Cümə günü, 11 sentyabr 2026
     

Səhiyyə qanunumuzda nələr dəyişdi - Komitənin qərarını ekspertlər müzakirə edir...

Image


Azərbaycanda səhiyyə sahəsində qanunvericilik bazasının möhkəmləndirilməsi, mövcud sənədlərə əlavə və dəyişikliyin edilməsi, yeni qanunların qəbulu əsas məsələlərdən biridir. 

Milli Məclisin Səhiyyə Komitəsinin iyunun 20-də keçirilən iclası da bu məsələ ilə bağlı olub.

MM-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin xəbərinə görə, iclası açan komitə sədri Əhliman Əmiraslanov bildirib ki, gündəliyə 2 məsələ daxil edilib. Bunlar - birinci oxunuşda olan “Dərman vasitələri haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi və ikinci oxunuş olan “Tibbi sığorta haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsidir.

Ə.Əmiraslanov birinci məsələ ilə bağlı məlumat vermək üçün sözü Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyevə təqdim edib.

Adil Vəliyev bildirib ki, layihədə qanuna 4 yeni maddənin əlavə olunması, 18 yeni anlayışın təsbit edilməsi, eyni zamanda 11 maddə üzrə 86 dəyişikliyin aparılması təklif olunub.

Adil Vəliyev qanun layihəsində irəli sürülən dəyişiklikləri 7 istiqamət üzrə sistemləşdirərək diqqətə çatdırıb. O bildirib ki, layihədə 1-ci istiqamət üzrə dəyişikliklər dərman vasitələrinin xarici qeydiyyatının tanınması ilə bağlıdır. Belə ki, sənəddə dünya praktikası əsas götürülərək, ümumdünya, Avropa və aparıcı ölkələrin meyarları nəzərə alınmaqla dərman vasitələrinin xarici (beynəlxalq) qeydiyyatının tanınması nəzərdə tutulub.

2-ci istiqamət üzrə dəyişikliklərdə dərman vasitələrinin xarici (beynəlxalq) qeydiyyatının tanınaraq dövlət reyestrinə daxil edilməsi üçün tələb olunan sənədlərin sayı azaldılır, bütövlükdə qeydiyyat prosesi sadələşdirilir və surətləndirilir. Bununla yanaşı, dərman vasitələrinin ölkəyə gətirilməsi məqsədilə qeydiyyatı üçün müraciət edə biləcək tərəflərin dairəsi genişləndirilir.

3-cü istiqamət üzrə dəyişiklik dərman vasitələrinin dövriyyəsinə nəzarəti təmin etmək məqsədilə Səhiyyə Nazirliyi tərəfindən aparılan elektron təqib və izləmə  sisteminin tətbiq edilməsini  nəzərdə tutur. 4-cü istiqamət üzrə dəyişiklik reseptlərin elektron formada yazılmasına imkan verən sistemin tətbiqini nəzərdə tutur.

5-ci istiqamət üzrə dəyişikliklərdə dərman vasitələrinin  topdan və pərakəndə satış qiymətlərinin yuxarı həddinin müvafiq icra hakimiyyəti orqanı tərəfindən tənzimlənməsi təsbit olunub. 6-cı istiqamət üzrə dəyişikliklərdə isə bioloji aktiv qida əlavələri ilə əlaqədar tənzimləmələr təkmilləşdirilir.

Digər yenilikləri nəzərdə tutan 7-ci istiqamət üzrə dəyişikliklər barədə məlumat verən Adil Vəliyev bildirib ki, bu normalarda tibb vasitələrinin və dərmanların idxalı, sertifikatlaşdırılması, reyestrinin aparılması, reseptlərin yazılması proseduru, qaydaları və tələbləri müəyyən edilib.

Sonra komitə sədri Əhliman Əmiraslanov qanun layihəsi ilə bağlı fikirlərini bildirib. Sənədin hazırlanmasına prosesindən söz açan komitə sədri layihə üzərində aparılan irihəcmli işi yüksək dəyərləndirib, təklif olunan dəyişikliklərin və yeniliklərin aktuallığını vurğulayıb.

Komitə sədri səhiyyədə deputatları və vətəndaşları narahat edən bir çox məsələlərin sənəddə öz əksini tapdığını deyib. Layihənin qəbulunun dərmanların dövlət qeydiyyatının, ekspertizanın sadələşdirilməsinə səbəb olacağını deyən komitə sədri dərman vasitələrinin keyfiyyətinə nəzarət sisteminin təmin olunmasının əhəmiyyətinə diqqət çəkib. Əhliman Əmiraslanov dərmanların qiymətlərinin optimallaşdırılması, antibiotiklərin və bioloji aktiv əlavələrin apteklərdən buraxılışı kimi səhiyyənin aktual məsələləri ilə bağlı fikirlərini bölüşüb.

