Bazar ertəsi günü, 09 noyabr 2026
     

İrəvanda doğulmuş məşhur maarifçi “Bağçaban” kimdir...

Image


İlin əvvəlində redaksiyanın tərtib etdiyi plana uyğun olaraq, “İrəvanda izim qaldı” rubrikasında 1885-ci ildə İrəvanda anadan olan Cabbar Əsgərzadə Acizdən (Bağçaban) danışacağıq. İrəvanda, bütövlükdə Qərbi Azərbaycanda doğulan, bu torpaqda dil açan, fəaliyyət göstərən şəxsiyyətlərin geniş ictimaiyyətə tanıdılması zəruridir.

Tanınmış Azərbaycan pedoqoqu Mirzə Cabbar Əsgər oğlu Əsgərzadə Bağçaban 1886 və ya 1885-ci ildə İrəvan şəhərində anadan olub,  25 noyabr 1966-cı ildə Tehranda vəfat edib. Qərbi Azərbaycanda doğulan Bağçabanın fəaliyyətinin xeyli bir hissəsi Cənubi Azərbaycanla bağlı olub. Tədqiqatçıların yazdığına görə, İranda ilk dəfə uşaq bağçası və lal-karlar məktəbin təsisçisi, İranda ilk uşaq kitabının müəllifi və naşiri, həmçinin, farsca işarə dilinin yaradıcısı məhz Bagçaban olub.

Təqiqatçılar qeyd edirlər ki, o, ilk təhsilini İrəvanda mollaxanada alıb. Atası Əsgər İrəvanda memarlıq və qənnadıçılıqla məşğulluğu ilə tanınırdı, Cabbar da gənc yaşlarında bu peşələrə yiyələnir.

  • Uşaqların təlim-tərbiyəsinə xüsusi fikir verdi, qızlara gizlin dərs keçdi...

Tədqiqatçılar yazırlar ki, uşaqların və qızların təlim-tərbiyəsinə çox önəm verən Mirzə Cabbar Əsgərzadə gəncliyindən onlara dərs deməyə başlayıb. Yaşadığı dövrün mühafizəkarlıq şəraitinə və risklərə baxmayaraq gizlicə qızlara evdə dərs deyib, bütün ömrü boyunca onların haqlarını müdafiə edib. Qadınların haqq və hüquqları uğrunda mübarizə aparan Cabbar Bağçabanın onlarla yetirməsi olub ki, onlar həyatlarını elmə, maarifə bağlayıblar... Qadının elmli, savadlı olması əlbəttə, bütün bəşəriyyət üçün xüsusi dəyərə malikdir...Bunu görkəmli pedoqoq çox dərindən anlayırdı.  

  • Həbsxanada qəzet çıxardı...

Tədiqatçıları çox maraqlı fakt təqdim edir. Yazılanlara görə, Bağçaban ilk qəzetini həbsxanada çıxarıb. 1905-ci ildə İrəvanda erməni-müsəlman çaxnaşmalarında ictimai fəallığına görə bir neçə aylıq həbs olunan Bağçaban həbsxanda "Molla nəhib" və "Mollabaşı" adlı həftəlik dərgilər nəşr etdirir. Dərgilərə yazıları özü yazıb, rəsmləri də özü çəkib. "Qafqaz" qəzetinin müxbirlərindən biri kimi jurnalistlik fəaliyyətinə başlayıb. "Molla Nəsrəddin" məcmuəsində də şeir və məqalələrlə çıxış edib. İrəvan qubernatorunun 21 yanvar 1914-cü il tarixdə Mirməhəmməd Mirfətullayev və Cabbar Əsgərzadəyə verdiyi icazəyə əsasən onlar həmin il fevralın 22-də satirik "Lək-lək" jurnalının ilk nömrəsini buraxıblar. "Lək-lək"in cəmisi 8 nömrəsi işıq üzü görüb. Bu dərgi dili, üslubu, ifadə tərzi, orda yayımlanan fleytonların məzmununa görə "Molla Nəsrəddin" dərgisinə çox bənzəyirdi.

