Belarus prezidenti Aleksandr Lukaşenko bildirib ki, artıq heç kimin dollara ehtiyacı yoxdur.
“Bu günlərdə dollar kimə lazımdır? Artıq heç kimə lazım deyil" deyən Lukaşenko qeyd edib ki, ABŞ-ın hazırkı siyasəti nəzərə alınmaqla, ehtiyatda dollar saxlamaq təhlükəlidir; onları indi konkret layihələrə yatırmaq daha yaxşıdır. O, Qərbin bir neçə yüz milyard dollarlıq qızıl və valyuta ehtiyatlarını dondurduğu Rusiyanı nümunə göstərib.
"Nə baş verəcəyini təsəvvür etmək olar, dostlarımız Birləşmiş Ərəb Əmirliklərinin təxminən bir trilyon dolları var. Bu dollarlarla nə edəcəklər? Hamı ABŞ-ın yürütdüyü maliyyə siyasətini görür", - deyə Belarus prezidenti əlavə edib.
Tahir TAĞIYEV