Ukraynanın Pilotsuz Sistemlər Qüvvələrinin komandanı Robert "Magyar" Brovdi bildirib ki, Ukrayna qüvvələri on həftə əvvəl MoLoChKa əməliyyatının başlanmasından bəri Azov dənizində və Qara dənizdə Rusiyanın “kölgə donanması”na məxsus 285 gəmini ovlayıb.
O, bildirib ki, Pilotsuz Sistemlər Qüvvələri iyul ayında 215, avqust ayında 54 və sentyabrın 1-11-i arasında daha 16 gəmini vurub.
O qeyd edib ki, əməliyyat Azov dənizində və Kerç boğazında “kölgə donanmasın”ın hərəkətini dayandırıb və Qara dənizin şimal və şimal-şərqində hərəkəti əhəmiyyətli dərəcədə pozub.
O, Rusiyanın neft ixracından əldə edilən gəlirin Ukraynaya qarşı müharibənin maliyyələşdirilməsinə sərf olunduğunu vurğulayıb.
Tahir TAĞIYEV