Bazar ertəsi günü, 09 noyabr 2026
     

Taksi xidməti və qiymətlərlə bağlı mübahisələr davam edir...

Image


Son günlərin ən aktual mövzularından biri də Azərbaycanda göstərilən taksi xidmətləri ilə bağlıdır. Məlumdur ki, ölkədə taksi minik avtomobilləri ilə sərnişin daşımalarına dair yeni tələblər müəyyənləşir. Bu, “Avtomobil nəqliyyatı haqqında” qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Bu fonda rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev nəqliyyat sektoru ilə bağlı qanunvericilikdəki dəyişikliklər barədə Milli Məclisdə çıxışında taksi xidmətlərinin qiymətlərinin artırılacağını bildirib.

Nazirin sözlərinə görə, son iki onillikdə 20 min kilometrə yaxın avtomobil yolları, dəmir yolları tikilib və ya bərpa edilib, yeni hava limanları istifadəyə verilib, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Bakı Gəmiqayırma Zavodu yaradılıb. Bununla birlikdə, nazir institusional idarəetmənin səmərəliliyinin artırılmasına, institusional islahatlara və infrastruktur investisiyalara baxmayaraq, tənzimləmə boşluqlarının aşkar edildiyini deyib. Onun fikrincə, çatışmazlıqlar ilk növbədə şəhərlərarası və beynəlxalq sərnişin və yük daşımalarında, həmçinin avtovağzal və taksi xidmətlərinin təşkilində müşahidə olunur. O, sərnişin və yük daşımaları, taksi ilə sərnişin daşımaları üçün müvafiq icazələrin olması tələbinin, ictimai nəqliyyat vasitələrindən istifadə edərək daxili sərnişin və yük daşımalarını həyata keçirən sürücülərin, taksi minik avtomobillərinin sürücülərinin məcburi xüsusi hazırlığının vacibliyini qeyd edib. Nazir bildirib ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi mövcud problemləri hərtərəfli araşdırmaq üçün konsaltinq şirkətlərinin iştirakı ilə kompleks araşdırmalar aparıb. Tədqiqat bir neçə problemi müəyyənləşdirib: “Bakıda min nəfərə düşən taksilərin sayı müqayisə edilən şəhərlərə nisbətən 4-5 dəfə çoxdur ki, bu da tıxaclara və ekoloji problemlərə səbəb olur. Sürücülər həddindən artıq uzun müddət, gündə 14-16 saat işləyir ki, bu da təhlükəsizlik riski yaradır və əmək qanunvericiliyini pozur. Taksi fəaliyyəti ilə məşğul olan taksilərin 50 faizdən çoxunun xidmət müddəti 15 ildən çoxdur, bu da ətraf mühit və təhlükəsizlik üçün təhlükə yaradır. Taksilər şəxsi avtomobillərlə müqayisədə gündə əhəmiyyətli dərəcədə daha çox səyahət edir, bu da tıxacları və ekoloji risqləri artırır. Sürücülərin əhəmiyyətli bir hissəsi kölgə iqtisadiyyatında işləyir və çox az adam lazımi “fərqlənmə nişanı” alır”. O deyib ki, nazirliyin hədəfi taksilərin sayını deyil, taksi sifarişlərinin sayını azaltmaqdır: “Taksi gedişlərinin əksəriyyəti 1,5 -3 kilometr ətrafındadır. Bu məsafəni ya ayaqla, ya ictimai nəqliyyatla getmək olar. “İctimai nəqliyyat varmı” sualı başqa bir mövzudur. Bizim ictimai nəqliyyatla bağlı kifayət qədər problemlərimiz var. Datalara görə ölkədə təxminən 67 min taksi fəaliyyət göstərir. Biz düzgün strategiya qursaq, həm iş saatlarını, həm gəlirləri tənzimləməklə onlar öz iş yerlərindən və gəlirlərindən məhrum olmayacaqlar”. Nazir vurğulayıb ki, taksi qiymətləri qalxacaq: “Dünyanın heç bir yerində belə taksi qiymətləri yoxdur”. Amma burada qeyd edək ki, taksi qiymətlərinin Azərbaycandan ucuz olduğu ölkələrin sayı az deyil. Məsələn, nazirin bu çıxışından sonra sosial şəbəkələrdə yayılmış məlumata əsasən, standart tarif üzrə 1 kilometrə görə taksi xidmətlərinin ən aşağı qiymətləri Misirdə qeydə alınıb. Bu ölkədə sərnişin hər kilometrə görə taksiyə 16 sent ödəyir. İkinci yerdə Pakistan gəlir. Pakistanlılar hər kilometrə görə 19 sentdən keçirlər. Üçüncü yeri isə 20 sentlə Belarus tutur. Keçmiş SSRİ ölkələrindən Ermənistan və Özbəkistan (hər biri 26 sent), eləcə də Ukrayna, Moldova və Rusiyanın sakinləri hər kilometrə 27 sent ödəməklə ilk onluğa daxildirlər. Taksi xidmətləri Qazaxıstanda hər kilometrə görə 45 sent, Azərbaycanda isə 59 sentdir. Türkiyədə bu göstərici 42 sent, Əlcəzairdə 44 sent, Banqladeşdə 37 sent, Çində 36 sent, İranda 35 sent, Şri-Lankada 34 sent, Filippində 27 sentdir. Bu siyahını bir qədər də uzatmaq olar. Yəni heç də ən ucuz taksi xidməti Azərbaycanda deyil.

