Fransanın sağçı "Milli Birlik" (Rassemblement National) partiyasının lideri Jordan Bardellaya ölkənin şərqindəki bir yarmarkada insanlarla ünsiyyətdə olarkən sarımsaq atılıb. Marin Le Pen partiyanın parlament fraksiyasına rəhbərlik edir və 2027-ci ildə keçiriləcək prezident seçkilərində partiyanı təmsil etməyə hazırlaşır. Telekanal xəbər verir ki, "Bokruassan (Beaucroissant) şəhərindəki yarmarkada sakinlərlə söhbət etmək üçün gələn Jordan Bardellaya sarımsaq başları atılıb". TF1 tərəfindən yayımlanan görüntülərdə tərəvəzin birbaşa siyasətçinin başına dəydiyi əks olunub; təhlükəsizlik əməkdaşları dərhal onu izdihamdan qoruyaraq ətrafına çətirlər açıblar. Bu, ilk belə hadisə deyil. 2025-ci ilin noyabrında Bardella yeni kitabının təqdimat mərasimi zamanı da hücuma məruz qalmışdı; həmin vaxt bir nəfər onun başında yumurta sındırmışdı. Bundan bir neçə gün əvvəl isə Fransanın şərqindəki kənd təsərrüfatı yarmarkasında onun üzərinə un atılmışdı.
SAMİRƏ