Cümə günü, 06 noyabr 2026
     

Səadət Əliyeva - Onuncu mərtəbənin 40-cı zirvəsində...

Image


Həyatda elə insanlar vardır ki, onların dünyaya gəlişi nəinki özünə, ailəsinə deyil, başqalarının da var olmasına, yaşamasına, yaratmasına bilavasitə nəfəs verir, ruh verir, səadət bəxş edir. Belə insanların varlığı cəmiyyət üçün günəş kimi müqəddəs, səhra üçün su kimi, hava kimi dəyərli, xalqı, milləti üçün isə ümid, pənah yeri kimi möhtəşəmdir, mübarəkdir. Belə insanlar Tanrının seçilmiş, mükafatlandırılmış bəndələrindən olan nadir insanlardır…

Haqqında söhbət açacağım insanlardan biri də bügünkü yazımın baş qəhrəmanı, dövlətimizin adaşı, müstəqil Azərbaycanımızın həmyaşıdı, müasir elm və təhsilimizin müqəddəs məbədgahı olan Azərbaycan Universitetinin rektoru filologiya üzrə fəlsəfə doktoru Səadət Namiq qızı Əliyevadır.

Haqqında illərdir yazmaq təşnəsi ilə döyünən qələmim öz vəfa, vicdan borcunu verməyə, görünür, indi qərar verdiyindən elə indi də yazmağa icazəlidir. Onun həyat yolunu metaforik də olsa, hər mənada sözün işığı, idarəçiliyin gücü, novatorluğun sinerjisi, zamanı qabaqlayan lider, ciddiyyətlə mülayimliyin illüstrasiyası, kübarlığın və xanımlığın təcəllası, elm və təhsilin kredo səhifəsi də adlandırmaq olar. Bəlkə də Tanrının bir lütfüdür ki, tale ona həm də müdrikliyi və olğunluğunun müqabilində böyük bir şücaəti- hələ çox gənc yaşlarında böyük bir elm məbədinin sükanını əllərinə almaq kimi bənzərsiz bir cəsarət də bəxş eləmişdir ki, bu uğurun düsturunu izah etməyə məncə heç bir ehtiyac yoxdur.

40 rəqəmi folklorumuzdan, mifologiyamızdan üzü bəri müqəddəsləşdirilmiş bir rəqəmdir. Şifahi ədəbiyyatımızdan da bəllidir ki, sirlərlə dolu olan "40-ıncı qapı", "körpənin 40-ının çıxması,", "40 gün 40 gecə toy" ifadələrini həm də QƏLƏBƏ sözü ilə simvolikləşdirmək olar. ( təəssüf ki, 40 yaşın qeyd edilməməsi kimi batil inanclar da əsası olmayan tamamilə cahil təfəkkürün məhsuludur) Şübhəsiz ki, 30 yaşın cəsarətini artıq 10 ildir ki, inamla davam etdirən İlin Ən Gənc Rektorunun-Səadət xanımın 40-ıncı Zirvə Zəfərinin də heç bir sübuta ehtiyacı yoxdur. İnanırıq ki, təhsilimizin sükanı hələ neçə 10 illiklər də etibarlı əllərdə olacaqdır. Zamanın sürətlə dəyişdiyi, qloballaşan dünyamızda müasir təhsil sisteminin qurulması təkcə dərin bilik deyil, həm də böyük cəsarət, yenilikçi baxış və sarsılmaz iradə tələb edir. Bu gün Azərbaycan təhsil məkanında öz dəst-xəti, gənclik enerjisi və peşəkar idarəetmə tərzi ilə seçilən rəhbərlərdən söz düşəndə, ağla gələn ilk simalardan biri olan Səadət xanımın ömrünün ən məhsuldar, müdriklik yaşının tamam olması, təkcə onun üçün deyil, rəhbərlik etdiyi çoxminli universitet kollektivi üçün əlamətdar bir gündür. Səadət xanımın fəaliyyət trayektoriyasına nəzər saldıqda, onun hələ gənc yaşlarından elmə, təhsilə və maarifçiliyə necə böyük sevgi ilə bağlandığını görmək mümkündür. Bir alim kimi çoxsaylı dəyərli kitabların: "Britaniya uşaq ədəbiyyatı" (Dərs vəsaiti, Bakı, 2018), "Robert Börns: Şeir, nəğmə körpüsü və sözlə hörülmüş dünya" (Dərs vəsaiti, Bakı, 2019), "Britaniya uşaq folkloru: Poeziya" (Dərs vəsaiti, Bakı, 2021, "Amerika uşaq ədəbiyyatı" (Dərs vəsaiti, Bakı, 2025) və s. çoxsaylı elmi məqalələrin müəllifi kimi tanınan Səadət Əliyeva, eyni zamanda böyük bir təhsil ocağının idarəetmə pultunu da inam və etibarla qoruyur. Şübhəsiz ki, bu səriştənin kökündə gendən-qandan gələn liderlik ruhunu danmaq mümkün olmadığı kimi, onun dövlətə, dövlətçiliyə, azərbaycançılığa son dərəcə sadiqliyini, sədaqətinin də böyük rol oynadığını təkzib etmək olmaz. Hələ çox gənc yaşında bu məsuliyyətli missiyanı üzərinə götürmək və on il ərzində bu etimadı yüksək səviyyədə doğrultmaq hər rəhbərə nəsib olmayan qeyri-adi bir şücaətdir. Bunun bariz nümunəsi olaraq Azərbaycan Universiteti keyfiyyətli təhsilin, elmi nailiyyətlərin və beynəlxalq standartların tətbiq olunduğu aparıcı ali məktəblərdən birinə çevrilmişdir. Onu xarakterizə edən ən mühüm xüsusiyyətlərdən biri özünəməxsus, orijinal və unikal rəhbərlik üslubudur. Balanslaşdırılmış xarakteri ilə universitetdə həm yüksək nizam-intizamın qorunmasına, həm də hər bir əməkdaşın və tələbənin özünü dəyərli hiss etdiyi isti bir mühitin yaranmasına xidmət edir. O, təhsilə sadəcə bir iş deyil, gələcəyin qurulması missiyası kimi baxır və hər bir addımında yenilikçiliyi, müasir texnologiyaların tədrisə inteqrasiyasını dəstəkləyir və təhsil arenasında birinciliyi hədəfləyir. Bütün bunlarla yanaşı o, həm də milli-mental təfəkkürümüzün görmək istədiyi əsl Azərbaycan xanımına xas olan kübarlığı, alicənablığı ilə gözəl ailə başçısı, fədakar ana kimi də öz missiyasını ləyaqət və şərəflə yerinə yetirir. Hər bir qadın rəhbərin imici xanımlıq və analıq funksiyası ilə, düzgünlük, dəqiqlik, nizam-intizamla vəhdət təşkil edərsə, bu uğurun qarşısında metaforik səslənsə də, şübhəsiz ki, heç dağlar da tab gətirə bilməz.