Qanun layihəsinin müzakirəsində komitə üzvləri Soltan Məmmədov, Məlahət İbrahimqızı, Müşfiq Məmmədli, Sədaqət Vəliyeva, İlham Məmmədov, Kamilə Əliyeva, Kəmaləddin Qafarov çıxış edib. Müzakirəyə çıxarılan qanun layihəsində təsbit olunan dəyişiklikləri mütərəqqi dəyişikliklər kimi xarakterizə edən millət vəkilləri bildiriblər ki, sənəddə təklif olunan yeniliklərin tətbiqi ilə dərman bazarında vətəndaşları narahat edən bir çox məsələlər öz həllini tapacaq. Qanun layihəsi ilə bağlı qeydlərini səsləndirən deputatlar tibbi vasitələrin sertifikatlaşdırılması, idxalçıların dərman anbarlarının zəruri tələblərə cavab verməsi, tibbi protokollara əməl olunması kimi məsələlərlə bağlı fikirlərini bildirib, suallarını səsləndiriblər.

Sonra səhiyyə nazirinin müavini Rasim İsmayılov deputatların qaldırdığı məsələlərə aydınlıq gətirib, suallarını cavablandırıb. Nazir müavini  dərmanları tanınma rejiminin tətbiqi, dərman vasitələrinin dövriyyəsinə nəzarətin təmini üçün aparılacaq elektron təqib və izləmə sistemi, dərmanların keyfiyyət məsələsinə nəzarət mexanizmi barədə məlumat verib.

Sonra qanun layihəsi birinci oxunuşda baxılması üçün Milli Məclisin iclasına tövsiyə olunub.

Gündəliyin ikinci məsələsi olan “Tibbi sığorta haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) ilə bağlı məlumat verən Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov bildirib ki, layihənin birinci oxunuşda müzakirəsindən sonra sənədlə bağlı komitəyə heç bir irad və təklif daxil olmayıb.

Deputatlar bu qanun layihəsini də ikinci oxunuşda baxılması üçün Milli Məclisin iclasına tövsiyə ediblər.

  • "O qanunlar elə hazırlanmalıdır ki..."

Səhiyyə qanununda əks olunun yeniliklərə münasibət bildirən ekspert İlqar Hüseynli “Bakı-Xəbər"ə şərhində qeyd etdi ki, "Dərman vasitələri haqqında” və  “Tibbi sığorta haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi olduqca vacibdir. Bu sahələrdə ciddi problemlər olduğunu vurğulayan ekspert hesab edir ki, bu qanunlar dəyişikliklərdən sonra qəbul edildikdən sonra bu sahədə yeni yanaşmalar olacaq. "Hər iki qanunda kifayət qədər problemlər vardı. Əlbəttə, bunların aradan qaldırılması vacib idi. İndi o qanunlar elə hazırlanmalıdır ki, o boşluqlar aradan qaldırılsın. Mən verilən təkliflərə baxdım. Düzdür, bunlar əvvəllər də "Dərman vasitələri haqqında" qanunda təsbit olunurdu. Amma yeni dəyişikliklər bu sahədə yenilik yaradacaq, xüsusən də dərmanların qeydiyyatının sadələşdirilməsi və sürətləndirilməsi məsələsində. Bu bizim strateji idxal məhsulumuz olduğu üçün burada həm dərman vasitələrinin çevik qeydiyyata alınması məsələsində sadələşdirmə və sürətləndirmə prosesinin tətbiqi yaxşı olardı. Çünki pandemiya dövründə dərman preparatlarının ölkəyə gətirilməsində yaranan bəzi problemlər bunu deməyə imkan yaratdı ki, bu proseslər sadələşdirilməlidir. "Dərman preparatlarının topdan və pərakəndə satışı Tarif Şurası tərəfindən tənzimlənirdi. Düşünürəm ki, istər topdansatış, istərsə də pərakəndə satış qiymətlərinin gəlir əlavəsi ilə bağlı verilən 17, 5 və 20 faiz də normal bir rəqəmdir. Amma daha yaxşı olar ki, biz idxaldan asılı olduğumuz üçün və dərman bazarına əhalinin əlçatanlığını təmin etməyə görə dərmanların idxalı zamanı gömrük rüsumlarını aşağı salaq. Hətta düşünürəm ki, 18 faiz əlavə dəyər vergisindən azad etmək də yerinə düşərdi. Qanunvericiliklərə edilən təkliflərdə xeyli üstünlüklər var".

