Bazar ertəsi günü, 09 noyabr 2026
     

Akkreditasiyadan keçən və keçə bilməyən Azərbaycan universitetləri...

Image


Ali təhsil müəssisəsi Akkreditasiya Meyarlarının tələblərinin üçdə biri üzrə “qismən uyğun” və ya hər hansı istiqamət üzrə “uyğun deyil” hesab edildikdə, qüvvədə olan akkreditasiya şəhadətnaməsinin müddətini növbəti 2 il üçün uzadaraq, ATM-də 1 ildən sonra təkrar akkreditasiya qiymətləndirilməsi aparılır.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Təhsildə Keyfiyyət Təminatı Agentliyindən bildirilib.

Təhsil müəssisələrində akkreditasiya prosesi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 28 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təhsil müəssisələrinin akkreditasiya Qaydaları”na uyğun olaraq tənzimlənir. 

"Belə ki, ali təhsil müəssisəsi Akkreditasiya Meyarlarının tələblərinin üçdə biri üzrə “qismən uyğun” və ya hər hansı istiqamət üzrə “uyğun deyil” hesab edildikdə, qüvvədə olan akkreditasiya şəhadətnaməsinin müddətini növbəti 2 il üçün uzadaraq, ATM-də 1 ildən sonra təkrar akkreditasiya qiymətləndirilməsi aparılır", - deyə qeyd edilib.

Xatırladaq ki, Azərbaycan Texniki Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universitetinin institusional akkreditasiya nəticələri “əsasən uyğundur” hesab edilərək növbəti 5 il müddətinə, Sumqayıt Dövlət Universitetinin institusional akkreditasiya nəticəsi isə “qismən uyğundur” hesab edilərək qüvvədə olan akkreditasiya şəhadətnaməsinin müddətinin növbəti 2 il uzadılması və təhsil müəssisəsinin 1 ildən sonra təkrar akkreditasiya edilməsi qərara alınıb.

  • "Akkreditasiyadan keçməyən təhsil müəssisələrinin aqibəti sual altındadır"

Mövzuya şərh verən filologiya üzrə fəlsəfə doktoru, dosent Vüsalə Ağabəyli "Bakı-Xəbər"ə bildirdi ki, təhsil müəssisəsinin akkreditasiyası təhsil müəssisəsinin fəaliyyətinin qəbul olunmuş dövlət təhsil standartlarına və digər normativ hüquqi aktların tələblərinə uyğunluğunun yoxlanılması məqsədilə aparılır: Əksər reytinqli dünya universitetlərində akkreditasiya şəhadətnaməsi mövcuddur. Təbii ki, bu rəsmi sənəd beynəlxalq məkanda universitetlərin brend olaraq tanınmasına dəlalət edir. 

Lakin Azərbaycan təhsil mühitində aparılan akkreditasiya prosesi və ali təhsil müəssisələrinin institutisional akkreditasiyası üçün nəzərdə tutulmuş meyarlar və indikatorlarda bir sıra boşluqlar və qarışıqlıq mövcuddur. Əvvəla, universitetlərdən keyfiyyətli, oxunaqlı və sadə dildə yazılmış əsasnamələr, sənədləşmələr tələb edən Akkreditasiya meyarları qəliz və anlaşıqsız üslubda yazılmış, rabitəsiz keçidlərlə zəngin olan, bəzi hallarda bir-birini təkrarlayan, bəzən isə ifrat xırdaçılığa gedərək ali təhsil müəssisələrinin keyfiyyət təminatı siyasətinə dəxli olmayan meyarlar toplusundan ibarətdir. Təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, ilkin baxışda, bəzi meyarlar xarici mənbələrdən götürülmüş materialların naşı tərcüməsinə bənzəyir. Əlbəttə, xarici mənbələrə istinadlar etmək, xarici universitetlərin təcrübələrindən yararlanmaq çox faydalıdır. Lakin bəzən bir prosesin şablonunu yarımçıq şəkildə gətirib öz təhsil mühitimizə cəlb etməyimiz doğru deyil. 

