Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev diplomatik korpusun nümayəndələri ilə birlikdə Gəncəsər və Xudavəng kilsələrini ziyarət edib.
Bu barədə Hikmət Hacıyev “X” sosial şəbəkə hesabında paylaşım edib.
O bildirib ki, Gəncəsər və Xudavəng kilsələri qədim Alban xristian irsinin ayrılmaz hissəsidir.
“Gəncəsər kilsəsi XIII əsrdə Qafqaz Albaniyasının hökmdarı Həsən Cəlal Davla tərəfindən inşa edilib və Qafqaz Albaniyasının çoxəsrlik xristian irsinin mühüm sübutlarından biridir”, – deyə Hikmət Hacıyev qeyd edib.
Azərbaycan Prezidentinin köməkçisi vurğulayıb ki, işğal illərində bu abidələr memarlıq həqiqiliyinə və ilkin xarakterinə xələl gətirən, müvəqqəti “bərpa” adı altında həyata keçirilən kənar müdaxilələrə məruz qalıb.
“Azərbaycan ərazisindəki hər bir tarixi, mədəni və dini abidə, mənşəyindən və dini mənsubiyyətindən asılı olmayaraq, ölkəmizin zəngin mədəni irsinin ayrılmaz hissəsidir. Azərbaycan dövləti onların qorunmasına, mühafizəsinə və bərpasına sadiqdir”, – deyə o bildirib.
H.Hacıyev qeyd edib ki, Azərbaycanın çoxmədəniyyətli və çoxdinli irsinin qorunması sahəsində təcrübəsi beynəlxalq səviyyədə tanınıb.
“Biz bu təcrübəni digər ölkələrlə, o cümlədən qonşularımızla bölüşməyə hazırıq”, – deyə Prezidentin köməkçisi vurğulayıb.
O, həmçinin bu məsələ ilə bağlı saxta xəbərlər və yanlış narrativlər yayan media qurumlarını həmin abidələri ziyarət etməyə və ərazidəki reallığı öz gözləri ilə görməyə çağırıb.
“Görmək inanmaqdır”, – deyə H.Hacıyev bildirib.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müşayiəti ilə Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Qarabağ və Şərqi Zəngəzurda səfərdədirlər.
Səfərdə 58 ölkə və 9 beynəlxalq təşkilatı təmsil edən 150 nəfərdən ibarət heyət iştirak edir.
ZÜMRÜD
Together with the diplomatic corps, we visited the Ganjasar and Khudavang churches — an integral part of the ancient Albanian Christian heritage. Ganjasar was established in the 13th century by Hasan-Jalal Dawla, the Caucasian Albanian ruler, and stands as an important testament… pic.twitter.com/7zImxKeaaO — Hikmet Hajiyev (@HikmetHajiyev) September 12, 2026
Together with the diplomatic corps, we visited the Ganjasar and Khudavang churches — an integral part of the ancient Albanian Christian heritage. Ganjasar was established in the 13th century by Hasan-Jalal Dawla, the Caucasian Albanian ruler, and stands as an important testament… pic.twitter.com/7zImxKeaaO