hövzələri, yaşıllıq zolağı və binaların fasad hissəsində bitki örtüyünün təşkili mövcud ekoloji problemlərin həllinə müsbət təsir edə bilər. Bundan başqa, layihəçi memarlar dayanıqlı texnologiyalar, yağış sularının toplanması və resirkulyasiyası, yüksək effektli ventilyasiya sistemi, resurslara qənaət edən texnologiyaların maksimal istifadəsinə çalışmalı, təbii işıqlanma və kölgələnmə prioritet məsələ olmalıdır: “Meqapolislərdə çoxmərtəbəli, çoxfunksiyalı yaşayış komplekslərinin layihələndirilməsi prosesində əsas məsələlərdən biri də ərazinin regional inkişaf planıdır. Baş planın həllində müxtəlif təyinatlı zonaların düzgün yerləşdirilməsi, kölgəlik və günəş işığının mövcudluğu mütləqdir. Layihələndirilən yaşayış binaları və ərazinin yaşıllıq, piyada zonaları arasında sərbəst keçidlər təşkil edilməlidir. Eyni zamanda binalar və yaxınlıqda mövcud təhsil və səhiyyə müəssisələri arasında təhlükəsiz keçidlər yaradılmalıdır”. Ümumilikdə isə layihələndirmə prosesindən öncə memarlar müəyyən edilmiş keyfiyyət meyarlarına görə inkişafı təmin etməyə qadir olan şəhər yaşayış mühitinin yaradılması üçün xüsusi təkliflər planı hazırlamalıdırlar. Qeyri-rəsmi rəqəmlərə əsasən, Bakı və Abşeron yarımadasında əhalinin sayı 3 milyonu da keçib. Dünyada qəbul olunan standartlar isə onu deyir ki, adam başına 8 kvadrat metr yaşıllıq ərazi olmalıdır. Bu səbəbdən Bakının əhalisinə görə yaşıllıq o qədər də çox deyil.

Düzdür, yaşıllıq ərazilərin artırılması üçün müəyyən işlər görülür. Qeyd edildiyi kimi, Bakıda əhalinin çoxluğu ilə əlaqədar binaların sayı da artır. Artıq bina tikintisi zamanı tələblər qoyulur ki, 1 hektar əraizidə ən azı 30 faiz yaşıllıq olmalıdır. Digər tərəfdən, Bakının ətrafında da müəyyən işlər görülür. Bakının yarısını təşkil edən Qaradağ rayonunda minlərlə hektar ərazidə yaşıllıqlar salına bilər. Bununla bağlı hökumət səviyyəsində qərar verilib və işlərin görülməsi planlaşdırılıb. Eyni zamanda Bakının mərkəzində yerləşən Nəsimi və Yasamal rayonlarında yaşıllıq salınması üçün yer yoxdur. Lakin buna baxmayaraq, kiçik parklar var və gələcəkdə bu parkların ərazisinin genişləndirilməsi mümkün ola bilər. Bununla yanaşı o da həqiqətdir ki, Bakının ekoloji problemlərindən biri də avtomobil parkıdır. Ölkə üzrə avtomobillərin çoxu Bakıda cəmləşib. Bu da atmosferin çirklənməsinə təsir edir. Ölkədə, xüsusən də Bakıda hələ də avtomobil yollarında mühərrikinin işlənmiş qazlarından atmosferə atılan zərərli maddələrin miqdarı normadan artıq olan avtonəqliyyat vasitələrinə rast gəlinir. Mütəxəssislərin bildirdiyinə görə, bu gün respublikamızda atmosfer havasına atılan çirkləndirici maddələrin 75 faizindən çoxu məhz avtomobil və maye yanacağı ilə işləyən mühərriklərin payına düşür. Hesablamalara görə, ölkədə avtomobil nəqliyyatından atmosfer havasına il ərzində atılan zərərli maddələrin miqdarı 700 min tona yaxındır. Etiraf etmək lazımdır ki, xüsusən son 20 ildə Bakının infrastrukturunun kəskin inkişafı qeydə alınıb. Aydındır ki, infrastruktur genişlənməsəydi daha kəskin tıxaclar müşahidə oluna bilərdi. Bu baxımdan, infrastrukturun inkişafı vacib idi və Bakı bu kontekstdə regionda seçilən şəhərlərdəndir. Tıxacların əsas səbəblərindən biri isə ölkədəki minik avtomobillərin 70 faizindən çoxunun Bakıda istifadə olunmasıdır. Hesab olunur ki, artıq bu məsələyə xüsusi diqqət olunması çox mühümdür. Bu halda Bakıda ekoloji vəziyyət yaxşılaşa bilər.

Samirə SƏFƏROVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