Polşa Ukrayna ilə sərhəd keçid məntəqələrindən birinə edilən hücumun qarşısını alıb. Baş nazir Donald Tusk Ukrayna iqtisadiyyatını zəiflətmək üçün bu cür cəhdlərin təkrarlanacağını gözlədiklərini deyib.
"Rusiya artıq sərhəd keçid məntəqələrinə hücumlara əl atıb - məsələn, Moldovada. Biz Ukrayna ilə sərhəd keçid məntəqələrində və Polşa da daxil olmaqla digər ölkələrdə oxşar hərəkətlər gözləyirik", - deyə o qeyd edib.
Tusk bildirib ki, gələcək aylarda baş verə biləcək hadisələrlə bağlı birbaşa Mərkəzi Kəşfiyyat İdarəsindən kifayət qədər dəqiq məlumatlar alıb.
“Müxtəlif ssenariləri qabaqcadan görməliyik. Həm Polşa, həm də bütün Avropa təkcə Rusiya-Ukrayna cəbhəsində deyil, həm də Aİ-nin şərq cinahında müxtəlif hadisələrə hazır olmalıdır”, - deyə o, qeyd edib.
Tahir TAĞIYEV