ABŞ-ın iki rəsmisi “Axios”a bildirib ki, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman ABŞ prezidenti Donald Trampa iki dəfə zəng edərək onu husilərə qarşı hücumlara başlamağa çağırıb. Lakin Tramp bundan imtina edib.
Amerika rəsmiləri ABŞ prezident administrasiyasının hazırda husilərə birbaşa müdaxilə etməyi planlaşdırmadığını vurğulayıblar.
Müzakirələrlə tanış mənbələrin verdiyi məlumata görə, son həftələrdə ABŞ rəsmiləri Səudiyyə Ərəbistanı həmkarlarına Trampın məqsədinin Amerika qüvvələrini İrana və Hörmüz boğazına yönəltmək, yeni bir cəbhə açmaqdan çəkinmək olduğunu bildiriblər.
Tahir TAĞIYEV