Mətbuatda Cabbar Bağçabanın özünün həyatı haqda danışığı yer alıb. O, qeyd edirdi: “Mən 1885 - ci ildə İrəvanda anadan olmuşam. Babam Rıza, Təbrizli idi və atam Əsgər İrəvanda qənnadlıq və memarlıq ilə məşğul olurdu. Anamın adı Bənövşə idi. Atam da hamı kimi onu sayqı üzündən Kəlbə Bənövşə xanım səslərdi. Yazıb oxumaq bilmədiyinə baxmayaraq aydın və gözü açıq bir qadın idi... Təhsilimi qədimi üsul üzərə, məscidlərdə (mollaxanalarda) almışam. İrəvanda Şeyx Əli Əkəbər adlı bir molla, atamı inandırmışdı ki, yeni açılan dövlət məktəblərinə gedərsəm dindən dönəcəyəm. Buna görə onun mollaxanasına getməli oldum... 15 yaşında ikən yoxsulluq üzündən təhsili buraxmalı olub və atamın peşəsində çalışmağa başladım.

Mollaxanaya gedən zaman molla “təlb əlelm fərizətün əla küll müslim və müslimat”ın mənasını deyəndə , qızların məktəbə getməmələrini və anam ilə bacımın dərs oxumadıqlarının səbəbini ondan soruşdum. Ustadın dediyinə görə qadınlara aid olan elmdən söz gedəndə, Quran elmi nəzərdə tutulur, özü də Yusif surəsini oxumamaq şərtilə. Çünki qadının ruhu fəsada sarı meyl edəndir. Onun fikrincə qadına elm öyrənmək gərəkməmişdir, hətta Quranın Yusif surəsinə də baxamamalıdır...”

Onu qeyd edək ki, məqalədə Ziyəddin Məhərrəmovun "İrəvanda məktəbdarlıq və maarifçilik (1800–1920-ci illərdə ədəbi-mədəni mühit”, Mirzə İbrahimovun “Cənubi Azərbaycan Ədəbiyyatı Antologiyası” (2-ci cild Elm nəşriyyatı. 1983), Cabbar Bağçabanın  “Seçilmiş əsərləri şeirlər (Tərtibçi və ön söz. Z.Əkbərov - Bakı. Yazıçı)  mənbələrindən istifadə edilib. Bildirək ki, bu mənbələr olduqca maraqlıdır və şair-pedoqoq barədə müfəssəl məlumat əldə etməyimizə kömək edir.

  • Bağçaban niyə Tehrana gedib?

Tədqiqatçıların verdikləri məlumatlarda qeyd edilir ki, Birinci dünya müharibəsi illərində daşnakların azərbaycanlılara qarşı törətdiyi dəhşətlərə görə minlərlə azərbaycanlı kimi Cabbar Bağçaban da İrəvanı tərk edir və Türkiyəyə gedir. Bir müddət Türkiyənin İğdır vilayətində dövlət məmuru kimi çalışsa da, müharibədən sonra İrəvana qayıdır, həyat yoldaşı Səfiyə xanım Mirbabayi ilə birlikdə İrəvan ətrafındakı Noraşen kəndində məktəb qurur. Ancaq kasıblıq və xəstəlik üzündən bu məktəbi saxlaya bilmir. Valideynlərini itirməsi, qıtlıq, yolxucu xəstəliklər, vətəndaş müharibəsi onu 1919-cu ildə 34 yaşında ikən arvadını da götürüb ağır vəziyyətdə İrana üz tutmağa məcbur edir. Yolda ayaqlarını soyuq aparır və ölümdən qurtulmaq üçün həkimlər ayaq barmaqlarını kəsməli olurlar. İrana gəldikdən sonra uzun müddət iş axtaran Bağçaban axır ki, Mərənddə Mirzə Qafarxan Mükafatın yaratdığı "Əhmədiyyə" məktəbində ibtidai sinif müəllimi kimi işə düzəlir. Burda işlərkən o azərbaycan dilində "Xor-xor" adlı uşaq tamaşası yazır və məktəbin həyətində uşaqlar tərəfindən tamaşa oynanılır.

Tədqiqatçılarına görə, Bağçabanın pedaqoqikada öz metodu varmış ki, o bunu yeni metod adlandırırdı. O köhnə məktəblərdəki "əti sizin, sümüyü bizim" prinsipini cinayət hesab edir, əksinə uşaqlara ürək yandırıb sevgi göstərərək başa salmağı düzgün hesab edirdi. Məsələn, o öz cibindən kağız və boya alaraq uşaqlara paylayır, onlara rəssamlığı öyrədir, ilk dəfə olaraq uşaqların təlimində tamaşadan istifadə edir, məktəbdə idman üçün vaxt ayırırdı və əlbəttə yenilikçi fəaliyyəti üzündən sıx-sıx təzyiqlərə də məruz qalırdı.

