Bazar ertəsi günü, 09 noyabr 2026
     

Bakıda ayrıca avtobus zolaqları tıxacları azaldacaq? - "Xaliq Faiqoğlunun" təklifi mübahisəlidir...

Image


Bakı dünyanın ən tıxaclı şəhərlərindən biridir. Tıxacların yaranmasının səbəbləri müxtəlifdir. Bəziləri hesab edir ki, tıxacların yaranmasına səbəb qanunsuz taksi fəaliyyəti ilə məşğul olanlardır.

Tıxacların çoxluğu nəticəsində ictimai nəqliyyat da əksər hallarda iflic vəziyyətə düşür. Bir avtobusun mənzil başına çatması bəzən iki - üç saata başa gəlir, sərnişinlər saatlarla yollarda qalırlar. Uzun müddətdir ki, Bakının tıxac probleminin həlli istiqamətində müzakirələr gedir, amma hələ ki, ortada nəticə yoxdur. Yenə də tıxaclar, yenə də taksi fəaliyyəti ilə məşğul olanların yollarda, xüsusən də avtobus yolunda yaratdığı problemlər mövcuddur. Bu sahədə yaşananlara cəmiyyətin tanınmış simaları vaxtaşırı münasibət bildirir. 

“Xaliq Faiqoğlu” MMC-nin rəhbəri Faiq Seyidov da mətbuata açıqlamasında son günlər Bakıda taksi və ictimai nəqliyyatın fəaliyyətinin tənzimlənməsi ilə bağlı aparılan müzakirələrə münasibət bildirib.

Şirkətin təsisçisi və baş direktoru Faiq Seyidov son illərdə ictimai nəqliyyatın işinin daha da çətinləşdiyini və bu səbəbdən əhalinin böyük hissəsinin avtobusla daşınmadan imtina etdiyini deyib: "... Hazırda Bakı şəhərinin bir sıra yollarında, xüsusilə şəhərin giriş və çıxış hissələrində avtobus zolaqlarının çəkilməsi müzakirə edilir. Bu məsələ uzun illərdir gündəmdə olsa da, tərəfimizdən dəfələrlə aidiyyəti qurumlara müraciətlər edilsə də, təəssüf ki, bugünədək təsirli mexanizmlər tətbiq edilməyib. Şəhər nəqliyyatına yeni baxış prinsiplərinin həyata keçirilməsi ilə izolyasiyalı və ya effektiv nəzarət mexanizmlərinin tətbiq edildiyi avtobus zolaqlarının yaradılması paytaxtda nəqliyyat sıxlığının aradan qaldırılması, avtobusların dövriyyəsinin və daşıma sürətinin artması baxımından çox faydalı olacaq. ABŞ-nin “Cummins Motors” şirkəti ilə birgə apardığımız təhlillərin nəticəsinə görə hazırda Bakıda avtobusların orta hərəkət sürəti saatda 24 kilometrdir, hətta şəhərin mərkəzi hissələrində bu rəqəm daha da aşağı həddə düşür. Əgər zolaqlarn tətbiqi baş tutarsa, orta sürət həddi müəyyən nisbətdə artacaq. Bu da mövcud avtobuslarla daha artıq sərnişini daşımaq imkanımızın yaranması deməkdir və insanların ictimai nəqliyyata inamının bərpasına gətirib çıxaracaq".

F.Seyidov qeyd edib ki, qanunsuz taksi fəaliyyəti ilə məşğul olanlar avtobus dayanacaqlarını da zəbt edir, əlavə problemlər yaradır. O hesab edir ki, avtobus zolaqları alınarsa, bu, problemin həllinə gətirib çıxarar: "Hesablamalarımıza görə, avtobus zolaqlarının istifadəyə verilməsi və digər tənzimləyici tədbirlər itirdiyimiz 40 faizədək sərnişinin geri qayıtmasına, avtobusların səfər dövriyyəsinin artmasına, intervalların təbii olaraq azalmasına gətirib çıxaracaq və vətəndaş məmnuniyyətini xeyli artıracaq..."