"İcbari Tibbi sığorta haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə gəlincə, İ.Hüseynlinin qeyd etdiyinə görə, cərrahiyyənin elə növləri var ki, onlar icbari tibbi sığortaya daxil edilməyib. O hesab edir ki, icbari tibbi sığortada xidmətlərin sayını artırmaq lazımdır. "Xidmətlərin sayını artırmaq lazımdır ki, vətəndaşlarımızın bütün növ xəstəliklərə görə icbari tibbi sığortaya əlçatanlığı təmin olunsun" - deyə müsahibimiz bildirdi.

İ.Hüseynli hesab edir ki, bütövlükdə bu sahələrdə dəyişikliklərdən sonra qəbul ediləcək qanunlarda vətəndaşların maraqları  təmin ediləcək.

Əli TURABOV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Rusiyanın Ermənistana qarşı edəcəyi işlərin siyahısı tutulub... hətta kütləvi deportasiya da var...

Azərbaycan 2030-a kimi yaşıl enerji üzrə Qlobal Hədəfi aşmağı planladı...

Birinci Qarabağ müharibəsi şəhidləri ilə bağlı 10 cildlik kitab buraxılacaq... - MÜSAHİBƏ

SON XƏBƏRLƏR

11.09.2026 / 01:12
“Sabah” “Mançester Yunayted”ə böyük hesabla məğlub oldu

10.09.2026 / 22:45
Tarixin saxtalaşdırılması davam edir

10.09.2026 / 22:17
İranın Hörmüz boğazını bloklaması Trampa 4,4 milyon dollar qazandırdı…

10.09.2026 / 21:58
Neft tankerlərini ilk dəfə vuran ABŞ İranla müharibənin yeni səhifəsini açdı...

10.09.2026 / 21:32
Rusiyanın Ermənistana qarşı edəcəyi işlərin siyahısı tutulub... hətta kütləvi deportasiya da var...

10.09.2026 / 21:14
Tramp Putinin ən son “Ukrayna təklifinə” nə cavab verib? - İşin üstü açılsa, qiyamət qopacaq...

10.09.2026 / 20:55
11 Sentyabrın 25-ci ili: Əfqanıstandakı “saatlı bomba” yenidən partlayacaq...

10.09.2026 / 20:39
Gürcüstanda siyasi qüvvələr bir-birini qırır - David Monastrını Azərbaycana kim “satıb”?...

10.09.2026 / 20:22
Tramp bir təbriklə sağ populist partiyaları mövcud Avropa hakimiyyətlərinə qarşı qaldırdı...

10.09.2026 / 20:07
Trampın elçiləri ilə Putinin “Zəngəzur razılaşması”? - Paşinyan Moskvadan əvvəl Parisə yollandı...

10.09.2026 / 19:49
Azərbaycan 2030-a kimi yaşıl enerji üzrə Qlobal Hədəfi aşmağı planladı...

10.09.2026 / 19:35
11 dövlətin İsrail əleyhinə bu addımına Trampdan maraqlı reaksiya gəldi...

10.09.2026 / 19:17
I Bakı Türkoloji Qurultay milli mətbuat səhifələrində

10.09.2026 / 19:03
Cənubi Koreya kəşfiyyatı Kim Çen Inın oğlu olub-olmadığını araşdırdı...

10.09.2026 / 18:27
Trampla təmaslardan sonra Putin Ukraynaya qarşı daha da fəallaşıb...

10.09.2026 / 18:04
Mümkün Rusiya-ABŞ-Ukrayna danışıqları Əbu-Dabidə keçirilə bilər…

10.09.2026 / 17:50
Neft qiymətləri 150 dollara qədər yüksələ bilər – “Hörmüz düyünü” açılmasa…

10.09.2026 / 17:36
ABŞ Beynəlxalq Cinayət Məhkəməsini ləğv etmək üçün NATO müttəfiqlərindən kömək istədi

10.09.2026 / 16:47
Çində yük gəmisində güclü yanğın - 20 nəfər həlak olub, 5 nəfər itkin düşüb...

10.09.2026 / 16:30
Ermənilər Azıx mağarasından silah anbarı kimi istifadə edib - Xidmət rəisi açıqladı...

