“Axios” mənbələrə istinadən xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəisi Bred Kuper Yəməndə Husi üsyançılarının son böyük hərbi uğurlarından sonra məsləhətləşmələr aparmaq üçün Səudiyyə Ərəbistanına səfər edib.
"Admiral Bred Kuper Yəməndəki Husi hücumu ilə bağlı təcili məsləhətləşmələr aparmaq üçün cümə axşamı günü Səudiyyə Ərəbistanına uçdu", - deyə “Axios” jurnalisti Barak Ravid mənbələrə istinadən bildirib.
Bundan əvvəl bildirilirdi ki, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman cümə axşamı ABŞ prezidenti Donald Trampa iki dəfə zəng edərək onu husilərə zərbə endirməyə çağırıb, lakin Amerika lideri bundan imtina edib.
Cümə günü Husi qüvvələrinin daha bir neçə şəhəri uğurla ələ keçirdiyi və hazırda Yəmənin Qırmızı dəniz sahillərini tam nəzarətdə saxladığı barədə məlumatlar yayılmağa başlayıb. Bəzi media orqanları husilərin hücum zamanı hökumət qüvvələrinin yalnız zəif müqaviməti ilə qarşılaşdıqlarını qeyd edirlər.
Tahir TAĞIYEV