F. Seyidov təklif edir ki, Bakıda tıxacların qarşısını almaq üsullarından biri Bakının əsas yollarında, girişlərdə, çıxışlarda avtobus zolaqlarının yaradılmasıdır, bu təklif doğrudanmı çıxış yoludur? Avtobus zolaqlarının salınması ilə problemi həll etmək olarmı? Avtobus zolaqları salınarsa onun nə kimi ziyanlı nəticələri ola bilər? 

Bu, nəqliyyat sıxlığını azaldar, yoxsa əksinə? 

  • "Hesab etmirəm ki, bu təklif çıxış yoludur" 

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, avtobus zolaqlarının salınması problemin həllinə yox, onun daha da dərinləşməsinə səbəb ola bilər. 

"Sözsüz ki, Bakıda şəhər nəqliyyatının problemlərinin aradan qaldırılmasının müxtəlif yolları barədə düşünmək olar. Faiq Seyidov bu müsahibəsində heç bir digər komponentləri nəzərə almadan yalnız öz mənfəətləri baxımından çıxış edib, o problemin  onlara təsir edən hissəsini vurğulayıb. Yəni amortizasiya xərclərinin artması, onlar üçün problemlərin yaranması və sair kimi məsələrə toxunub. Bir tərəfdən amortizasiya xərclərini artırır, digər tərəfdən əhalinin daşıma sayını azaldır ki, bu da onların mənfəətinin azalmasına səbəb olur. Hesab edirəm ki, avtobus zolaqlarının salınması heç də problemdən çıxış yolu deyil. Çünki avtobus zolaqlarının yaradılması nəinki tıxacları aradan qaldıracaq, əksinə, onu bir qədər də artırmış olar. Tutalım, 10-12 metr olan yolun 3-4 metrini avtobusa ayırsaq, bu halda digər nəqliyyat vasitələri üçün hərəkət hissəsi məhdudlaşır, azalır. Ona görə də hesab etmirəm ki, bu təklif çıxış yoludur. Fikrimcə, Bakı şəhərində ilk növbədə yollar genişləndirilməlidir. Xüsusilə Bakının  mərkəzi hissəsində olan köhnə küçələr. O yollar ki, İçəri şəhər ətrafındadır, "Azdrama" nın, Nizami metrostansiyasının  həndəvərindədir, bu kimi və buna bənzər dar yollar çoxdur, genişləndirmə işləri onları əhatə etməlidir. Bu dar yolların genişləndirilməsi vacibdir, elə yollar, küçələr var iki dəfə, elə yollarda var üç-dörd dəfə genişləndirilməlidir. Yalnız bundan  sonra Bakı şəhərində avtobus marşrutları üçün  metrobus sistemi yaradıla bilər. Metrobus sistemi necədir? Yolun tam mərkəzi hissəsində avtobus zolaqları nəzərdə tutulur və bu avtobus zolaqları digər nəqliyyat vasitələrinin hərəkət zolağından təcrid edilir". 

A.Nəsirlinin sözlərinə görə, hazırda çəkilən xətti istənilən nəqliyyat vasitəsi asanlıqla aşıb avtobus zolağına girə bilir. Amma setka, beton və digər vasitələrlə şəhər nəqliyyatı üçün nəzərdə tutulan yollar təcrid edilir: "Həmin təcrid olunmuş zolaqlarla yalnız avtobuslar hərəkət edir. Burada avtobusun sürəti 80-90, 100 km\saat ola bilir. Mən elə bilirəm ki, artıq bu son həddir. Yəni hazırda dünyada bundan mütərəqqi  üsul yoxdur. Bakıdakı tıxaclar da mütəmadi xarakter daşıdığına gorə, fikrimcə, çıxış yolu yalnız metrobus zolağının tikilməsidir. Bu zolaq tikilənə qədər isə, yuxarıda qeyd etdiyim kimi, yollar genişləndirilməlidir. Bakı şəhərinin mərkəzi küçələrində yolların eni ən azı 60 metrə çatmalıdır. Bu 60 metrlik yolun mərkəzi hissəsindəki 10 metrlik hissə mrtrobus zolaqlarına verilməlidir. Bununla da məsələ həll olunmalıdır".

A.Nəsirli əlavə etdi ki, proses şirkət sahibinin təklif etdiyi şəkildə gedərsə, yollar bir az da daralacaq, tıxaclar daha da artacaq. 

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