Səadət Əliyevanın Azərbaycan Universitetinə rektor təyin olunduğu 2017-ci ildən bəri ötən dövrdə onun rəhbərliyi ilə ali məktəbdə tədrisin keyfiyyətinin artırılması, beynəlmiləlləşmə və elmi infrastrukturun yenilənməsi istiqamətində çox ciddi islahatlar aparılmışdır. Onun gətirdiyi əsas yeniliklər və uğurları bir neçə mühüm istiqamət üzrə qruplaşdırmaq olar. Onun rəhbərliyi dövründə Azərbaycan Universiteti dünyanın ən nüfuzlu reytinqlərindən sayılan "Şanxay reytinqi"ndə (Shanghai Ranking) yer almış və QS Beynəlxalq Reytinq Agentliyi ilə rəsmi tərəfdaşlıq müqaviləsi imzalamışdır. Tələbələrin qlobal təhsil imkanlarını genişləndirmək məqsədilə Ukraynanın Xarkov Milli Radioelektronika Universiteti (Kompüter elmləri və mühəndisliyi üzrə) və İtaliyanın Tuscia Universiteti (MBA proqramının marketinq istiqaməti üzrə) kimi xarici ali məktəblərlə beynəlxalq ikili diplom proqramları uğurla fəaliyyətə başlamışdır. Universitetdə müasir texnologiyaların tətbiqinə xüsusi önəm verən rektorun təşəbbüsü ilə İKT fakültəsində Xarkov Milli Radioelektronika Universiteti ilə birgə "İnformasiya təhlükəsizliyi üzrə Birgə Təlim və Tədqiqat Laboratoriyası" açılmışdır. Burada tələbələr kiber təhlükəsizlik və şəbəkə sistemlərini müasir serverlər vasitəsilə praktiki öyrənirlər.

Tələbələrin məzun olduqdan sonra işlə təminatını asanlaşdırmaq üçün bir çox dövlət qurumları ilə memorandumlar imzalanıb. İqtisadi Elmi Tədqiqat İnstitutu (İETİ), Ədliyyə Nazirliyinin Probasiya xidməti və Sosial Xidmətlər Agentliyi ilə qurulan tərəfdaşlıqlar sayəsində tələbələrə real iş mühitində istehsalat təcrübəsi keçmək imkanı yaradılmışdır. Universitet daxilində elmi-praktiki fəaliyyəti gücləndirmək üçün Sosial-Psixoloji Tədqiqat və Məsləhət Mərkəzi formalaşdırılmışdır. Eyni zamanda gender bərabərliyi və inklüziv təhsil mövzusunda beynəlxalq konfranslara xüsusi diqqət ayrılmışdır. Qısa müddət ərzində gördüyü misilsiz xidmətlərinə görə universitetimizin rektoru dövlətimiz tərəfindən daim diqqət mərkəzindədir, davamlı mükafat və fərmanlarla təltif edilir. Təhsil nazirinin əmri ilə 2019-cu ildə Bakı Dövlət Universitetinin 100 illiyi münasibətilə və elm və təhsil sahəsində yüksək nailiyyətlərinə görə "Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)" Azərbaycan Respublikasının yubiley medalı, 2021-ci ildə, Azərbaycan Universitetinin 30 illiyi münasibətilə və yüksək ixtisaslı kadrların hazırlanmasında səmərəli elmi-pedaqoji fəaliyyətinə görə "Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi" döş nişanı, 2024-cü ildə Elm və Təhsil naziri Emin Əmrullayevin 26 oktyabr 2023-cü il tarixli əmrinə əsasən "Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illiyi (1921 –2021)" Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilmişdir. 2025-ci ildə isə Özbəkistanın Mamun Universitetinin fəxri professoru adına layiq görülmüşdür. Səadət xanım bu gün öz yubileyini zəngin idarəçilik təcrübəsi, elmi uğurları və rəhbərlik etdiyi doğma kollektivin sonsuz sevgisi ilə qarşılayır.

Azərbaycan Universitetinin professor-müəllim heyəti və tələbələri adından hörmətli rekorumuzu yubiley yaşı münasibətilə ürəkdən təbrik edir, ona cansağlığı, xoşbəxtlik və Azərbaycan təhsilinin işıqlı gələcəyi naminə fəaliyyətində yeni-yeni zirvələr fəth etməyi arzulayırıq!

Doğum gününüz mübarək, Səadət xanım!

Dərin hörmət və sayğılarla:

Tərcümə və filologiya kafedrasının müəllimi,

publisist Leyla Fərhad qızı Məmmədəliyeva



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