  • Təbrizin Maqsudiyyə məhəlləsində uşaq bağçası...

Cabbar Bağçabanın yenilikçi fəaliyyəti çox keçmir ki, Təbriz və Şiraz maarif idarələrinin diqqətini çəkir və onun yeni təlim metodu ilə tanış olmaq, uşaq tamaşalarını görməkdən ötrü 1920-ci ildə Təbrizə dəvət edirlər. Təbrizə gələn Bağçaban burda "Daneş" adlı məktəbdə bir müddət işləyir və onun metodu o dövr İran Azərbaycanının maarif idarəsinin müdiri Əbulqasim Fiyuzatın xoşuna gəlir. Ona uşaq baxçası açmağa icazə verilir. O dövrdə Təbrizdə təkcə dini azlıqların, xristian və yəhudilərin uşaq baxçaları vardı, Bağçaban həmin dövr İranın Maarif Nazirliyinin təzyiqlərinə baxmayataq 1924-cü ildə Təbrizin Maqsudiyyə məhəlləsində İranın ilk uşaq bağçasını açır. Bu İran tarixində qız və oğlan uşaqlarının birgə tərbiyə olunduğu ilk bağça idi. Bağçabanın oğlan-qız baxçası və məktəbi tezliklə Təbriz xalqını uşaqlarını məktəbə qoymağa həvəsləndirmişdi. Bu məktəbdə Baçxaban uşaqları gəzintiyə aparır, tamaşa göstərməkləri üçün pyeslər yazır, səhnələr qurur, nağıl oxudur, uşaqlar üçün yazdığı şeirləri onlara əzbərlədirdi.

Tədqiqatçılar vurğulayırlar ki, 1932-ci ildə Bağçaban ailəsi ilə birlikdə Tehrana köçür. Onun Təbrizdən çıxmasının səbəbi o dövrdə İran Azərbaycanına maarif müdiri təyin olumuş şovinist doktor Əhməd Mövsüninin Təbriz məktblərində tələbələr və müəllimlərin farsca danışmasını tələb etməsi olub.

  • Lal-kar uşaqlar üçün məktəb açır

1933–1935-ci illərdə Tehranda açdığı karlar və lallar məktəbində işləyir, fiziki cəhətdən qüsurlu olan uşaqlara kömək edən bir cihaz düzəldir. Bundan on il sonra, 1943-cü ildə o Tehranda "Lal-kar uşaqları himayə cəmiyyəti"ni də yaradır. Pedaqoji fəaliyyətlə məşğul olan Cabbar Əsgərzadə 1943-cü ildə müəllimlər üçün məcmuə nəşr etdirir. "Zəban" adlı pedaqoji jurnal nəşr etmiş (1942), eyni zamanda ictimai, ədəbi və pedaqoji fəaliyyətini davam etdirmişdir. Onun çoxcəhətli yaradıcılığı – pedaqogika, poeziya, incəsənət, musiqi, mədəniyyət və səhiyyə ilə sıx bağlı idi. Ərəb, fars və rus dillərini mükəmməl bilmiş, xarici ölkə xalqlarının seçmə poeziyasından tərcümələr etmişdir. Əsərlərini Azərbaycan və rus dillərində yazmışdır. Lirik şeirlərini C.Əsgərzadə, Aciz, Bağçaban, satirik şeirlərini isə "Məhkəmə pişiyi", "Noxtalı", "Leyləyin yuvadibisi", "Molla haray" və s. imzaları ilə çap etdirmişdir. Onun kiçik yaşlı uşaqlar və məktəblilər üçün yazdığı mənzum hekayələri də nəşr olunmuşdur. Maarif sahəsindəki xidmətlərinə görə Tehran Universiteti ona professor adı vermişdir.

Böyük novator, işıqlı ziyalı, dilimizin, mədəniyyətimizin, pedaqoji fikrimizin alovlu təbliğatçısı Cabbar Əsgərzadə 1966-cı ilin payızında Tehranda vəfat edib.

İrəvanın görkəmli oğullarından biri olan Cabbar Bağçabanın həyatı, fəaliyyəti, keşməkeşli ömür yolu barədə danışdıq. Əlbəttə, bu cür böyük ziyalını yenidən xalqımızın yaddaşına qaytarmaq borcumuzdur…

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