Sentyabrın 11-dən 12-nə keçən gecə Rusiyanın Samara vilayətindəki Tolyatti və Rostov vilayətindəki Taqanroq şəhərlərinə dronlar hücum edərək sənaye müəssisələrində yanğınlara səbəb olub.
Ukrayna Prezidenti Zelenski bildirib ki, Ukraynanın müdafiə qüvvələri Rusiyadakı iki kimya sənayesi müəssisəsinə, Taqanroq şəhərindəki bir sıra hərbi hədəflərə və Qara dənizdəki bir hədəfə zərbələr endirib.
Zelenski həmçinin Qara dənizdə bir hədəfin vurulduğunu bildirib, lakin əlavə məlumat verməyib.
O, ayrıca olaraq son günlərdə baş verən digər zərbələrin nəticələrinin təsdiqləndiyini deyib: Krasnodar diyarı və Rostov vilayətində bir Su-33 təyyarəsi və 2 Mi-8 helikopteri məhv edilib, Permdə isə bir neft obyekti vurulub.
Ukraynanın müdafiə qüvvələri Samara vilayətindəki Tolyattikauçuk zavoduna və KuibışevAzot kimya zavoduna da zərbə endirib.
Tahir TAĞIYEV