Biz  beynəlxalq universitetlərin akkreditasiya meyarlarından istifadə ediriksə, o zaman ilkin olaraq, Beynəlxalq məkandakı təhsil sisteminə baxmalıyıq. "Təhsil sistemi" ifadəsini xüsusi vurğulamaq istəyirəm, tək-tək universitetləri yox, məhz ümumilikdə təhsil sistemini nəzərdə tuturam. Azərbaycan təhsil sistemi Avropa ölkələri təhsil sistemlərinin inteqrasiyası və ümumavropa ali təhsil məkanının formalaşdırılmasını nəzərdə tutan Bolonya prosesinə 2005-ci ildən qoşulub. Bolonya prosesi isə üçpilləli təhsili özündə ehtiva edir - bakalavriatura, magistratura və doktorantura". V.Ağabəyli qeyd edir ki, bizdə isə hələ də sovet dövründən qalma və bəzi postsovet ölkələrində saxlanılmış dördüncü mərhələ də mövcuddur. "Bundan başqa, əksər akkreditə olmuş universitetlərin elmi dərəcələr verməsi öz səlahiyyətləri daxilindədir, yəni həmin təhsil məkanlarında Ali Attestasiya komissiyası tipli qürum yoxdur. Bir çox reytinqli universitetlər ixtisaslar, tədris proqramları, tədris qrafikləri və əksər standartları məhz özü təsdiq edir. Bizdə isə təklif olunan ixtisaslar, tədris qrafikləri, dərsliklər, əksər əsasnamələr Elm və Təhsil Nazirliyinə təklif üçün göndərilir, təsdiqini aldıqdan sonra icra edilir. Əgər hər hansı bir ixtisasın təşkilində, sənədləşmədə,  tədris qrafikində nöqsan varsa, o zaman, ilk başdan ETN münasibət bildirməlidir, özü təsdiq etdiyi sənədləşməyə, mənbələr və ya ixtisaslara sonradan Akkreditasiya Komissiyasının münasibətini öyrənməsi doğru deyil. 

Digər tərəfdən də, ali təhsil müəssisələrinin akkreditasiyası zamanı ən cüzi detallara qədər enəcək kağız üzərində dəyərləndirmə aparılıb "qismən uyğundur" və ya "uyğun deyil" indikatorlarını qeyd etməkdənsə, universitetlərin reytinqinə, onların praktik fəaliyyətinə, onların əmək bazarına verdiyi kadrlara daha çox üstünlük vermələri önəmlidir. Yəni qiymətləndirmə rubriklərinə əsasən, hansısa sənədin "səliqəli" yazılmasına da "uyğundur" dəyərləndirilməsi verilib 3 balla qiymətləndirib, dünya ölkələrinin təhsil məkanındakı reytinqinə də 3 bal verməyi doğru hesab etmirəm. Məsələn, Azərbaycan ali təhsil məkanında ilk dəfə olaraq,  QS beynəlxalq  reytinq cədvəlində Azərbaycan Dillər Universitetinin 301-340-cı yerə layiq görülməsi, ölkədəki əksər səfirliklərdə çalışan kadrların təminatı məsələsindəki aktiv iştirakı, Beynəlxalq tədbirlərin təşkilində təhsilalan və təhsilverənlərin tərcüməçi və tədqiqatçı rolunda iştirakı universitetin artıq praktik cəhətdən əhəmiyyətini sübut edir. Təbii ki, Akkreditasiya olunmuş universitetlər, ixtisaslar da əhəmiyyətlidir. Lakin bu yersiz gərginliyin və xırdaçılığa gedən əhəmiyyətsiz tələblərin işçi mühiti pozduğunu, keyfiyyətə mənfi təsir etdiyini vurğulamaq istərdim. 

Akkreditasiyadan keçən universitetləri təbrik edirəm, digər universitetlərə də bu mərhələni uğurla başa vurmağı arzulayıram. Keçməyən universitetlərin isə nöqsanı yalnız həmin universitetin problemi deyil, bunu ümumilikdə təhsil sistemimizin probleminin bir hissəsi hesab edirəm. Yenilənmiş təhsil islahatları, peşəkar kadrların fəaliyyətinin təşkili, motivasiya və rifahın yüksəkdilməsi bu gün Azərbaycan təhsil məkanı üçün vacib olan məsələlərdir. Akkreditasiyadan keçməyən təhsil müəssisələrinin aqibəti sual altındadır. Lakin nəzərə almaq lazımdır ki, dağıtmaq, ləğv etmək hər zaman asandır, qurmaq çətindir". 

V.Ağabəylinin fikrincə, qurulmuş bir sistemdə boşluqlar varsa, bura peşəkar mütəxəssisləri, təcrübəli və bacarıqlı kadrları akkreditasiya meyarları istiqamətində fəaliyyətə cəlb etməklə, universitetləri və təhsili xilas etmək mümkün olar.

İradə SARIYEVA 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