10.09.2026 / 16:18
Binəqədidə kirayədə yaşadığı evi soyan şəxs yaxalandı

10.09.2026 / 16:05
Ermənistan ABŞ-İran savaşının yeni döyüş meydanına çevrilir

10.09.2026 / 15:49
Beynəlxalq müstəvidə dövlət maraqlarının uğurlu müdafiəsinin Azərbaycan modeli formalaşır

10.09.2026 / 15:35
Birinci Qarabağ müharibəsi şəhidləri ilə bağlı 10 cildlik kitab buraxılacaq... - MÜSAHİBƏ

10.09.2026 / 15:25
Azərbaycanın Xəzər limanları təhlükədə - - dayazlaşır, gəmilərin yan alması çətinləşir...

10.09.2026 / 14:40
İranda şiə-sünni müharibəsi salmaq planı deşifrə olundu...

10.09.2026 / 14:34
Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiya qrafiki dəyişə bilər - Zəngəzur dəhlizi önə çıxacaq...

10.09.2026 / 14:30
Prezident İlham Əliyev Azərbaycanın yəhudi icmasını Roş ha-Şana münasibətilə təbrik etdi

10.09.2026 / 14:26
Prezident qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027−2032-ci illər üçün Dövlət Proqramını təsdiqlədi

10.09.2026 / 14:25
Şərqi Zəngəzurda dayanıqlı yaşayış məntəqələri layihəsi təsdiqləndi

10.09.2026 / 14:16
Trampın müşavirləri xəbərdarlıq etdi – İran müharibəsi 2029-a qədər uzana bilər…

10.09.2026 / 14:08
Ukrayna Xəzərdə Şimal-Cənub nəqliyyat dəhlizində əsas halqalarından birini vurdu…

10.09.2026 / 13:35
Qara dənizdə daha bir yük gəmisi vuruldu - iki azərbaycanlı həlak oldu

10.09.2026 / 13:23
Qərb xüsusi təyinatlılarının Bolqarıstan və Serbiyadakı gizli kamplarda rus əsgərlərinə təlim keçdiyi ortaya çıxdı - NATO-da görünməmiş qalmaqal…

10.09.2026 / 13:06
Baş nazir Əli Əsədov Dünya Bankının regional direktoru ilə görüşüb

10.09.2026 / 12:54
Dəyişən dünyanın mərkəzində Azərbaycan var

10.09.2026 / 12:37
Prezident İlham Əliyev İƏT-in yeni Baş katibini təbrik etdi

10.09.2026 / 12:25
Tramp Hörmüzün adını öz şərəfinə dəyişdirəcəyinə söz verdi – “İran rəhbərliyi də məmnun olacaq”…

10.09.2026 / 12:17
Azərbaycanda məsafədən kreditlərin qaydaları dəyişir

10.09.2026 / 12:05
Prezident Qaradağda kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışını etdi - FOTO

10.09.2026 / 11:50
Respublikaçılar seçkilərdə qalib gəlsə, hər bir amerikalı 5 min dollar alacaq - Tramp vəd verdi…

10.09.2026 / 11:42
İran İordaniyada ABŞ-ın 10-a yaxın hərbi təyyarəsini vurdu…

10.09.2026 / 11:15
Rusiya Azərbaycan vasitəsilə Ermənistana arpa və buğda göndərdi...

10.09.2026 / 11:12
Büdcədənkənar vəsaitlər hesabına verilən vəzifə maaşına əlavələrin yuxarı hədləri müəyyyənləşdi

10.09.2026 / 11:07
Azərbaycan nefti bahalaşdı...

10.09.2026 / 10:52
İran bu dəfə ABŞ hərbi gəmilərini elektro-optik raketlərlə vurdu…

10.09.2026 / 10:45
Baş nazirdən müxalif liderə “İsrail mesajı” - mən it ola bilərəm, amma sahibim yoxdur…

10.09.2026 / 10:31
Trampın xüsusi elçilərinin 8 Moskva səfəri nəticə vermədi - oyuna MKİ direktoru daxil olur…

10.09.2026 / 10:31
Xəzərdə zəlzələ oldu

10.09.2026 / 10:25
Avropa yol ayrıcında: Almaniyada sağ dalğa, Ukraynada bitməyən müharibə

10.09.2026 / 10:16
"Sabah" Çempionlar Liqasında ilk oyununa çıxır

10.09.2026 / 10:05
NATO ölkəsi açıqladı - Zelenskinin təyyarəsi dron hücumundan son anda qurtuldu…

10.09.2026 / 09:44
“Şəki yaylası”dakı faciənin detalları açıqlandı - Baş Prokurorluq işi açdı...