Rəşad Nəbiyev isə bunlar fonunda hesab edir ki, yeni islahatlar Bakıda mobilliyin artırılmasına, əhalinin ictimai nəqliyyata çıxışının yaxşılaşdırılmasına və yollarda tıxacların azaldılmasına yönəlib. O əmin olduğunu bildirib ki, normativ hüquqi aktlara təklif olunan dəyişikliklər sərnişin və yük daşımaları sahəsində qanunvericiliyin təkmilləşdirilməsinə imkan verəcək: “Qanunvericiliyə yeni dəyişikliklər sahibkarların maraqlarını qoruyarkən ölkənin iqtisadi inkişafına kömək edəcək”. Azərbaycanda hazırda ondan çox taksi şirkəti, o cümlədən xarici şirkətlər “Bolt”, “Uber”, “Yango”, “Maxi” fəaliyyət göstərir. Bu yaxınlarda isə “Uklon” adında yeni biri də bazara girib. Azad rəqabət şəraiti mövcud olduğundan son illərdə taksi xidməti qiymətləri 2-3 dəfə aşağı düşüb. Nazirin çıxışı ictimai mühitdə, sosial şəbəkələrdə müzakirələrə yol açıb. Müzakirələrdə taksi xidmətinin keyfiyyətinin yaxşılaşdırılması dəstəklənsə də, qiymət artımı əks reaksiya ilə qarşılanıb. Onu da xatırladaq ki, Bakıda göstərilən taksi xidməti məşğulluğun təminində önəmli rollardan birini oynayır. Ucuz taksi xidmətləri əhalinin imkanlarına uyğun olduğu üçün əhali tərəfindən bu sahədə narazılıq yoxdur. Rəsmi rəqəmlər son illər taksi xidmətlərindən istifadə edənlərin də sayca kəskin artdığını göstərir. Pandemiya başlayandan sonra taksi xidmətlərindən istifadə bir qədər də genişlənib. Dövlət Statistika Komitəsinin göstəricilərinə görə, 2019-cu ildə Bakı şəhəri üzrə taksi vasitəsilə il ərzində 29.8 milyon sərnişin daşınıb. Eyni göstərici 2022-ci ildə 34.8 milyona yüksələrək təxminən 17 faiz artıb. Eyni müddət ərzində avtobus nəqliyyatı ilə daşınanların sayı 35 faiz, metro ilə daşınan sərnişinlərin sayı 12 faiz azalıb. Başqa deyimlə, daşımalarda taksidən başqa digər iki ictimai nəqliyyat vasitəsinin payı aşağı düşüb. Taksi şirkətlərinin fəaliyyətinin genişlənməsinin Azərbaycan bazarında ortaya çıxardığı digər bir trend də hibrid avtomobillərinin sayca artmasıdır. Rəsmi rəqəmlərə görə, ölkəyə hibrid avtomobillərin gətirilməsinə 2018-ci ildən başlanıb. Həmin il ölkəyə cəmi 146 ədəd belə avtomobil gətirilmişdi. 2019-cu ildə eyni göstərici 3 min 645-ə, 2020-ci ildə 5 min 80-ə yüksəldi. 2021-ci ildə isə hibrid avtomobil idxalı iki dəfədən çox artdı və 12 min 936-a çatdı. Ötən il eyni göstərici 11 min 337 olub. Deməli, son dörd ildə ölkəyə 32 mindən çox hibrid avtomobil gətirilib ki, bunların da böyük bölümündən taksi kimi istifadə edilir. Ekspertlərin fikrincə, Azərbaycanda taksi şirkətlərinin fəaliyyətini genişləndirən əsas amillər qiymətin öncəki illə müqayisədə ucuzlaşması və avtobus kimi ictimai nəqliyyat növlərinin yarıtmaz fəaliyyətidir. Bu səbəbdən əslində taksilərlə bağlı problemlərin təbii həlli baxımından ölkədə ictimai nəqliyyat sisteminin gəlişdirilməsi önəmli rol oynaya bilər.

Samirə SƏFƏROVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Tramp maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