10.09.2026 / 09:30
İranın bir çox bölgəsində gecə yarısı partlayış səsləri eşidildi…

10.09.2026 / 09:18
Xocalıda minatəmizləmə zamanı partlayş baş verdi - ANAMA əməkdaşı yaralandı... - YENİLƏNDİ

10.09.2026 / 08:42
Şükürbəyli kəndinə növbəti köç karvanı yola salındı

09.09.2026 / 23:10
Rusiya Azərbaycanın Orta Dəhlizinə alternativ yaradır - Yeni Transaltay Orta Nəqliyyat Marşrutu... 1100 km...

09.09.2026 / 22:56
Türkiyə, Pakistan və Səudiyyə İranın dəstəklədiyi Yəmən husilərini vura bilər - İslamabad xəbərdarlıq etdi...

09.09.2026 / 22:33
Almaniyada ifrat sağçılar addım-addım hakimiyyətə yaxınlaşır - ölkəni etirazlar bürüdü, kansler Trampla telefon danışığını ləğv etdi...

09.09.2026 / 22:15
Tramp İran və Ukrayna uğursuzluğunu Bakı-İrəvan sülhü ilə kompensasiya edəcək? - noyabradək...

09.09.2026 / 21:57
Ermənistan Rusiya əleyhinə Avrasiya İqtisadi İttifaqı tarixində görünməmiş tədbirə əl atdı...

09.09.2026 / 21:43
Avropa liderləri Trampı Putinlə Ankoric razılaşmasını pozmağa vadar etdilər...

09.09.2026 / 21:26
İrəvanla Moskva arasında Ukraynanın üstündə intriqa dərinləşir...

09.09.2026 / 21:11
2020-ci ildə Azərbaycanda Dövlət komissiyası yaradıldı, bu sahədə vəziyyət daha da pisləşdi...

09.09.2026 / 20:56
Trampın faşistyönümlü partiyaya simpatiyası Mertsi qəzəbləndirdi

09.09.2026 / 20:40
Orta Asiyanın türk dövlətlərindəki ABŞ səfirlərinə mərkəzdən təhlükəli tapşırıq verilib - tək Qırğızıstan...

09.09.2026 / 20:27
Tramp Rusiya və onun 5 müttəfiqinə qarşı “ticarət sanksiyaları qanununu” təxirə saldı...

09.09.2026 / 20:14
Kremldən görünməmiş hədə - “bu dəfə Avropa ilə müharibə çox qısa olacaq”...

09.09.2026 / 19:57
Suriyada silah anbarında güclü partlayış - 14 ölü, çox sayda yaralı var…

09.09.2026 / 19:44
Rusiyadan NATO-ya təhdid kimi açıqlama – biz hazırıq…

09.09.2026 / 19:30
Zəngəzur dəhlizində infrastruktur tikintiləri üçün yeni şirkət(?) yaradılır...

09.09.2026 / 19:14
Ermənistan TŞ-nin keçmiş katibi Qriqoryan beynəlxalq konsaltinq şirkətində baş məsləhətçi təyin edildi

09.09.2026 / 19:05
Avropa Birliyi Zelenskinin üzünə “Patriot”un qapılarını açdı...

09.09.2026 / 18:48
İran-ABŞ müharibəsinin "dəniz coğrafiyasi" genişlənir - neft 120-yə qalxdı...

09.09.2026 / 18:33
İvanişvilinin partiyasında baş nazirlərin arasında qətl ittihamı - Azərbaycanın da adı hallanır...

09.09.2026 / 18:22
Azərbaycan DİN-ə ABŞ-dan böyük etimad...

09.09.2026 / 18:05
İrandan Fars körfəzi ətrafında gəmilərə qarşı irimiqyaslı hücum – bir gecədə ondan çox gəmi vuruldu…

09.09.2026 / 17:43
Messi İspaniyada futbol klubu alır…

09.09.2026 / 17:28
Rusiya məhkəməsi Zelenskinin aparat rəhbərini üçüncü dəfə “həbs etdi”…

09.09.2026 / 17:14
Serbiya Prezidenti parlamenti buraxdı və seçki tarixini elan etdi…

09.09.2026 / 16:57
İrandan Türkiyəyə aparılan bitum yükündə 45 kq "patı" aşkarlandı

İnzibati məcəllədə son dəyişikliklər hüquqi fəallığın artırılmasında təsirli rol oynayır...

XƏBƏR ARXİVİ